Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq”

30/10/2020 [09:54] - Gündəm (111)



Erməni separatçılarının ilk liderlərindən, erməni işğal ordusunun ilk komandirlərindən biri olan keçmiş hərbçi, polkovnik Arkadi Karapetyan erməni xalqına müraciət edib.

Öz “Facebook” hesabından səslənən Karapetyan çətin vəziyyətdə olduqlarını, erməni xalqının köməyinə ehtiyac duyduqlarını, döyüş meydanında tək qaldıqlarını bildirərək aciz şəkildə yardım diləyib: “Bütün dünya ermənilərinə, xüsusilə də Ermənistanda yaşayanlara müraciət etmək istəyirəm. Mediyada oxuyuram cəbhədə olanlarla bağlı, məndə elə təəssürat yaranır ki, Ermənistanda yaşayanların həqiqətlərdən xəbərləri yoxdur. Düzdür, mən özüm hazırda hərbçi olmasam, əməliyyatlarda iştirak etməsəm də, lap dəqiq deyə bilərəm ki, cəbhədə hazırda nələr baş verir. Hamının döyüşlərdə tanışları var və bu sirr deyil. Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir. Bilmirəm bu barədə sizə nəsə deyirlər, ya yox, amma onlar bizi uzaqdan toplarla vururlar, sonra da gəlib bizim ölmüş oğlanların yerində dururlar. Mən bunu panika yaymaq üçün demirəm, ona görə deyirəm ki, biləsiniz, bizim sizin köməyinizə çox ehtiyacımız var”.

Karapetyan müraciətinin davamında əlavə edib ki, onlar özlərini tək qalmış kimi hiss edirlər: “Bilmirəm siz bunu hökumətinizə deyəcəksiniz, ya necə edəcəksiniz, ancaq bizə kömək lazımdır, məhv olub gedirik. Gücümüz tükənir”.

Qeyd edək ki, Arkadi Karapetyan “Daşnaksütyun” partiyasının fəallarından olub. O, Qarabağda separatçı hərəkatı başladan və hərbi əməliyyatlarda birbaşa iştirak edən, Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynayan şəxslərdən biri olub.
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
Xəbər lenti
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
24/11/2020 [10:17]:
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb
24/11/2020 [09:24]:
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
24/11/2020 [01:32]:
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
23/11/2020 [23:48]:
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini qərəzsiz olmağa çağırıb
23/11/2020 [23:18]:
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
23/11/2020 [22:31]:
İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb
23/11/2020 [21:59]:
Ombudsman Aparatında yeni şöbə yaradılıb
23/11/2020 [21:06]:
Polkovnik Babək Səmidli şəhid olub
23/11/2020 [20:17]:
SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur
23/11/2020 [19:28]:
Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı
23/11/2020 [18:39]:
Hulusi Akar: “Bəzi problemlər Türkiyə-ABŞ münasibətlərinə kölgə salıb”
23/11/2020 [18:26]:
İlham Əliyev: Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək
23/11/2020 [18:11]:
İlham Əliyev və Mehriban Əliyeva Ağdama gedib
23/11/2020 [17:53]:
Azərbaycanda daha 2 187 nəfər koronavirusa yoluxub
23/11/2020 [17:42]:
İranda da karantin sərtləşdirildi
23/11/2020 [16:55]:
Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək
23/11/2020 [16:21]:
Noyabrın 24-ə hava proqnozu
23/11/2020 [15:17]:
Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa qayıdış: reallıqlar və gözləntilər
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Türkiyə Azərbaycana qoşun göndərir - rəsmi
Həbsdəki jurnalistdən dövlət başçısına müraciət - təfsilat
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
FİFA dünya çempionatını təxirə salıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin