“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...

27/10/2020 [22:54] - Gündəm (1638)



Azərbaycanda yaşayan aşkenazi yəhidiləri Qarabağ uğrunda gedən haqq savaşında Ordumuzun qələbə qazanması üçün dualar ediblər. Aşkenaziler əsgərlərimizin sağ-salamat evlərinə qayıtmalarını və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını, ölkəmizdə və bütün dünyada sülhün bərqərar olmasını Tanrıdan böyük ehtiram və səmimiyyətlə diləyiblər.

Virtualaz.org xəbər verir ki, bu haqda İsrailin “The Jerusalem Post” qəzetinin reportajında deyilir.  Reportajın xülasəsini təqdim edirik:

***

“Biz öz vətənimizi – Azərbaycanı sevirik. İşğal olunmuş torpaqlarımızın təcavüzkarlardan azad olunması və qələbə qazanmağımız üçün dualar edirik” – aşkenazilərin ravvini Şneor Segal belə deyib.

Mənim ailəm ötən əsrin əvvəllərindən Bakıda yaşayır. Bakı yəhidiləri Bakıda necə yaşayırdılar? Niyə onlar öz şəhərlərini belə doğmalıqla yada salırlar? Çünki yəhudilər öz doğma şəhərlərində heç vaxt özlərini yad hiss etməyiblər.

Bakıda məşhur yəhidi əsilli alimlərin, fiziklərin xatirə lövhələri, abidələri var. Dünyaca məşhir dahi fizik Lev Landaunun, general-polkovnikov Boris Vannikovun şərəfinə abidələr ucaldılıb. Bakıda daha bir gözəl abidə Azərbaycanın Milli Qəhrəmanı, 1992-ci ildə - 1-ci Qarabağ savaşında həlak olan yəhidi əsilli Albert Aqarunova məxsusdur. A.Aqarunovun şərəfinə yaşadığı küçəyə, oxuduğu məktəbə onun adı verilib. Albertin dəfnində ailəsinin xahişi ilə həm yəhudi ravvin, həm də müsəlman molla şəhidin ruhuna dualar oxuyub...

Azərbaycan tolerantlığın mövcud olduğu ölkədir. Bu ölkədə antisemitizmin olmadığı hər kəsə məlumdur. Dinimiz, adət-ənənələrimiz fərqli olsa da, biz bir yerdə böyümüşük, bir-bizimizə hörmət etmişik. Azərbaycan İsrailin sadiq strateji müttəfiqidir.



...30 il əvvəlki Bakıya qayıdaq. Yazıçılar İttifaqında erməni dilində yazıb yaradan ədəbiyyatçılar üçün xüsusi erməni bölməsi var idi. Bakıda erməni yazıçılarının erməni dilində öz ədəbi jurnalı dərc edilirdi, hakimiyyət tərəfindən dəstəklənən erməni qəzeti nəşr olunurdu. Erməni dilində məktəblər açılmışdı, ali məktəblərə erməni dili fakültəsi salınmışdı. 1989-cu ildə SSRİ-də əhalinin siyahıya alınması ilə bağlı məlumata əsasən, o zaman Azərbaycanda 390 min erməni yaşayırdı. Bakıda və Azərbaycanın başqa rayonlarında məskunlaşan ermənilər nə harasa getməyə, nə də kiminləsə vuruşmağa hazırlaşmırdılar.

Münaqişə, nifrət, qan tökmə, bütün qeyri-insani rəftarlar Azərbaycana kənardan gətirildi. Yenidənqurma illərində "dənizdən dənizə Böyük Ermənistan ” ideoloqları mərkəzi hökumətin zəifliyindən və dağılmasından istifadə etdilər və öz planlarını reallaşdırmasına başladılar.

Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı öz ata-baba yurdundan, doğma el-obasından qovuldu, didərgin salındı. Bir hissəsi dağlıq ərazilərdən ayaqyalın, qucaqlarılnda körpə uşaqlaır ilə qaçıb gəldilər. Çox keçməd ki, Qarabağda da eyni faciələr təkrarlandı. Ermənilər əsrlər boyunca Qarabağda yaşayan azərbaycanlıları “bura qədim erməni torpaqlarıdır, başqalarına burada yer yoxdur” iddiası ilə dədə-baba torpaqlarından qovdular. Baş vermiş faciələr nəticəsində ömrü boyu Qarabağda yaşayan qarabağlılar öz doğma yurd-yuvalarından köçkün düşdülər, paytaxta, yaxud da başqa rayonlara pənah apardılar. Azərbaycana qarşı Ermənistanın təcavüzü, müharibə və işğal məhz bu cür başlandı.

Moskva isə nə edəcəyini bilmirdi. İki ölkə arasında alovlanan münaqişəni nədənsə söndürməyə nə niyyəti, nə də həvəsi yox idi. Bakıya yeridilən rus tankları və “20 Yanvar” faciəsi Qarabağ münaqişəsini daha da alovlandırdı. Sovet qoşunları küçələrdə sakitcə etirazını bildirən əliyalın əhaliyə divan tutdu, silahsız insanları güllələdi. Hətta yaralılara yardım göstərən təcili yardım maşınlarını belə atəşə tutdu. Bu qan qoxulu günlər isə artıq sovet Azərbaycanının mövcudluğunun sonundan xəbər verirdi.

Biz müasir dünyada yaşayırıq və onun reallıqları ilə hesablaşmalıyıq. Beynəlxalq qanunlar var, dövlətlərarası sərhədlər mövcuddur. Beynəlxalq cəmiyyətin buna riayət  etməsinə məcbur edilməlidir. Axı bu insanlar öz ölkələrində sakitcə yaşayırdılar. Ermənistan Azərbaycan müstəqil dövlətinə hücum edərək torpaqlarının 20% -ni işğal etdi, Qarabağ da daxil olmaqla 7 rayonu işğala məruz qoydu.

1994-cü ildə 1-ci Qarabağ müharibəsini kim uddu? Yalnız siyasətçilər. Onlar bu münaqişəni daha da qızışdıraraq milyonlar qazandılar. Onların çoxu Qafqazdan kənarda yaşayır. Bu təcavüz ermənilərə bədbəxtlikdən, xarabalıqdan, təcriddən başqa heç nə gətirmədi.

Fern Sidmanın Nyu-York-un "The Jewish Voice” qəzetində "Erməni antisemitizmi yenidən öz eybəcər başını qaldırır" sərlöhvəli məqaləsi dərc edilib. Məqalədə Ermənistanın postsovet məkanında ən antisemit ölkə olduğu vurğulanıb: “2004-2005-ci illərdə Yerevanda Holokost qurbanlarının xatirəsinə ucaldılan abidəyə qarşı törədilən vandalizmə “öz-özünə uçub dağıldı” deməklə kifayətləndilər və heç kim buna görə ittiham olunmadı.

Onu da qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsində İran Ermənistanın ən yaxın müttəfiqidir.

Bir tərəfdə Azərbaycan var, hansı ki, heç vaxt antisemit ölkə olmayıb, İsrailin enerji ehtiyaclarını təmin edir,regionda onun düşmənləriylə mübarizə aparmağa köməklik göstərir. Bu gün öz ərazisində işğalçıları qovmaq üçün vuruşur.

Digər tərəfdə Ermənistan var. Bu ölkə İranla güclü strateji ittifaq yaradıb. Hansı ki, milli qəhrəmanlar kimi nasist köməkçilərinə hörmət edir, Avropada ən antisemit ölkə kimi tanınır. Hansı ki, qonşu dövlətin ərazisini qanunsuz olaraq zəbt edib, işğala məruz qoyub...

Bu, bir cəbhənin iki tərəfidir.
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
Xəbər lenti
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
24/11/2020 [10:17]:
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb
24/11/2020 [09:24]:
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
24/11/2020 [01:32]:
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
23/11/2020 [23:48]:
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini qərəzsiz olmağa çağırıb
23/11/2020 [23:18]:
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
23/11/2020 [22:31]:
İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb
23/11/2020 [21:59]:
Ombudsman Aparatında yeni şöbə yaradılıb
23/11/2020 [21:06]:
Polkovnik Babək Səmidli şəhid olub
23/11/2020 [20:17]:
SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur
23/11/2020 [19:28]:
Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı
23/11/2020 [18:39]:
Hulusi Akar: “Bəzi problemlər Türkiyə-ABŞ münasibətlərinə kölgə salıb”
23/11/2020 [18:26]:
İlham Əliyev: Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək
23/11/2020 [18:11]:
İlham Əliyev və Mehriban Əliyeva Ağdama gedib
23/11/2020 [17:53]:
Azərbaycanda daha 2 187 nəfər koronavirusa yoluxub
23/11/2020 [17:42]:
İranda da karantin sərtləşdirildi
23/11/2020 [16:55]:
Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək
23/11/2020 [16:21]:
Noyabrın 24-ə hava proqnozu
23/11/2020 [15:17]:
Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa qayıdış: reallıqlar və gözləntilər
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Türkiyə Azərbaycana qoşun göndərir - rəsmi
Həbsdəki jurnalistdən dövlət başçısına müraciət - təfsilat
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
FİFA dünya çempionatını təxirə salıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin