Azərbaycan ordusunun qələbə salnaməsi

20/10/2020 [08:27] - Cəmiyyət (223)



Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu    antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir. Ermənistan hökuməti sülh danışıqları prosesini hər zaman pozmuş, BMT-nin qətnamələrinə riayət etməmişdir. İllərdi Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş mənfur düşmənimiz öz çirkin əməllərindən əl çəkməyərək işğal olunmuş ərazilərimizdən nəinki geri çəkilmiş, əksinə həmin ərazilərə erməni ailələrini məskunlaşdıraraq daha da möhkəmlənmişlər. 
Məlum olduğu kimi, sentyabrın 27-də düşmənin atəşkəsi kobudcasına pozmasına cavab olaraq yenilməz Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə əks-hücuma keçərək düşmənə ağır zərbələr vurmuşdur. Rəşadətli ordumuzun ardıcıl, dəqiq zərbələri nəticəsində qısa müddət ərzində düşmən həm hərbi texnika cəhətdən, həm də canlı qüvvə cəhətdən xeyli sayda itki vermişdir. Uğurlu hərbi əməliyyat nəticəsində Cəbrayıl və Füzuli şəhəri, ətraf kəndlər, Hadrud qəsəbəsi, Suqovuşan, Murov dağ və bir sıra strateji əhəmiyyətli yüksəkliklər düşmən tapdağından azad olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 oktyabr tarixli müraciətində Füzuli əməliyyatının rəmzi məna daşıdığını, qədim yaşayış məskənimizin olduğunu, onun qaytarılmasının minlərlə insanın o yerlərə qayıtması demək olduğunu vurğulamışdır. Azərbaycan ordusunun genişmiqyaslı hərbi əməliyyatları nəticəsində Ermənistan ordusu ağır məğlubiyyətə və itkilərə məruz qalıb. Ordumuz tərəfindən 234 ədəd tank məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb. 
Bizim savaşımız haqq savaşıdır. Azərbaycan öz torpağında, əzəli ərazilərini geri qaytarmaq uğrunda savaşır. Ermənistan tərəfi isə illərlə nümayiş etdirdiyi təcavüzkar siyasətindən əl çəkmir, əksinə müharibənin miqyasını daha da genişləndirmək istəyir. Lakin Azərbaycan ordusu ona layiqli cavabını verəcək və torpaqlarımızı əsl sahibinə geri qaytaracaq. Gün gələcək Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. 
Fehruzzadə Xatirə
Nəsimi rayon Təhsil işçisi



Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
28/11/2020 [20:17]:
“France 24” Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin