Pakistanda hər il keçirilən ənənəvi at yarışları festivalında Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb.
Türkiyə mətbuatı xəbər verir ki, ölkənin Pəncab əyalətində hər il keçirilən at yarışlarının minlərlə izləyicisi olur. İki gün davam edən festivala yerli və əcnəbi idmançılar qatılıb. Festivalın keçirildiyi yarış meydanında Azərbaycan və Türkiyə bayraqları asılıb. Təşkilatçılardan biri olan Sahibzadə Sultan Bahadır Əziz deyib ki, bu ilki yarışları Ermənistanla savaşda şəhid olan Azərbaycanlı qardaşlara həsr ediblər. Pakistan haqq savaşında Azərbaycanın yanındadır. Eyni zamanda zəlzələ nəticəsində zərərçəkən Türkiyəyə dəstək məqsədilə hər iki qardaş ölkənin bayraqları dalğalandırılıb: “Biz türk və azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Bayraqların dalğalandırılması məqsədi də bu mesajı ötürməkdir”. Bu ilki yarışlara ABŞ, Kanada və Norveçdən 50-dək idmançı iştirak edir.