Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı

19/10/2020 [13:14] - Cəmiyyət (362)



Yer kürəsində minlərlə xalq var. Bu xalqların hər birinin öz adət və ənənələri,mədəniyyəti,müqəddəs məfhumları var.Türklər ən qədim köklərə malik,igid oğullar yetişdirən xalqlardır.Vətən,torpaq,millət,din,dil,bayraq türklər üçün ən müqəddəs anlayışlardır.Bunlardan hər hansı birinə göz dikilərsə,xalqın igidləri savaş meydanında düşməni geri oturdur.Buna görə də əsl vətəndaş Vətənin dar günündə onun dərdinə biganə qala bilməz.Xalq şairimiz Məmməd Arazın da söylədiyi kimi:”Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!”
Azərbaycan xalqı həm siyasət,həm hərb meydanı üçün əsl vətəndaşlar yetişdirib,yetişdirməkdədir. Haqq işini yürüdən,işğalda olan torpaqlarını terroristlərdən,qəsbkarlardan təmizləyən mübariz ordumuz hərb meydanında,liderimiz cənab İlham Əliyev isə siyasət meydanında Vətəni müdafiə edir,düşmənə göz dağı verir.Prezidentimiz xüsusi ilə xarici mətbuata verdiyi müsahibələrdə xalqımızı layiqli təmsil edərək dünyanı ədalətə,terorizmə qarşı göz yummamağa çağırır.
Cari ilin 16 oktyabr tarixində Prezident cənab İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına müsahibə vermişdir.Bütün dünyanın gözü Qarabağda,Azərbaycanda olduğu bir zamanda Prezidentimizin qətiyyətli sözləri ilə Ermənistanın işğalçı siyasətinin əsl üzünü bir daha dünyaya göstərdi.Humanitar atəşkəs üçün yalvaran xəbis düşmən hər zamankı adətinə sadiq qalaraq dönüklüyünü nümayiş etdirdi.Atəşkəsdən bir gün sonra Gəncə şəhəri terrorizmin qurbanına çevrildi.Bu 1992-ci ildə də yaşanmışdı.Xocalı şəhəri eyni aqibəti yaşamadımı?1994-cü il atəşkəs razılaşmasını pozan tərəf Ermənistan olmadımı?
Humanitar atəşkəsi qəsdən və kobudcasına pozan Ermənistanın əsl istəyini Prezidentimiz müsahibəsində izah etdi:“Onlara bu atəşkəs ona görə lazım idi ki, öz qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin. Çünki bu atəşkəsdən sonra onlar Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər, üç dəfə oraya hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam etdirməkdir.”
Ermənistan 30 ildir ki,Qarabağı istismar edir.Prezidentimiz çıxışında bildirdi ki,Ermənistan Kəlbəcərdəki qızıl yataqlarını istismar edir və bu qanunsuzdur.Həmçinin münbit torpaq,mineral sular,yer altı faydalı qazıntılar istismar olunur.Hər şey Ermənistana daşınır və xarici bazara çıxarılır,bundan gəlir əldə edilir.Lakin əsl məqsəd isə tarixə dayanan türk nifrətidir:”Ermənistan faşizm siyasəti aparır, Türkiyəyə, Azərbaycana nifrəti aşılayır, uşaqlara türkləri düşmən kimi qələmə verir. Öz əhalisinin beyinlərini zəhərləyir. Yəni, Ermənistanın işğalçılıq siyasətinin təməlində bu dayanır.”
Azərbaycan Qarabağın azad edilməsi üçün hərbi və ya siyasi yol fərq etmədən mübarizlik göstərir.Ordumuz Ali Baş Komandanımızın başçılığı ilə tarix yazır.Azərbaycan xalqı həm öz liderini,həm də ordusunu canla,başla dəstəkləyir!

Şəmilova Dünya 
Azərbaycan Dillər Universiteti tələbəsi,Nəsimi rayon gənci

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin