Yaşasın Azərbaycan Ordusu, yaşasın Azərbaycan!

16/10/2020 [18:00] - Cəmiyyət (157)



Sentyabrın 27-dən etibarən Ermənistan Silahlı Qüvvələrinə qarşı həyata keçirilən əks-hücum əməliyyatları uğurla davam  etdirilir. Şanlı Ordumuz düşmənin tanklarını, hərbi anbarlarını, bir çox raket kompleksini və idarəedici qurğularını məhv etmişdir. Xeyli sayda canlı qüvvə və artilleriya sistemi itirən düşmən, artıq panikaya düşərək bir çox ölkələrin prezidentlərinə zəng vuraraq kömək istəyir.
Ağır sarsıdıcı zərbələrdən sonra düşmən danışıqlar masasına gəlməyə məcbur olub. Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə hər iki ölkənin Xarici İşlər Nazirləri ilə görüş keçirilib. 11 saat davam edən bu görüşlər təbii ki, ölkəmizin xeyrinə oldu. Danışıqların bu qədər uzun çəkməsinin əsas səbəbi isə Azərbaycan üçün məqbul olmayan açıqlamalar salınmalı idi.  Danışıqların nəticəsi olaraq baza prinsiplər əsas götürülməklə atəşkəs elan olundu. Ermənistanın burada əsas məqsədi humanitar atəşkəs adıyla özünə yeni qüvvələr və silah –sursat təmin etmək idi. Lakin onlar atəşkəs rejiminə əməl etməyərək, yenidən dinc əhaliyə və mülki obyektlərə atəş açdılar. Təbii ki,belə bir anda Azərbaycan özünü müdafiə etməli idi.
Mənfur ermənilər yeni bir soyqırım aktı törətdilər. Atəşkəs olmasına və sülh bölgəsi olmasına baxmayaraq Gəncəyə raket atılaraq insanların həlak olmasına səbəb oldular. Azərbaycan xalqı bunu Xocalı soyqırımı ilə eyni dərəcədə qiymətləndirmişdir.
Bu cür təxribatları törətməkdə əsas məqsəd  üçüncü tərəflərin məsələyə cəlb olunmasıdır. Ermənistan tərəfinin ən çox ümid bəslədiyi  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Bu təşkilatın nizamnaməsinə görə hər hansı bir dövlətə xaricdən hücum olarsa, digər dövlətlər köməyə gəlməlidir. İndi Ermənistan hər cür təxribatlara əl ataraq Azərbaycanın Yerevana   hücumunu gözləyir və beləliklə, nizamnaməyə uyğun olaraq digər dövlətlər ona köməyə gələcək. Təbii ki, Azərbaycan bunu bilir və heç bir şəkildə öz torpaqlarından kənara və dinc əhaliyə atəş açmır.
Hər zaman olduğu kimi əks –hücum əməliyyatları başladığı ilk gündən qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər vəzifəli şəxslər Azərbaycanın yanında olduğu haqqda bəyanat verdi. Pakistan dövlətinin Azərbaycana dəstəyi də danılmazdır. Pakistan baş naziri öz çıxışında Azərbaycanın yanında olduğunu və hər cür dəstəyi verməyə hazır olduqlarını bildirmişdir.
Türkiyənin Azərbaycanın yanında olması və verdiyi mənəvi dəstək düşmənin daha da qıcıqlanmasına səbəb oldu. Yalan məlumatlar yayaraq, türk əsgərlərini Azərbaycan tərəfində vuruşduqlarını dünyaya inandırmağa çalışdılar. Lakin Prezident İlham Əliyev öz çıxışında bunun tamamilə yalan məlumat olduğunu və heç bir sübut gətirmədiklərini bildirdi.
İlk gündən Türkiyənin dəstək olmasının çox böyük əhəmiyyəti var. Çox insan başa düşməsə də Türkiyənin dəstəyini bildirməsi regionda Azərbaycanın tək olmadığını düşmənlərə çatdırmış oldu.
Azərbaycan hər zaman sülh tərəfdarı olmuş və yenə də bu məsələnin sülh ilə həll olunmasını istəyir. Bunun üçün də ATƏT-in Minsk qrupu yaradılmış, lakin illərdir heç bir irəliləmə olmamışdır. Elə həmsədr ölkələr var ki, heç onların bu məsələdə marağı və təsiri yoxdur. Ona görə də Minsk qrupunu tərkibi dəyişdirilməli, regionda və eyni zamanda bu məsələnin həllində böyük rolu olan Türkiyənin həmsədr ölkə kimi bu qrupa daxil olması vacibdir.
İstər sülh, istərsə də hərbi yolla biz öz torpaqlarımıza qayıdacağıq. Biz bu yoldan dönməyəcəyik, çünki bizim yolumuz haqq yoludur. Yaşasın Azərbaycan Ordusu, yaşasın Azərbaycan!

Vəliyeva Rumiyə
Nəsimi RİH könüllüsü

İzmirdə zəlzələdə yaralananların sayı 152 nəfərə çatıb - 4 nəfər ölüb -yenilənib
Qubadlıda əsir düşən erməni keşişi: Məni zorla döyüşlərə cəlb ediblər...
Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
Daha 9 kənd işğaldan azad edilib
Xəbər lenti
30/10/2020 [18:36]:
İzmirdə zəlzələdə yaralananların sayı 152 nəfərə çatıb - 4 nəfər ölüb -yenilənib
30/10/2020 [17:26]:
Qubadlıda əsir düşən erməni keşişi: Məni zorla döyüşlərə cəlb ediblər...
30/10/2020 [16:22]:
Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
30/10/2020 [15:34]:
Baş prokuror “Human Rights Watch”a cavab verib
30/10/2020 [15:15]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
30/10/2020 [15:01]:
Daha 9 kənd işğaldan azad edilib
30/10/2020 [14:13]:
İranda ötən sutka 365 nəfər koronavirusdan ölüb
30/10/2020 [13:03]:
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
30/10/2020 [12:16]:
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:36]:
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
30/10/2020 [10:42]:
Ceyhun Bayramov Cenevrəyə gedib
30/10/2020 [09:54]:
Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq”
29/10/2020 [23:16]:
Əfsanəvi futbolçu Azərbaycana dəstək olub
29/10/2020 [22:31]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [22:29]:
Noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant olacaq
29/10/2020 [21:56]:
Bakı polisi nəzarət tədbirlərini gücləndirdi
29/10/2020 [21:04]:
İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun yaradılmasına başlanılır
29/10/2020 [20:29]:
İzmirin küçələri bayrağımızla bəzədildi: “Azərbaycan, yanındayıq!”
29/10/2020 [19:48]:
Səfirlik: Moskvada Müslüm Maqomayevin abidəsini təhqir edənlər müəyyən olunub
29/10/2020 [18:39]:
Prezident Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanunu təsdiqləyib
29/10/2020 [18:27]:
Neft ucuzlaşdı
29/10/2020 [18:21]:
Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
29/10/2020 [18:02]:
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - fərman
29/10/2020 [17:58]:
Putin: Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...
29/10/2020 [17:53]:
Fransa kuboku dayandırılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin