Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir

20/10/2020 [08:30] - Cəmiyyət (284)



SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cumlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.

Bütün cəbhə boyu məğlubiyyətə uğrayan düşmən öz  nifrətini ortaya qoyaraq dinc əhalini hədəfə aldı. Gecə saatlarında cəbhə bölgəsindən çox uzaqlarda yerləşən Gəncə  şəhərində mülki əhalinin hədəf alınmasının bir adı var, bu da terrodur. Heç şübhəsiz ki, bu terror aksiyasına görə birbaşa məsuliyyəti Paşinyan daşıyır.  Hər zaman olduğu kimi Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfdar çıxdığı bütün beynəlxalq hüquq konvensiyalarına zidd addımlar atır. Mənfur düşmənin bu cür hərəkətlərinə biz göz yuma bilmərik. Düzdür, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməklə bu caniləri cəzalandırmaqda davam edir. Lakin onlar da çirkin əməllərindən əl çəkmirlər.

Beynəlxalq arenada işğalçı və daim özgə torpaqlarında gözü olan dövlət kimi tanınan Ermənistan dünya miqyasında terrorçu ölkə imici də  qazanmışdır. Hazırda Ermənistanın öz siyasətində terrordan istifadə etməsi və beynəlxalq miqyasda terrora dəstək verməsi dünya birliyini narahat edir. O da məlumdur ki, Ermənistan müxtəlif terrorçu təşkilatların silahla təmin edilməsində, belə təşkilatlara müxtəlif mənbələrdən silah çatdırılmasında fəal rol oynayır.

Ən böyük, danılmaz  həqiqət  budur ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Hazırki  müharibə bizim Vətən müharibəmizdir. Müharibə Azərbaycanın qalibiyyətli irəliləyişi ilə davam edir. Ermənistan tərəfi uduzduqca quduzlaşır,  cəbhə bölgəsinin dinc əhalisini iriçaplı silahlardan, müharibə zonasından uzaq Azərbaycan ərazisini-Gəncə şəhərini raket atəşinə tutmaqla torpaqlarımızın azad edilməsi prosesini əngəlləməyə çalışır. Bu cinayətkar hücumlar nəticəsində dinc əhalininin öldürülməsi, yaralanması, mülki obyektlərin dağıdılması düşmənin  öz  insanlığını itirməsinin aşkar göstəricisidir. Onlar törətdikləri terrora görə, Azərbaycan xalqının və ümumilikdə bütün  dünyanın qarşısında cavab verəcəklər. 
 
Əliyeva Zenfira   
                     
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
28/11/2020 [20:17]:
“France 24” Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin