“Azəriqaz” bir həftə ərzində 700-dən çox abonenti qazla təmin etdi

06/11/2020 [14:41] - İqtisadiyyat (620)



“Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirib. 

Belə ki, qazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilir. "azəriqaz" İB mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, bu həftə Tovuz rayonu Çatax kəndində 70 fərdi yaşayış evinə qaz verilib. Bundan başqa Xəzər rayonu Buzovna qəsəbəsi Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki "Albalılıq" və "Təmənis" adlandırılan ərazilərə düşən yeni massivdə 358, Sabunçu rayonu Zabrat qəsəbəsi, M.İbrahimov küçəsində yeni massivdə 137 və Qaradağ rayonunda bir neçə yaşayış massivində bir qrup fərdi yaşayış evinə təbii qaz verilib. Eyni zamanda Göyçay rayonu Ərəbşahverdi kəndində 68, Şıxlar kəndində 71 fərdi yaşayış evi qazla təmin edilib.

Hazırda regionlarda və Bakı şəhərində 2020 ci il üzrə qaz çəkilişləri aparılan 43 yaşayış məntəqəsi (5299 fərdi yaşayış evindən ibarət) və 43 yaşayış massivində (8585 fərdi yaşayış evindən ibarət) ümumi işin əksər hissəsi tamamlanmaq üzrədir. Bu günə olan məlumata görə artıq 11 yaşayış məntəqəsində 821 fərdi yaşayış evi, 26 yaşayış massivində 4528 fərdi yaşayış evi təbii qazla təmin edilib. 19 yaşayış məntəqəsi və 9 yaşayış massivində isə işlər tamamlanıb, qaz açılışına dair son prosedurlar icra edilməkdədir. 13 yaşayış məntəqəsi və 8 yaşayış massivində isə qazlaşdırma işləri davam etməkdədir. "Hazırda qaz çəkilişi aparılan yerlərə Gəncə şəhərinin Şıxzamanlı və Cavadxan qəsəbələrindəki yeni yaşayış massivlərini, Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrindəki yeni yaşayış massivlərini, Ağdaş rayonunun Şıxlı, Yenikənd, Aşağı Qobuüstü, Qobuüstü və Yuxarı Nemətabad kəndlərini, Şabran rayonunun Ceyranlı və Vələsli kəndlərini, Gədəbəy rayonunun Arıqıran və Əyrivəng kəndlərini, Lerik rayonunun Bibiyani və Siyəreqon kəndlərini, Siyəzən rayonunun Məşrif kəndini göstərmək olar",-məlumatda deyilir.
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
Bakıda qadın itkin düşüb
Xəbər lenti
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
22/01/2021 [16:19]:
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
22/01/2021 [15:50]:
Latviyanın yüz illik yubileyi, beynəlxalq səviyyədə tanınır
22/01/2021 [15:28]:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” sərgisinin açılışı olub
22/01/2021 [14:56]:
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22/01/2021 [14:33]:
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
22/01/2021 [13:24]:
Cins mal-qara və cücə idxalı 2023-cü ilədək gömrük rüsumundan azad edilib
22/01/2021 [13:06]:
Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapılıb
22/01/2021 [12:17]:
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
22/01/2021 [11:28]:
Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb
22/01/2021 [10:34]:
SMS-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
22/01/2021 [09:09]:
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
22/01/2021 [00:46]:
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
21/01/2021 [23:24]:
Bakıda qadın itkin düşüb
21/01/2021 [23:16]:
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21/01/2021 [22:28]:
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Bakıda qadın itkin düşüb
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İran XİN başçısı Azərbaycana səfər edəcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin