Güclü Ali Baş Komandan, Şanlı Ordu!

22/10/2020 [13:48] - Cəmiyyət (128)



Sentyabrın 27-dən havada Qarabağ ətri var. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu vətənimizin şanlı tarix səhifələrinə yeni nəfəs gətirir. Bir-birinin ardınca gələn qələbə xəbərləri təxminən 30 illik həsrətlərə son qoyur. Azərbaycan xalqı-dövlət birliyi bu gün yeni zəfərlərə imza atır. Beləliklə dünyanın bir sıra güc dövlətlərinin tarixin “buzluğunda” dondurmağa çalışdığı Qarabağ münaqişəsi indi ən qaynar məsələyə çevrildi. Azərbaycan istər Ali Baş Komandanının çıxışları ilə, istərsə də döyüş taktikası ilə daim gündəmdədir. Az qala hər gün müxtəlif tanınmış informasiya agentliklərinə müsahibə verən cənab Prezident 20.10.2020 tarixində Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibəsində də bütün məsələlərə diplomatik şəkildə aydınlıq gətirdi. Müharibə başlayan gündən hər kəsə yorulmadan, təkrarən baş verənləri izah etməyə çalışan və dünyanı ədalətin, haqqın yanında olmağa çağıran Ali Baş Komandanın güllədən kəsərli sözləri həm Ermənistan hakimiyyətinin, həm də bu dövrdə onların arxalandıqlarının bir sonunun gəldiyinin və artıq haqqın zəfər çalacağının müjdəsi idi.
         Cənab Prezident bütün çıxışlarında vurğuladığı kimi bu dəfə də Azərbaycanın danışıqlara daim sadiq qaldığına, danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə tərəfdarı olduğuna, eyni zamanda Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb həmin öhdəlikləri yerinə yetirməyə hazır olmasına diqqət çəkdi. Müqayisə üçün nəzərə çatdırım ki, həmin danışıqlardan 24 saat keçməmiş Ermənistan öz xislətini gizlədə bilməyib Gəncə şəhərini hədəfə aldı.  Gecə vaxtı yatmış dinc şəhər əhalisinə məqsədyönlü şəkildə zərbə endirərək nəinki beynəlxalq hüquq və normaları pozdu, vasitəçilərə, Moskva danışıqlarında üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik etdi və bir daha etibarsızlıq nümayiş etdirdi. Lakin Azərbaycan münaqişənin ən qaynar fazasında olmasına baxmayaraq, hər an müharibəni dayandırıb danışıqlar yolu ilə torpaqlarımızın hər qarışının geri qaytarılmasına hazırdır.
         Müharibə başlanan gündən Azərbaycan ordusunda muzdluların olduğunu iddia edənləri də unutmadı Ali Baş Komandan. İndiyə qədər bu məsələ ilə bağlı heç bir faktın təqdim edilmədiyini vurğulayan dövlətimizin başçısı bu cür əsassız iddialarla Rusiya və Fransa kimi ölkələrin də çıxış etdiyini və onlardan kiçik də olsa dediklərinə dair sübut göstərmələrini təklif etdiyini, lakin bu günə kimi heç bir sübutun ortaya çıxmadığını Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bildirdi. Azərbaycan ordusunun muzdlulara ehtiyacının olmadığını bildirən Ali Baş Komandan müzəffər ordumuzun bir sıra naliyyətlərindən söz açıb: “Azərbaycan Ordusu Ermənistanın işğal edilmiş ərazilərimizdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv edib, 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. 36 tank qənimət götürülüb. Çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusu, 40-a yaxın OSA zenit-raket kompleks qurğusunu, TOP qurğuları məhv edilib. Prinsip etibarilə onlar pilotusz uçuş qurğularına qarşı işləməlidirlər, PUA-lar onları məhv edib.” 
         Qalib ordunun qalib Ali Baş Komandanı olaraq müsahibə verən İlham Əliyev Sorosun əlaltısı olan Paşinyanın danışıqları hər yolla məhv etdiyini, baş verənlərin bütün məsuliyətinin Paşinaynın üzərində olduğunu və onun hakimiyyətinin həm Azərbaycan xalqına, həm Ermənistana qəm-qüssə gətirdiyini bildirdi. Cənab prezident “Çıxış” partiyasından olan Paşinyanın bir zamanlar “Rusiyalı işğalçılar, rədd olun!” şüarları ilə çıxış etdiyini xatırladıb Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar, ikiüzlü terrorçu rejimi dəstəkləməsinə təəccübünü bildirdi. Tarix boyu belə hadisələrlə çox rastlaşmış bir ölkə olaraq hər nə qədər təəccüblənsək də, hər an hər kəsdən zərbə yeməyə hazırıq. Lakin bizim xalq-dövlət birliyimizdən yaranan yumruq bütün zərbələri dəf etməyə qadir gücdədir. Çünki gücümüz birliyimizdədir və bu birlik bizi Qarabağa aparır!
     Günəş Əliyeva
     Nəsimi rayon gənci

Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Xəbər lenti
24/11/2020 [23:29]:
Ramin Musayev: Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik
24/11/2020 [22:42]:
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - rəsmi
24/11/2020 [22:09]:
İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib
24/11/2020 [21:58]:
Xalq artisti Əjdər Həmidov vəfat edib
24/11/2020 [21:16]:
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
24/11/2020 [20:37]:
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
24/11/2020 [20:11]:
“Brent” markalı neft 47 dollar həddini keçdi
24/11/2020 [19:36]:
Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi
24/11/2020 [19:01]:
Yeni tikilən binalara niyə qaz verilmir?
24/11/2020 [18:47]:
Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək
24/11/2020 [18:20]:
9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb
24/11/2020 [18:09]:
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
24/11/2020 [17:35]:
Noyabrın 25-ə hava proqnozu
24/11/2020 [16:38]:
Azərbaycan kubokunun püşkü atılıb
24/11/2020 [15:49]:
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"
24/11/2020 [15:01]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
24/11/2020 [14:24]:
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötdü
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
24/11/2020 [10:17]:
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Faiq Qarayev: “Dağlıq Qarabağda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin