Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir

17/10/2020 [20:57] - Cəmiyyət (439)



Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir və son vaxtlar iki qardaş ölkə arasında bu istiqamətində xüsusi canlanma müşahidə edilir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdi. Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb olunması ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi. Budəfəki təlimlər daha geniş tərkibli şəxsi heyəti iştirakı və uzun müddətli olması ilə diqqəti cəlb etdi. Bu təlimlərin başlanması zamanı Ermənistan silahlı qüvvələrində həyəcan siqnalı verilmiş və düşmən ordusunun hazırlıq səviyyəsi yoxlanılmışdı. Belə yüksək səviyyədə hərbi təlimlərin keçirilməsi, həmçinin Ermənistanın havadarlarına da ciddi bir çağırışdır. 
2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Göründüyü kimi, iki ölkənin ordularının iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır. Qeyd etməliyik ki, 2013-cü ildə planda 7 təlimin keçirilməsi var idisə, 2019-cu ildə bu təlimlərin sayı 13-ə çatıb. Bir faktı qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünyanın güclü orduları arasında 9-cu yerdədir. Türkiyə hərbi potensialına görə NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Belə böyük hərbi potensiala malik qardaş ölkə ilə hərbi təcrübəni bölüşmək ölkəmizin xeyrinə olan amildir.
Prezident İlham Əliyev Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirdi ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Dövlətimizin başçısı, həmçinin dedi: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Beləliklə, iki həftədən çox davam edən təlimlər və onların yekunlarının müzakirə edilməsi məqsədilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi bir sıra nəticələrə gəlmək imkanı verir. Birincisi, Türkiyə regionda işğalçını cilovlamaq niyyətində olmasını gizlətmir; ikincisi, o regionda hərbi gərginlik yaratmaq niyyətində olanları belə hərəkətlərdən çəkindirməyə çalışır, üçüncüsü, Türkiyə regionu Avropa enerji təsərrüfatı ilə bağlayan beynəlxalq neft, qaz və nəqliyyat arteriyalarının təhlükəsizliyini təmin etməyə səy göstərir; nəhayət, dördüncüsü, qardaş ölkə Azərbaycan Silahlı Qüvvələrinin modern orduya çevrilməsinin donoru kimi çıxış etməklə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir.
Təranə Ağalarova
Nəsimi rayon təhsil işçisi 

Azərbaycanda bir gündə COVİD-19-a yoluxanların sayı 1000-i keçdi
Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi
Oktyabrın 30-a hava proqnozu
Hikmət Hacıyev: “2-ci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə “SCUD” raketləri atılır”
Bərdə qatilləri məhv edilib - rəsmi
Xəbər lenti
29/10/2020 [17:58]:
Putin: Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...
29/10/2020 [17:53]:
Fransa kuboku dayandırılıb
29/10/2020 [17:41]:
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində ölən şəxsin kimliyi məlum olub - rəsmi
29/10/2020 [17:12]:
Azərbaycanda bir gündə COVİD-19-a yoluxanların sayı 1000-i keçdi
29/10/2020 [16:49]:
Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi
29/10/2020 [16:07]:
Oktyabrın 30-a hava proqnozu
29/10/2020 [16:02]:
Rusiya avqustda Türkiyənin ən böyük qaz tədarükçüsü olub
29/10/2020 [15:44]:
Hikmət Hacıyev: “2-ci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə “SCUD” raketləri atılır”
29/10/2020 [15:32]:
Bərdə qatilləri məhv edilib - rəsmi
29/10/2020 [15:21]:
İnformasiya açıqlığı vətəndaşlara necə kömək edə bilər?
29/10/2020 [15:20]:
Dövlət rəsmilərinin və xarici diplomatların getdiyi Tərtər şəhəri atəşə tutuldu
29/10/2020 [14:59]:
Türkiyədən Azərbaycana idxalın həcmi 45 faiz artıb
29/10/2020 [14:18]:
Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib - rəsmi
29/10/2020 [13:16]:
Türkiyə Suriyada PKK-ya qarşı əməliyyatlara başlaya bilər - Ərdoğan xəbərdarlıq etdi
29/10/2020 [12:23]:
"Sentyabrın 27-dən indiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub" - baş prokuror
29/10/2020 [11:23]:
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib
29/10/2020 [10:37]:
Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub yazdılar
29/10/2020 [09:32]:
İlham Əliyev: Minsk qrupu özünü doğrultmadı
28/10/2020 [23:27]:
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
28/10/2020 [23:01]:
İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə təbrik edib
28/10/2020 [22:42]:
"Türkiyə ilə Rusiyanın yaxınlaşması regional təhlükəsizliyin mühüm amilidir" - Prezident
28/10/2020 [21:48]:
Unay Emeri: “Qarabağ” yüksək səviyyədə oynamağa qadirdir”
28/10/2020 [20:56]:
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib
28/10/2020 [19:45]:
Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
28/10/2020 [19:03]:
Mithat Aydın: Türkiyənin hər guşəsində olduğu kimi, Dənizlidə də hamının ürəyi Azərbaycanla döyünür
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin