Türkiyə Suriyada PKK-ya qarşı əməliyyatlara başlaya bilər - Ərdoğan xəbərdarlıq etdi

29/10/2020 [13:16] - Dünya (121)



Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan oktyabrın 28-də Suriyanın şimalında yeni hərbi əməliyyata başlaya biləcəyini bəyan edib. Ərdoğan deyib ki, o bu addımı Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrindən kürd silahlılarının çıxarılmayacağı təqdirdə atacaq.

"Associated Press" (AP) xəbər agentliyinin yazdığına görə, ölkə parlamentində hakim AKP fraksiyasının üzvləri qarşısında çıxış edən prezident deyib ki, bu həftənin əvvəllərində Rusiyanın İdlibdə Türkiyə tərəfindən dəstəklənən Suriya qiyamçılarına hava zərbəsi endirməsi Moskvanın regionda davamlı sülh istəməməsinin göstəricisidir: “Əgər bütün terrorçular bizə vəd edildiyi kimi çıxarılmasalar, bir də təkrar edirəm ki, bizim istənilən vaxt müdaxilə üçün legitim səbəbimiz var”.

Ərdoğanın bu bəyanatından bir neçə gün əvvəl Türkiyəyə Suriyadan keçdiyi deyilən kürd döyüşçü Hatay vilayətində polis tərəfindən təqib edilərkən özünü partlatmışdı. İkinci yaraqlı təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüşdü.

Oktyabrın 26-da baş vermiş və onlarca qiyamçının ölümünə səbəb olmuş Rusiya hava zərbəsi barədə şərh verərkən Ərdoğan deyib: “Rusiyanın Suriya Milli Ordusunun təlim mərkəzini hədəfləyən hücumu göstərir ki, bu bölgədə sülh vəəmin-amanlığı istəməyənlər var”.

Azadliq.org AP-yə istindən yazır ki, sözü gedən hava zərbəsi ötən martda İdlibdə atəşkəs barədə Türkiyə-Rusiya razılaşması imzalanandan bəri ən ağır zərbə olub. Bu hadisə Türkiyə və Rusiya arasında habelə Qafqazda və Liviyada gərginliyin artdığı bir vaxta təsadüf edir.

Xəbərdə deyilir ki, Türkiyə kürd yaraqlıların və İŞİD-çilərin bölgədən uzaqlaşdırılması məqsədilə 2016-cı ildən bəri Suriyaya üç dəfə müdaxilə edib.

Ötən il Türkiyə Suriyada terrorçu kürd qüvvələrinin bölgədən çıxarılması məqsədilə bura qoşun göndərmişdi.

Ankara bildirirdi ki, bu ərazidə Suriya qaçqınları üçün təhlükəsiz zona yaratmağı planlaşdırır. Ankara bu hücumu ABŞ və Rusiya ilə ayrılıqda əldə etdiyi razılaşmalardan sonra dayandırmışdı. Bu razılaşmalara əsasən Vaşinqton və Moskva kürd qüvvələrinin bölgədən çıxarılacağını vəd etmişdilər. 
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
Xəbər lenti
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
24/11/2020 [10:17]:
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb
24/11/2020 [09:24]:
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
24/11/2020 [01:32]:
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
23/11/2020 [23:48]:
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini qərəzsiz olmağa çağırıb
23/11/2020 [23:18]:
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
23/11/2020 [22:31]:
İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb
23/11/2020 [21:59]:
Ombudsman Aparatında yeni şöbə yaradılıb
23/11/2020 [21:06]:
Polkovnik Babək Səmidli şəhid olub
23/11/2020 [20:17]:
SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur
23/11/2020 [19:28]:
Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı
23/11/2020 [18:39]:
Hulusi Akar: “Bəzi problemlər Türkiyə-ABŞ münasibətlərinə kölgə salıb”
23/11/2020 [18:26]:
İlham Əliyev: Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək
23/11/2020 [18:11]:
İlham Əliyev və Mehriban Əliyeva Ağdama gedib
23/11/2020 [17:53]:
Azərbaycanda daha 2 187 nəfər koronavirusa yoluxub
23/11/2020 [17:42]:
İranda da karantin sərtləşdirildi
23/11/2020 [16:55]:
Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək
23/11/2020 [16:21]:
Noyabrın 24-ə hava proqnozu
23/11/2020 [15:17]:
Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa qayıdış: reallıqlar və gözləntilər
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Türkiyə Azərbaycana qoşun göndərir - rəsmi
Həbsdəki jurnalistdən dövlət başçısına müraciət - təfsilat
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
FİFA dünya çempionatını təxirə salıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin