Azərbaycan xalqının iradəsi sarsılmazdır!

17/10/2020 [20:15] - Cəmiyyət (392)



Şanlı Ordumuzun sentyabrın 27-dən etibarən düşmənə qarşı başlatdığı əks-hücum əməliyyatı bu gün də uğurla davam etdirilir. Gedən döyüşlərdə düşmənə ağır zərbələr endirilmiş, çox sayda zenit-raket kompleksləri, artilleriya qurğuları və canlı qüvvəsi ordumuz tərəfindən məhv edilmişdir. Təxminən 2 milyard dollar dəyərində düşmənə ziyan dəyib və bu hələ də davam edir. Təbii ki, müharibə şəraitində dəqiq hesablamalar aparmaq mümükün deyil, lakin bu, düşmənin itkilərinin sadəcə bir hissəsidir.
Azərbaycan tərəfi hər zaman münaqişənin masa arxasında, diplomatik yolla həllinə üstünlük vermişdir. Ağır itkilər verən Ermənistan tərəfi sülhə məcbur edilmişdir. Oktyabrın 9-da Rusiya Xarici İşlər Nazirinin iştirakı ilə tərəflər arasında 11 saata qədər uzun bir müddətdə müzakirələr aparılmışdır. Bu müzakirələrin nəticəsində Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs elan olunmuşdur. Mahiyyət etibarilə, hər bir müharibədə humanitar atəşkəs elan oluna bilər və bu, yaralıların və ölənlərin daşınması üçün olan müvəqqəti atəşkəsdir. Lakin hər zaman olduğu kimi, düşmən bu atəşkəsi də pozaraq kəndlərimizi atəşə məruz qoymuşdur. Atəşkəsin elan olunmasından 1 gün keçməmiş düşmən, heç bir hərbi obyektin və hərbi qüvvənin olmadığı Gəncə şəhərinə gecə saatlarında raket atmış və nəticədə onlarla insan yaralanmış, həlak olmuşdur. Bu növbəti hərbi cinayətdir. Ermənistan tərəfi bununla Cenevrə konvensiyasını kobudcasına pozaraq, xalqımıza qarşı terror aktı törətmişdir.
Azərbaycan ermənilərin xalqımıza qarşı törətdiyi bu təxribatın cavabını döyüş meydanında verir və verəcəkdir. Prezident İlham Əliyev “A Haber” kanalına verdiyi müsahibədə bildirmişdir ki “ Bu təxribatlar Azərbaycan xalqının iradəsini qıra bilməz, biz bu təxribatın cavabını döyüş meydanında verəcəyik. Ermənistan ərazisindən təhlükəli silahlarla Azərbaycana qarşı hücumlar davam edəcəksə, bu Azərbaycan üçün qanuni hərbi hədəflər olacaqdır.”
Aparılan əks-hücum əməliyyatlarının nəticəsində, Azərbaycan status-kvonu dəyişdirdi, hansı ki, Ermənistan tərəfi hər zaman status-kvonun sabit qalmasına və təmas xəttinin olmasına çalışmışdır. Bu gün Azərbaycan Ordusu və Ali Baş Komandan status-kvonu dəyişdirdi və artıq təmas xətti anlayışı yoxdur.
Uzun illərdir Ermənsitan tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı istismar etmiş, təbii sərvətlərimizi talan etmişdir. Kəlbəcərdə yerləşən qızıl mədənlərindən qanunsuz yollarla çıxarılan qızılları Ermənistana aparmış və bu qızılları sataraq pul qazanırdılar. Eyni zamanda bir çox ölkələrdən erməni ailələri gətirmiş, həmçinin PKK terrorçularını da Qarabağa yerləşdirirdilər. Ordumuzun uğurlu əməliyyatları nəticəsində artıq düşmənin bütün hərbi qüvvələri məhv edilir və Ermənistan bir daha  bu ərazilərdə məskunlaşma apara bilməyəcək.
 Cənab Prezident müsahibəsində qardaş Türkiyənin və digər ölkələrin dəstəyini də vurğulamışdır. İlk gündən etibarən qardaş Türkiyə Azərbaycanın yanında olmuş və mənəvi dəstək vermişdir. Türkiyə və Azərbaycan arasındakı hərbi əməkdaşlıq uzun illərdir ki, davam edir. Hər il hər iki ölkənin hərbi qüvvələrinin iştirakı ilə təlimlər keçirilir. Eyni zamanda bu mübarizədə Türkiyənin öz istehsalı olan SİHA-ların Azərbaycana satılması, düşmənin təxminən 1 milyard dollar dəyərində itki verməsinə səbəb olmuşdur. 
Türkiyə regionda və dünyada öz sözünü deyən və maraqlarını müdafiə edən ölkə olmuşdur. Bu məsələnin həlllində də açıq şəkildə Azərbaycanın yanlnda olduğunu bildirmiş və münaqişənin həlli üçün Rusiya prezidenti və vəzifəli şəxslər ilə telefon danışıqları aparmışdır və aparır. Bununla da Türkiyə de-fakto buradadır.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri isə təəssüf ki, indiyə qədər heç bir fayda verməmişdir. Buna görə də Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə başlamışdır. Bir həmsədr kimi Fransanın açıq şəkildə Ermənistanın tərəfində olduğunu bildirməsi, Fransanın həmsədrlik funksiyasını düzgün yerinə yetirə bilmədiyini göstərir. Hər bir həmsədr tərəfsiz mövqe göstərməli və məsələnin sülh yolu ilə həllinə çalışmalıdır.
Prezident İlham Əliyevin də bildirdiyi kimi Azərbaycan xalqının iradəsi sarsılmazdır, heç bir təxribat xalqımızın qətiyyətini və iradəsini qıra bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan xalqı tarixi torpaqlarına geri dönəcəkdir.

Vəliyeva Rumiyə
Nəsimi RİH könüllüsü

Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
Azərbaycanda distant təhsil müddəti uzadılıb
Laçın rayonunun yol nişanları hazırdır
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
Xəbər lenti
30/11/2020 [21:55]:
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının tarixinə düşüb
30/11/2020 [20:46]:
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
30/11/2020 [20:11]:
Azərbaycanda distant təhsil müddəti uzadılıb
30/11/2020 [19:37]:
Neft ucuzlaşdı
30/11/2020 [19:13]:
Laçın rayonunun yol nişanları hazırdır
30/11/2020 [18:21]:
KİV: Paşinyanın Rusiyaya səfəri ləğv olunub
30/11/2020 [17:59]:
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
30/11/2020 [17:28]:
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
30/11/2020 [17:17]:
Yerevanda əsgər valideynləri yenidən etiraza qalxdı
30/11/2020 [17:03]:
ANAMA: İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir
30/11/2020 [16:14]:
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
30/11/2020 [15:47]:
Baş Prokurorluq vətəndaşlara müraciət edib
30/11/2020 [15:28]:
Moldova prezidenti hökuməti istefaya çağırdı
30/11/2020 [14:46]:
Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub
30/11/2020 [13:59]:
Azərbaycan Ermənistan sərhədinə qədər yeni yol çəkir
30/11/2020 [13:22]:
Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib
30/11/2020 [13:15]:
Dekabr ayına olan hava proqnozu açıqlanıb
30/11/2020 [12:24]:
Eduard Şərmazanov: "Paşinyan həyasızcasına yalan danışır"
30/11/2020 [11:29]:
ABŞ-ın baş infeksionisti: “Məktəbləri yox, barları bağlayın”
30/11/2020 [11:02]:
Azərbaycanda yeni qızıl yatağı istismara verilib
30/11/2020 [10:33]:
"Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik" - Türkiyə Milli Müdafiə Nazirliyi
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin