“Azərbaycanın hərbi uğurları hamının gözü önündədir” –"la Repubblica" qəzeti

03/11/2020 [11:29] - Gündəm (176)



İtaliyanın nüfuzlu “la Repubblica” qəzetində həmin qəzetin Azərbaycana ezam olunmuş xüsusi müxbiri Peitro Del Re-in müəllifi olduğu “Azərbaycanlıların fəryadı: “Məhz bu səbəbdən Dağlıq Qarabağın ayrılmasını qəbul edə bilmərik”” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyindən verilən məlumata görə, məqaləsində müəllif düşmən artilleriyasından yalnız 10 km məsafədə yerləşən kənd təsərrüfatı ərazisi olan Tərtər şəhərinə səfər etdiyini və bu şəhərin sentyabr ayından bəri raket yağışına tutulduğunu və bombardman edildiyini, mülki əhalinin qorxu içində yaşadığını bildirir. Müəllif qadağan edilmiş kasetli bombaların ermənilər tərəfindən Azərbaycana qarşı istifadəsinin Amnesty International tərəfindən qınanıldığını, Bərdə şəhərinin mərkəzi meydanda müharibə başlayandan bəri mülki vətəndaşlara qarşı ən ağır hücum nəticəsində 20 nəfərdən çox insanın ölümünə səbəb olan Rusiya istehsalı olan 300 mm kalibr güclü raketlərin qalıqlarını gördüyünü vurğulayır.

Məqalədə münaqişənin tarixinə və acı nəticələrinə də toxunulur, “Human Rights Watch”a istinadən 1992-ci ildə Ermənistan ordusu tərəfindən Xocalıda mülki əhaliyə qarşı soyqırım törədildiyi, rəsmi rəqəmlərə görə 106 qadın və 83 uşaq olmaqla 613 mülki şəxsin qətlə yetirildiyi bildirilir.

 

Məqalədə müəllifin səfəri vaxtı söhbət etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmədiyi, öz müqəddəratını təyinetmə səbəbini əsas gətirərək Azərbaycan kimi müstəqil bir dövlətdən ayrılmanın dövlətlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərini pozduğu, 30 ildir ki, Ermənistanın Azərbaycan ərazilərini qaytaracağını gözlədiyi, lakin BMT-nin 4 qətnaməsinə baxmayaraq Ermənistanın bunu etmədiyi qeyd olunur. Eləcə də, ötən əsrin son 10 ilində Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, həmin şəxslərin bir çoxunun hələ də qaçqın düşərgələrində yaşadığı, hamısının öz evlərini, torpaqlarını itirdiyini və heç birinin bu müddət ərzində işğal olunmuş ərazilərdə öz yaxınlarının qəbirlərini belə ziyarət edə bilmədiyi və Dağlıq Qarabağın Azərbaycan xalqı üçün uzun müddətdir ki, qanayan bir yara olduğu deyilir.

Məqalədə müəllifin söhbət etdiyi azərbaycanlılara istinadən Azərbaycanın uzun illərdir ki, Ermənistanın və xüsusən dünyadakı erməni diasporası tərəfindən alovlandırılan təbliğatın, yəni Dağlıq Qarabağdakı münaqişənin dinlər arasında – erməni xristianları ilə azərbaycanlı müsəlmanlar arasında müharibə olduğunu iddia edən təbliğatın qurbanı olduğu, əslində isə Azərbaycanın müsəlman, katolik, provoslav və yəhudi kimi fərqli məzhəblərin sülh və harmoniya içində yaşadığı ölkə olduğu deyilir. Azərbaycan vətəndaşlarına istinadən Azərbaycan ordusunun beynəlxalq terrorizmə qarşı müharibədəki fövqəladə töhfələr verdiyi, ölkəmizin üstün silahlarla və ədaləti bərpa etmək istəyi ilə mükəmməl təlim keçmiş ordusunun olduğu, bu səbəbdən heç kimin köməyinə ehtiyacımızın olmadığı bildirilir.

Məqalədə ümumilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi inkişaf və ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açılır, 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonra Azərbaycanın neft ehtiyatlarının istismarına böyük sərmayələrin cəlb olunduğu, illərdir ki, Azərbaycanın iqtisadi inkişafının, bu gün isə, həmçinin Azərbaycan əsgərlərinin hərbi uğurlarının hamının gözü önündə olduğu deyilir. Məqalədə, eləcə də Azərbaycan ordusunun son bir ayda dörd şəhəri və iki yüzə yaxın kəndi geri alaraq, erməni ordusunu məğlub etməkdə olduğu, Azərbaycan strateqlərinin əsas hədəfinin 1992-ci ildə ermənilər tərəfindən zəbt edilmiş Şuşa şəhərinin olduğu barədə məlumat verilir.

Müəllif Ermənistanın baş naziri Nikol Paşinyanın öz ordusunun məğlubiyyətini etiraf etmədən Rusiya prezidentindən müttəfiq ölkənin təhlükəsizliyini təmin etmək üçün rəsmi Moskvanın göstərə biləcəyi yardımla bağlı məsləhətləşmələrə başlamasını istədiyini, Kremlin cavabının isə çox gecikmədiyini, döyüşlərin yalnız Ermənistan ərazisinə qədər uzanacağı təqdirdə Rusiyanın “lazımi” köməyi göstərməyə hazır olduğunu bildirdiyini deyir və artıq Dağlıq Qarabağın taleyinin bəlli olduğu fikirləri ilə məqaləsini tamamlayır.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin