İlham Əliyev: Minsk qrupu özünü doğrultmadı

29/10/2020 [09:32] - Siyasət (151)



“Bu bir ay ərzində mən Minsk qrupunun fəaliyyəti barədə dəfələrlə danışmışam və Azərbaycan xalqına müraciətimdə dediklərim əsl həqiqətdir. Axı, hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı, qarşıya qoyulmuş vəzifə yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamlamaya yönəlmiş cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlanmışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırdı”. 

APA xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.

Azərbaycan Prezidenti əlavə edib ki, yəni, bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam etdi: “Lakin səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrultmadı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam. Özü də əgər Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu hələ onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Qrupun tərkibi məsələsinə gəldikdə, mən bu barədə artıq demişəm ki, Minsk qrupu 1992-ci ildə yaranıb. Onun necə yaradıldığını bilmirəm. Üzvlərin seçilməsinin hansı prinsiplərə əsaslanması da mənə məlum deyil. Ancaq mən onu da demişəm ki, əgər bu gün biz hansısa təmas qrupu yaratsaydıq, onun tərkibi, əlbəttə, tamam başqa olardı. Orada regionda öz mövqeləri olan, potensialı olan, dünyada nüfuza malik olan ölkələr olardı”. 

Dövlət başçısının sözlərinə görə, hazırda həmsədr olan ölkələr də bəlkə qala bilərdi: “Lakin bu sual, əlbəttə, mənə aid deyil. Ona görə ki, Minsk qrupunun və onun həmsədrlərinin formalaşması mexanizmi və proseduru ATƏT-in səlahiyyətlərinə aiddir. Mən hesab edirəm ki, münaqişəni nizamlamaq üçün biz formal məsələlərdən yapışmamalıyıq. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da bunları nəzərdə tuturdu”.
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
Xəbər lenti
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
24/11/2020 [10:17]:
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb
24/11/2020 [09:24]:
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
24/11/2020 [01:32]:
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
23/11/2020 [23:48]:
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini qərəzsiz olmağa çağırıb
23/11/2020 [23:18]:
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
23/11/2020 [22:31]:
İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb
23/11/2020 [21:59]:
Ombudsman Aparatında yeni şöbə yaradılıb
23/11/2020 [21:06]:
Polkovnik Babək Səmidli şəhid olub
23/11/2020 [20:17]:
SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur
23/11/2020 [19:28]:
Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı
23/11/2020 [18:39]:
Hulusi Akar: “Bəzi problemlər Türkiyə-ABŞ münasibətlərinə kölgə salıb”
23/11/2020 [18:26]:
İlham Əliyev: Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək
23/11/2020 [18:11]:
İlham Əliyev və Mehriban Əliyeva Ağdama gedib
23/11/2020 [17:53]:
Azərbaycanda daha 2 187 nəfər koronavirusa yoluxub
23/11/2020 [17:42]:
İranda da karantin sərtləşdirildi
23/11/2020 [16:55]:
Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək
23/11/2020 [16:21]:
Noyabrın 24-ə hava proqnozu
23/11/2020 [15:17]:
Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub
23/11/2020 [14:33]:
Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı
23/11/2020 [13:47]:
Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
23/11/2020 [12:58]:
Bələdiyyələrlə bağlı prokurorluğa 24 cinayət faktı göndərilib
23/11/2020 [12:26]:
Büdcə layihəsinə azad olunmuş ərazilərin bərpası ilə bağlı düzəlişlər daxil ediləcək - nazir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa qayıdış: reallıqlar və gözləntilər
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Türkiyə Azərbaycana qoşun göndərir - rəsmi
Həbsdəki jurnalistdən dövlət başçısına müraciət - təfsilat
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
FİFA dünya çempionatını təxirə salıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin