Diz çökmüş Ermənistan

16/10/2020 [17:45] - Cəmiyyət (185)



Azərbaycan mövcud beynəlxalq öhdəliklərə əməl etmək üçün mütəmadi olaraq terrorizmlə mübarizə sahəsində daxili qanunvericiliyini nəzərdən keçirir, lazımi və əlavə olan dəyişikliklər edir. Müstəqilliyindən sonrakı 30 ildə Azərbaycan yoxsulluq səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail oldu, ölkənin böyük həcmli, beynəlxalq sektoru olan neft və qaz hasilatından əldə etdiyi gəlirləri ölkənin infrastrukturunun və qeyri-neft sektorundakı şirkətlərin inkişafına yönəltdi. Hazırda ölkəmiz terrorizmə qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın daxilinə qoşulub və ölkəmizin qanunvericiliyi həmin beynəlxalq konvensiyalara uyğunlaşdırılmışdır. 
       
İşğal olunmuş ərazilər milli və beynəlxalq nəzarətdən kənar olduğundan, cinayətkar qrupların qanunsuz fəaliyyətlərini müstəqil şəkildə həyata keçirmələri üçün əlverişli şərait yaradır. Bu ərazilərdəki cinayət əməllərindən əldə olunan gəlirlərin dünyanın müxtəlif yerlərində terror fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə olunma riski var.
        
Azərbaycan 1980-ci illərdən bəri terrora məruz qalan bir ölkədir. Bu baxımdan terror problemi respublikamız üçün yeni bir anlayış deyil. Ərazimizdə Ermənistanın birbaşa təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə törədilmiş və minlərlə insanın ölümünə səbəb olan terror fəaliyyətinə dair dəlillər mövcuddur. 1980-ci illərin sonlarından bəri Azərbaycan ərazilərinə iddia edən və ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiq edən Ermənistan dəfələrlə terror aktları törətdi. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarları və iştirakçıları hələ də azadlıqdadırlar və hələ də ədalət mühakiməsinə cəlb edilməyiblər. Bundan əlavə onlar uydurma sənədlərlə dünyəvi beynəlxalq təşkilatların gözlərini boyamaq istəyirlər. Bütün bu sənədlərdəki Ermənistanın idarəçilik sistemi və Azərbaycanla olan münaqişəsi ilə bağlı faktlar və dəlillər tamamilə yalandır. 
         
Ermənistan Azərbaycanın Dağlıq Qarabağını və onla həmsərhəd olan yeddi rayonu işğal edib. Ermənistan azərbaycanlılara qarşı soyqırım törədib, həmçinin etnik təmizləmələr aparıb və hərbi cinayətlər törədib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin rəsmi şəkildə təsdiq edilməsinə baxmayaraq (822, 853, 874, 884)  Ermənistan hələ də işğal altındakı ərazilərimizdən öz ordusunu geri çəkməyib. Keçmiş tarixi yalan faktlardan ibarət olan bu dövlət, işğalda olan ərazilərimizdən çıxmağı hərbi şəkildə rədd edir və Qarabağın Azərbaycanın torpaqları olduğu gerçəyini öz saxta sənədləri ilə ört-basdır etməyə çalışır. 
Öz gücümüzü qorumalı olduğumuz bu dövr ərzində Azərbaycana İtalya, Macarıstan, Pakistan, İsrail və ən əsas qardaş ölkəmiz olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllinə yönəlmiş səylərə öz töhfəsini verir. Türkiyənin Azərbaycanla münasibətləri çoxşaxəlidir və strateji səviyyədədir. Tez-tez yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsidir. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə öz təşəbbüslərini davam etdirir. 1993-cü ildə ermənilərin Dağlıq Qarabağda törətdiyi terrorun nəticəsi olaraq Ermənistanla olan 2 sərhəd qapısını rəsmi şəkildə bağlamışdır və bu vəziyyət Ermənistanın iqtisadi inkişafına mane olmuşdur. 
         
Mövcud olan situasiyanın yanı-sıra Ermənistanın daxilində böyük aclıq yaşanır və əhali bundan əlavə öz vətəndaşlarının Azərbaycanın üstünlüyünün qorunduğu və Ermənistanın məğlubiyətinin danılmaz olduğu bu müharibədə döyüşə göndərilməsinin əlehinə bir sıra etiraz aktları nümayis etdirir. Vətəndaşların “ölmək daha yaxşıdır” deyə izah etdikləri həyat şəraitləri bir neçə global xəbər medyası tərəfindən də sosyal şəbəkələrdə çəkilən şəkillərin sübutu ilə öz əksini tapmışdır. Hərşeyə rəğmən Ermənistanın baş naziri olan Nikol Paşinyan, halhazırda ölkəsində yaşanılan çətinlik dövləti çıxılmaz vəziyyətə salsa belə, qarşısına qoyduğu uğursuz strategiyalarla birgə o öz idarəçiliyini sui-istifadə etməkdən geri çəkilmir. Bu da artıq aydın faktordur ki, sadalanan bütün vəziyyətlər Ermənistanın qaçınılmaz süqutunu hazırlayır.

Adgözəlli Səbinə
Nəsimi RİH könüllüsü

Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
Daha 9 kənd işğaldan azad edilib
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
Ceyhun Bayramov Cenevrəyə gedib
Xəbər lenti
30/10/2020 [16:24]:
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub
30/10/2020 [16:22]:
Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
30/10/2020 [15:34]:
Baş prokuror “Human Rights Watch”a cavab verib
30/10/2020 [15:15]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
30/10/2020 [15:01]:
Daha 9 kənd işğaldan azad edilib
30/10/2020 [14:13]:
İranda ötən sutka 365 nəfər koronavirusdan ölüb
30/10/2020 [13:03]:
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
30/10/2020 [12:16]:
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:36]:
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
30/10/2020 [10:42]:
Ceyhun Bayramov Cenevrəyə gedib
30/10/2020 [09:54]:
Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq”
29/10/2020 [23:16]:
Əfsanəvi futbolçu Azərbaycana dəstək olub
29/10/2020 [22:31]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [22:29]:
Noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant olacaq
29/10/2020 [21:56]:
Bakı polisi nəzarət tədbirlərini gücləndirdi
29/10/2020 [21:04]:
İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun yaradılmasına başlanılır
29/10/2020 [20:29]:
İzmirin küçələri bayrağımızla bəzədildi: “Azərbaycan, yanındayıq!”
29/10/2020 [19:48]:
Səfirlik: Moskvada Müslüm Maqomayevin abidəsini təhqir edənlər müəyyən olunub
29/10/2020 [18:39]:
Prezident Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanunu təsdiqləyib
29/10/2020 [18:27]:
Neft ucuzlaşdı
29/10/2020 [18:21]:
Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
29/10/2020 [18:02]:
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - fərman
29/10/2020 [17:58]:
Putin: Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...
29/10/2020 [17:53]:
Fransa kuboku dayandırılıb
29/10/2020 [17:41]:
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində ölən şəxsin kimliyi məlum olub - rəsmi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin