İlham Əliyevin “Nikkei" qəzetinə verdiyi müsahibə Qarabağ münaqişəsinin əsl üzünü göstərdi

25/10/2020 [12:06] - Siyasət (143)



Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir.  

Ölkə daxilindəki mətbuata göstərilən diqqət xarici mətbuata da göstərilməkdədir. Prezidentimiz dəfələrlə xarici ölkələrin televiziya kanallarının, qəzetlərinin jurnalistləri ilə görüşmüş və müsahibələr vermişdir. ”Əl-Ərəbiyə",”A Haber",”NTV",”France 24”,”Haber Global",”RBK",”TASS"kimi məşhur televiziya kanalları,”Figaro",”Nikkei" qəzetlərinə verilmiş müsahibələr bunun bariz sübutudur.Mövcud şəraitlə ələqədar olaraq həqiqət və reallıqların dünyaya çatdırılmasına xidmət edən müsahibələr mühüm rola malikdir.

Cari ilin 21 oktyabr tarixində Prezident cənab İlham Əliyevin “Nikkei" qəzetinə müsahibəsi baş tutdu.Dağlıq Qarabaö problemi,xarici ölkələrin münaqişənin həlli yolunda atdığı və atacağı addımlar,28 illik tarixi zaman kəsiyində münaqişənin həlli yolunda aparılan danışıqlar,qarşı tərəfin münaqişədə mövqeyi,sülh danışıqları və digər məsələlər haqqında sualları cavablandıran liderimiz qətiyyətini ilk gündə olduğu kimi sərgilədi.

Hər zaman beynəlxalq hüquq normaları çərçivəsində addım atan Azərbaycan atəşkəs,müharibə qaydalarına əməl etməyə davam edir. Nəinki mülki şəxslər,hətta mülki obyektlər belə hədəfə alınmır. Lakin qarşı tərəf öz xislətini göstərir,iki dəfə ikinci böyük şəhər Gəncəni ballistik raketlərdən atəşə tutmaq,Tərtər şəhərini raketlərlə dağıtmaq,mülki əhaliyə,ailələrin sıx yaşadığı əraziləri hədəfə almaq ancaq terorist qüvvələrin əməli ola bilər. Artıq erməni terroru sirr deyil,erməni vəhşiliyi,erməni xisləti gizli deyil. Prezidentimiz müsahibəsində bu məsələlərə toxundu:”Ermənistan Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə,danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular,onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar.”

Prezidentimiz onu da qeyd etdi ki,əgər danışıqlar haqqında razılaşma olarsa,bütün işğal altında olan Azərbaycan əraziləri geri qaytarılmalıdır.Heç bir güzəştdən söz gedə bilməz.Həmçinin liderimiz onu da qeyd etdi ki,Qarabağda heç bir referendum keçirilə bilməz:”Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər.Onların müstəqil Ermənistan dövləti var.Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər,dünyada neçə kiçik Ermənistan olar.”

Düşmənin gözü doymur!O,yalnız Azərbaycan ərazisi ilə kifayətlənmir və bu işğalçı siyasəti Prezidentimiz tam aydın şəkildə izah etdi:”Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi yoxdur.Bəlkə siz bilmirsiniz,lakin onların konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır.Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarına indiki vaxtda malik olmaq üçün gərək ağılsız olasan.Lakin bu, onların ideologiyasının mahiyyətidir.”

Bir liderin natiqlik qabiliyyəti,davranış və danışıq şəkli onun xalqını həm işıqlı gələcəyə apara bilər,həm də onu məhv edə bilər.Prezidentimiz,Ali Baş Komandanımız,liderimiz cənab İlham Əliyevin rəhbərliyi xalqımızı uğurlu,parlaq gələcəyə aparır. Lakin siyasətdən anlayışı olmayan,nəinki natiqlik,hətta sərbəst danışıq qabiliyyətinə belə malik olmayan,tam təsadüfən siyasi arenaya çıxan Nikol Paşinyan isə öz mövqeyi və yanlış fikirləri ilə Ermənistanın həzin sonunu tezləşdirir. Çox tezliklə siyasi və iqtisadi böhranın artması ilə müşahidə olunan Ermənistan rəhbərliyinin süqutunun həzin sonu gözlər önünə səriləcək. Bəs Azərbaycanda vəziyyət necə olacaq? Qarabağda zəfər çalmış şanlı Azərbaycan isə öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq. Ümummili lider,siyasi düha,ulu öndər Heydər Əliyev tərəfindən əkilmiş toxumlarla çiçəklənən Azərbaycan günəşin al şəfəqlərində parlayan Xəzərin sahilində firəvan, azad, müstəqil həyatını davam etdirəcək! Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!

Şəmilova Dünya 
Nəsimi rayon gənci , Azərbaycan Dillər Universiteti tələbəsi

Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
Xəbər lenti
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
24/11/2020 [10:17]:
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb
24/11/2020 [09:24]:
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
24/11/2020 [01:32]:
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
23/11/2020 [23:48]:
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini qərəzsiz olmağa çağırıb
23/11/2020 [23:18]:
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
23/11/2020 [22:31]:
İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb
23/11/2020 [21:59]:
Ombudsman Aparatında yeni şöbə yaradılıb
23/11/2020 [21:06]:
Polkovnik Babək Səmidli şəhid olub
23/11/2020 [20:17]:
SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur
23/11/2020 [19:28]:
Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı
23/11/2020 [18:39]:
Hulusi Akar: “Bəzi problemlər Türkiyə-ABŞ münasibətlərinə kölgə salıb”
23/11/2020 [18:26]:
İlham Əliyev: Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək
23/11/2020 [18:11]:
İlham Əliyev və Mehriban Əliyeva Ağdama gedib
23/11/2020 [17:53]:
Azərbaycanda daha 2 187 nəfər koronavirusa yoluxub
23/11/2020 [17:42]:
İranda da karantin sərtləşdirildi
23/11/2020 [16:55]:
Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək
23/11/2020 [16:21]:
Noyabrın 24-ə hava proqnozu
23/11/2020 [15:17]:
Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub
23/11/2020 [14:33]:
Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa qayıdış: reallıqlar və gözləntilər
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Türkiyə Azərbaycana qoşun göndərir - rəsmi
Həbsdəki jurnalistdən dövlət başçısına müraciət - təfsilat
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
FİFA dünya çempionatını təxirə salıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin