Qələbə bizimlədir!

19/10/2020 [16:20] - Cəmiyyət (303)



Ermənistan dövləti hər zaman müharibədə məğlubiyyətə uğrayan kimi mülkü əhalini hədəf alır.Bu isə onların nə qədər alçaq və şərəfsiz olduğunun ən bariz nümunəsidir.Bu şərəfsizlik birinci  Qarabağ müharibəsində də açıq aydın müşahidə edilmişdir.Dəhşətli xocalı soyqırımınıda törədən mənfur Ermənistan olmuşdur.Bu isə insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir.
Hazırda gedən Qarabağ uğrunda müharibədə xalqımız yenə də mülkü şəxslərdən itkilər verməyə davam edir.Bu isə alçaq ermənilərin yürütdüyü terror aktını açıq aydın göstərir.Onlar cəbhədənkənar bölgələrə atəş açmaqla necə amansız,qəddar olduqlarını sübut edirlər.Azərbaycan ordusu onlardan fərqli olaraq heç vaxt mülkü şəxslərə atəş açmır,savaşını mərdi-mərdanə cəbhə bölgəsində aparır.Günahsız soydaşlarımızın,körpə balalarımızın qətlə yetirilməsi bizim üçün ağır itkidir.Amma bu itkilər,faciələr bizi yolumuzdan döndərə bilməz.Azərbaycan xalqı bir amal uğrunda Qarabağın qaytarılması üçün həmrəy olub,birbirinə dəstək olurlar.
Ermənistanın məğlub oldunu görüb atəşkəs istəməsinə baxmayaraq yenə də öz hiyləgərliklərindən əl çəkmirlər.Azərbaycan bu atəşkəsin humanitar olduğunu,cəsədlərin və əsirlərin dəyişdirilməsi üçün olduğunu bəyan etsə də,Ermənistan mülkü əhalini hədəf almaqdan çəkinmədi.Təkcə Gəncə şəhərinə atəş açmaqla da qalmayıb,digər şəhərlərimizə də bu hiyləgər siyasətini yeridən Ermənistan bütün bu etdiklərinin cəzasını artıqlamasıyla alır və alacaqda!Necə ki artıq Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi, iki S-300 sistemi məhv edilib.Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir.Artıq bütün dünya çox gözəl şəkildə bilir ki Ermənistanın 30ildə qurduğu ordunu Azərbaycan ordusu 10günə darmadağın etdi və etməyə də davam edir.Azərbaycan bütün gücünü cəbhədə artıqlamasıyla  göstərir.Ermənistan kimi şərəfsizlik edərək mülkü əhalini hədəf almır.Bunu hər kəs bilməlidir ki, Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçıları qovur. Bizim Ermənistan torpağında hərbi məqsədlərimiz yoxdur. Ancaq, eyni zamanda, Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq.Ermənistan 30ilə yaxındır ki, Azərbaycanın  təbii sərvətlərini talan edir.Belə ki,Kəlbəcərin qızıl yataqlarını onlar qanunsuz olaraq istismar edirlər. Oradan çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii qaynaqları, torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırdılar. Ona görə burada bir çox hədəflər var. Əsas məqsədləri bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaq idi. Onlar buna da nail ola bilmədilər.
Hər kəs bilməlidir ki,Paşinyan Sorosun adamıdır və Rusiyaya qarşıdır. Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan, əslində, hər zaman anti-Rusiya mövqeyində olub. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı.İndi isə Rusiyaya yalvarır ki ona kömək etsin.Bu müharibə başlayan gündən Rusiyadan mədət umur.Lakin Rusiya tərəfsiz olduğunu qeyd edir.
Ermənistan status-kvonu saxlamaqa çox cəhd göstərsə də, Status-kvo artıq yoxdur, Azərbaycan status-kvonu dəyişdi. Qeyd edək ki,status-kvo torpaqların işğal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbuledilməzdir.
Azərbaycanın haqlı və ədalətli mübarizəsi dəstəklənir.Bizə qardaş olan Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu Azərbaycanı daha da ruhlandırdı. Ancaq təbii ki  hərbi dəstəkdən söhbət gedə bilməz.
Şəhidlərimiz bizim ümummilli kədərimizdir.Cənab Prezident İlham Əliyevi ən çox kədərləndirən Azərbaycanın itkiləridir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır.Biz inanırıq ki,şanlı ordumuz şəhidlərimizin qanını yerdə qoymayacaq.Qarabağın hər qarışında  tezliklə məskən salacağıq.
 Azərbaycan xalqının iradəsi sarsılmazdır. Azərbaycan xalqı iradəlidir, mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir. İndiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!”.Baxın budur birlik,vətənpərvərlik,mübarizlik.Azərbaycan xalqı bir olub hər an düşmənə qarşı savaşa getməyə hazırdır və  Qarabağımızın yolunu səbrsizliklər gözləyir.
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir.Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.Biz Ali Baş Komandanımıza hər zaman etimat göstərmişik və bu gündə heç şübhəsiz onun yanındayıq verdiyi qərarları sonuna kimi dəstəkləyirik.Biz Ali Baş Komandanımıza və şanlı ordumuza güvənirik.Bizi tezliklə Qarabağımıza qovuşdurmalarını səbrsizliklə gözləyirik.Şəhidlərimizin qanı yerdə qalmayacaq tezliklə zəfər bayramını qeyd edəcəyik.Necə ki 21gün ərzində 2şəhər,1 qəsəbə,Murovdağ zirvəsi və 58kənd alınıb.Bunun davamının gələcəyindən də çox əminik.Tezliklə Qarabağın hər guşəsində Azərbaycan bayrağı sancılacaq.Çox az qalıb.Azərbaycanın öhdəsindən heç kəs gələ bilməz.Gec ya tez axır əvvəl bizim olanı geri alacağıq.Durduqca bədəndə can yaşa,yaşa ey Şanlı Azərbaycan!

İbadova Günay
Nəsimi rayon gənci,Azərbaycan Dillər Universitetinin tələbəsi 

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin