Latviya işğaldan azad olunmuş ərazilərin bərpası üzrə əməkdaşlıqda maraqlıdır

23/10/2020 [19:21] - İqtisadiyyat (396)



Latviya Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarovun Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşündə iki ölkə arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib. Bildirilib ki, ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə səmərəli əməkdaşlıq edir. Ticarət əlaqələrinin şaxələndirilməsi və artırılması da prioritet istiqamətlərdəndir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yeni mexanizmlər tətbiq edilir. Belə ki, Latviyanı da əhatə etməklə Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycan Ticarət nümayəndəliyi və Riqada “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bununla yanaşı, iki ölkənin iş adamları arasında çoxsaylı biznes forumlar, işgüzar görüşlər keçirilib, Riqaya ixrac missiyası təşkil olunub. Azərbaycan Latviya ilə həmçinin, Avropa İttifaqının Tvinninq aləti çərçivəsində də uğurlu əməkdaşlıq edir.

M.Cabbarov Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti və bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlaması, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik boru kəmərlərini zədələmək cəhdləri barədə məlumat verib. Vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində uğurlu əks-hücum əməliyyatları aparır.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətlərini qeyd edən İqtisadiyyat naziri postpandemiya dövründə Latviya ilə qarşılıqlı investisiya qoyuluşlarının artırılmasının əhəmiyyətini, nəqliyyat, kənd təsərrüfatı, dövlət-özəl tərəfdaşlığı, əczaçılıq, turizm, rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, həm Azərbaycan, həm də Latviya Avropa ilə Asiya arasında tranzit yükdaşımalarında mühüm yer tutur. Hər iki ölkədə inkişaf etmiş nəqliyyat infrastrukturunun mövcudluğu bu sahədə əməkdaşlığın genişləndirilməsinə yaxşı perspektivlər vəd edir. Görüşdə, həmçinin Latviya şirkətləri Ələt Azad İqtisadi Zonasının potensialından yararlanmağa dəvət edilib.

Səfir D.Qarançs Latviyanın Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən səfir iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. O, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı və digər məsələlər müzakirə edilib.
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
28/11/2020 [20:17]:
“France 24” Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin