Tural Gəncəliyev: "Qondarma rejimin rəhbərinin Rusiya prezidentinə məktubu etik normalardan kənardır"

23/10/2020 [23:38] - Siyasət (209)



"Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı qondarma kriminal xuntanın rəhbəri kimi özünü təqdim edən A.Arutunyanın Rusiya Prezidentinə məktubu etik normalardan kənardır".

Bunu Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib.

Onun açıqlamasında qeyd olunub: "A.Arutunyanın məktubunda tarixi, siyasi və hüquqi faktlar təhrif olunmuşdur. A.Arutunyanın Qarabağ məliklikləri haqda iddiaları əsassız və saxtadır. Ona xatırlatmaq istərdim ki, 1805-ci ildə Rusiya ilə Kürəkçay traktatını məhz Qarabağ xanı, azərbaycanlı İbrahimxəlil xan imzalamışdır.

Şuşadan olan məcburi köçkün kimi məni və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünü Ermənistanın və qondarma rejimin bu ağ yalanları qəti şəkildə hiddətləndirir.

Ermənistan və kriminal xunta 80-ci illərin sonlarında Xankəndidə azərbaycanlılara qarşı  poqromlar törətdilər. 1992-ci ildə Xocalıda qadın və uşaqlar da daxil omaqla 613 nəfər dinc sakini bir gecənin içində amansızcasına qətlə yetirdilər və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf işğal olunmuş rayonlarında, o cümlədən Azərbaycan xalqının mədəni və mənəvi incisi olan Şuşa şəhərində bizə qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayət əməlləri törədilmişdir.

Azərbaycan xalqının Qarabağda olan zəngin maddi-mədəni irsi dağıdılmış və talan edilmişdir. Hətta Şuşadakı tarixi rus provoslav kilsəsi erməni vandalizmi və talanından kənarda qalmayıb və daha sonra dəyişdirilərək erməni kilsəsinə çevrilmişdir.

Moskva göz yaşlarına inanmır! Quzu dərisinə girmiş canavar kimi A.Arutunyan və onun kimi quldurların 80-ci illərin sonunda törətdikləri terrorun ilk qurbanları sovet-rus əsgərləri və milis işçiləri olmuşdur. 1991-ci ildə Azərbaycanlı jurnalist xanım Salatın Əsgərova ilə birgə öldürülən rus zabit və əsgərləri bunun bariz nümunəsidir. Bəlkə sizlərə terror vasitəsilə dəfələrlə öldürməyə çalışdığınız və 1993-cü ildə Şimali Osetiyada qətlə yetirdiyiniz, Əfqanıstan müharibəsini keçmiş Viktor Polyaniçkonu xatırladaq?! 1991-ci ildə Qarakənddə ermənilər tərəfindən vurulmuş vertolyotda Rusiya və Qazaxıstandan olan İqor Plaviski, Saylau Serikov, Sergey İvanov, Nikolay Jinkin, Mixail Lukaşov, Oleq Koçerev, Vladimir Kovalyov kimi yüksək rütbəli zabitlər də qətlə yetirilmişdir. Yoxsa qətlə yetirdiyiniz əksəriyyəti etnik rus olan çoxsaylı SSRİ daxili qoşunlarının zabit və əsgərlərini xatırladaq?!

Azərbaycanlılarla bərabər Qarabağda bu gün bir nəfər rus, slavyan mənşəli adam qalmayıb, etnik təmizləməyə məruz qalıblar. Bu gün Qarabağda yaşayan erməni əhalisi Ermənistanın və A.Arutunyan kimi kriminal quldurların zülmü altında yaşayır. Xankəndidən seçilmiş millət vəkili kimi Qarabağdan olan ermənilərin mənə ünvanladıqları iztirablı müraciətləri bunu açıq şəkildə göstərir. 

Bu müraciətlə A.Arutunyan qatı Sorosçu Nikol Paşinyan kimi hər vəchlə Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Ermənistan ərazisindən Azərbaycanın cəbhə zonasından çox uzaqda yerləşən Gəncə, Xızı, Siyəzən, Mingəçevir şəhərlərinin ballistik raketlərlə vurulması da bu məqsədə xidmət edir. Lakin Rusiya Sorosun marioneti olan Paşinyanın bu kimi hiylələrinə uymadı.           

Bizim Dağlıq Qarabağda yaşayan erməni əhalisi ilə heç bir problemimiz yoxdur. Biz 27 sentyabrdan əvvəl də dəfələrlə Dağlıq Qarabağın erməni icmasına sülh və birgə yaşayış üçün dialoq təklif etmişdik. Lakin Ermənistan və qondarma qurum bunu qəbul etmədi, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etmişdir. Dialoq təklifimiz bu gün - Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi zamanda da qüvvədədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Dağlıq Qarabağın erməni mənşəli icması Azərbaycanın tərkibində azərbaycanlı icması ilə birgə yaşayacaq və ölkənin iqtisadi imkanlarından bəhrələnəcəklər.

Ermənistan və A.Arutunyan kimi quldurlar sülh istəyirlərsə onda işğalçı qoşunlar BMT Təhlükəsizlik Şurasının 822, 854, 874, 884 saylı qətnamələrinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Bir daha Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icması ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh və birgə yaşayışa hazır olduğumuzu bəyan edirəm".
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Xəbər lenti
25/11/2020 [01:12]:
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
25/11/2020 [00:18]:
Vergi Məcəlləsində dəyişiklik edildi
24/11/2020 [23:29]:
Ramin Musayev: Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik
24/11/2020 [22:42]:
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - rəsmi
24/11/2020 [22:09]:
İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib
24/11/2020 [21:58]:
Xalq artisti Əjdər Həmidov vəfat edib
24/11/2020 [21:16]:
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
24/11/2020 [20:37]:
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
24/11/2020 [20:11]:
“Brent” markalı neft 47 dollar həddini keçdi
24/11/2020 [19:36]:
Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi
24/11/2020 [19:01]:
Yeni tikilən binalara niyə qaz verilmir?
24/11/2020 [18:47]:
Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək
24/11/2020 [18:20]:
9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb
24/11/2020 [18:09]:
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
24/11/2020 [17:35]:
Noyabrın 25-ə hava proqnozu
24/11/2020 [16:38]:
Azərbaycan kubokunun püşkü atılıb
24/11/2020 [15:49]:
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"
24/11/2020 [15:01]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
24/11/2020 [14:24]:
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötdü
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Faiq Qarayev: “Dağlıq Qarabağda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin