Rusiya Federasiyasının Yerevandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində guya Rusiya sərhədçilərinin həlak olması haqqında şayiələri təkzib edib.
Virtualaz.org bildirir ki, səfirliyin “Facebook” səhifəsində yerləşdirilmiş bəyanatında belə deyilir.
“Kütləvi informasiya vasitələri nümayəndələrinin iki rus sərhədçisinin ölümü ilə bağlı bir neçə mənbədə eyni anda ortaya çıxan "məlumatları" şərh etmək istəyi ilə əlaqədar bildiririk: bu, həqiqətə uyğun deyil.
KİV-i bu cür məlumatlarda diqqətli və tərəfsiz olmağa çağırırıq”, - deyə diplomatik missiyanın bəyanatında vurğulanıb.