Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir

17/10/2020 [20:29] - Cəmiyyət (387)



Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. 
Məlum olduğu kimi, sentyabrın 27-də erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobudcasına pozulması nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi pik həddə çatmışdır. Nəticədə rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın əmrilə əks-hücuma keçərək doğma torpaqlarımızın mənfur düşmənin əsarəti altından azad etmə əməliyyatına başlamışlar. Azərbaycan ordusunun hərbi uğurları bütün cəbhə boyuda davam etməkdədir. 
Oktyabr ayının 17-də Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibədə Ermənistanın hərbi cinayət törədərək döyüş meydanındakı ağır məğlubiyyətin əvəzini mülki şəxslərə atəş açmaqla çıxdığını vurğulayaraq “Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz.” - fikrini səsləndirmişdi. Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Lakin düşmən ölkə humanitar atəşkəs rejimini dəfələrlə pozaraq Azərbaycanın yaşayış məntələrini müntəzəm olaraq atəşə tutmuşlar. Əslində Ermənistan tərəfi bu cür addım atmaqla ordusundakı ağır itkiləri ört-basdır etməyə və Azərbaycan xalqı arasında ruh düşkünlüyü yaratmaq niyyətindədir. Lakin bu, nəinki xalq və ordu arasında ruh düşkünlüyü yaratmır, əksinə düşmənə qarşı qüvvələrimizi daha da birləşdirərək ağır zərbələr vurmaq əzmini artırır. 
“Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi, iki S-300 sistemi məhv edilib. Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir.” – bu fikirləri Cənab Prezidentimiz müsahibə zamanı söyləmişdi. 
Artıq heç kəsə sirr deyil ki, Ermənistan muzdlu döyüşçülər gətirir və müharibə coğrafiyasını genişlətməyə çalışır.  Müxbirin “Türkiyədən və Pakistandan Sizə dəstək mesajları gəlir. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan “Hər cür dəstəyi verməyə hazırıq” dedi. Bu baxımdan Türkiyə və Pakistandan hərbi dəstək istəyəcəksinizmi?” sualına ölkə başçısı “Türkiyə və Pakistan Azərbaycana ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu, Azərbaycanı daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən söhbət gedə bilməz.” Bəli bu, həqiqətən də belədir. Çünki Azərbaycan ordusu son illər hərbi gücünü daha da artırmış və düşmənə qarşı təkbaşına vuruşmaq qabiliyyətindədir. Qısa müddət ərzində yenilməz Azərbaycan ordusu öz gücünü düşmənə göstərərək əzəli torpaqlarımızı düşmən tapdağından azad etmiş, hərbi uğurlarımız hələ də davam etməkdədir.
Fehruzzadə Xatirə 
Nəsimi rayon Təhsil işçisi


Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
Azərbaycanda distant təhsil müddəti uzadılıb
Laçın rayonunun yol nişanları hazırdır
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
Xəbər lenti
30/11/2020 [21:55]:
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının tarixinə düşüb
30/11/2020 [20:46]:
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
30/11/2020 [20:11]:
Azərbaycanda distant təhsil müddəti uzadılıb
30/11/2020 [19:37]:
Neft ucuzlaşdı
30/11/2020 [19:13]:
Laçın rayonunun yol nişanları hazırdır
30/11/2020 [18:21]:
KİV: Paşinyanın Rusiyaya səfəri ləğv olunub
30/11/2020 [17:59]:
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
30/11/2020 [17:28]:
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
30/11/2020 [17:17]:
Yerevanda əsgər valideynləri yenidən etiraza qalxdı
30/11/2020 [17:03]:
ANAMA: İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir
30/11/2020 [16:14]:
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
30/11/2020 [15:47]:
Baş Prokurorluq vətəndaşlara müraciət edib
30/11/2020 [15:28]:
Moldova prezidenti hökuməti istefaya çağırdı
30/11/2020 [14:46]:
Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub
30/11/2020 [13:59]:
Azərbaycan Ermənistan sərhədinə qədər yeni yol çəkir
30/11/2020 [13:22]:
Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib
30/11/2020 [13:15]:
Dekabr ayına olan hava proqnozu açıqlanıb
30/11/2020 [12:24]:
Eduard Şərmazanov: "Paşinyan həyasızcasına yalan danışır"
30/11/2020 [11:29]:
ABŞ-ın baş infeksionisti: “Məktəbləri yox, barları bağlayın”
30/11/2020 [11:02]:
Azərbaycanda yeni qızıl yatağı istismara verilib
30/11/2020 [10:33]:
"Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik" - Türkiyə Milli Müdafiə Nazirliyi
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin