“Çox hiyləgər, terrorist və mənfur düşmənlə üz-üzəyik!

12/10/2020 [10:29] - Cəmiyyət (758)



Bildiyimiz kimi , 27 sentyabr tarixində Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının əraziləri, mülki əhalinin yaşadığı kəndlər atəşə tutulmağa başladı. Düşmənin təxribat xarakterli hücumuna cavab olaraq ordumuz tərəfindən əks-hücum əməliyyatları başladıldı və qısa müddət ərzində azğın düşmən geri çəkilməyə məcbur edildi.Bir neçə saat ərzində şanlı ordumuzun uğurlu döyüş əməliyyatı nəticəsində bir neçə kəndimiz işğaldan azad olundu.Əlbəttə, Azərbaycan Ordusunun maddi-texniki bazası və arsenalında yer alan silah potensialı düşmən tərəflə müqayisə olunmayacaq dərəcədə güclü və zəngindir. Ordumuz qafqazın ən güclü ordularındandır.Şanlı Ordumuz istənilən döyüş tapşırığını qısa müddət ərzində uğurlu şəkildə icra edəcək bacarıqlı şəxsi heyətə sahibdir.Məhz buna görə də on gündən artıq davam edən döyüşlər zamanı Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun bəzi kəndləri,Füzuli rayonunun bəzi kəndləri,Hadrut qəsəbəsi ,Suqovuşan kəndi  və.s tarixi ərazilərimiz düşmən tapdağından azad edildi və həmin ərazilərə Azərbaycan bayrağı sancıldı. Lakin ordumuzun və diplomatiyamızın gücü önündə aciz qalan düşmən ölkənin baş naziri bu müddət ərzində dünya liderlərinə dəfələrlə zəng edib kömək istədi. Bir çox hallarda zənglərinin rədd edilməsinə baxmayaraq təkrar zənglərlə israrla bir neçə dövlət rəhbəri ilə danışdı. Əlbəttə,heç bir siyasi savada və idarəçilik qabiliyyətinə sahib olmayan şəxsə bu münasibətin göstərilməsi heç də təəccüb yaratmır.     
         Düşmən tərəfin baş nazirinin düşdüyü rəzil vəziyyəti nəzərə alaraq Rusiya tərəfi hər iki tərəfin xarici işlər nazirlərinin iştirakı ilə humanitar atəşkəs məsləhətləşmələri üçün tərəfləri Moskvaya dəvət etdi. Azərbaycan danışıqlar prosesinə sadiqliyini nümayiş etdirdi və təklifi qəbul edərək görüşə qatılmağa razılıq verdi. Xarici İşlər Nazirlərinin 11 saat davam edən görüşü zamanı humanitar atəşkəsin təmin olunmasına dair razılaşma əldə olundu. Qəbul olunan qərara əsasən 10 oktyabr tarixində saat 12:00-dan etibarən humanitar atəşkəs elan olunmalı və tərəflər ərazilərdə qalan cəsədlərin və əsirlərin mübadiləsi işini həyata keçirməli idi. Lakin Ermənistan öz mənfur niyyətini  və dövlət siyasətinin bir hissəsinə çevrilmiş terrorçu mahiyyətini bir daha sübut etdi. Atəşkəsin müəyyən olunduğu vatxdan bir qədər sonra ərazilərimiz yenidən atəşə məruz qaldı.    

       Humanitar atəşkəsə əməl etməyən düşmən tərəfi 11 oktyabr gecə 02:00 radələrində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini raket atəşinə məruz qoydu. Raket atəşi nəticəsində 10 nəfər həlak oldu və 40 nəfərdən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirildi.Həlak olan və xəsarət alanlar içərisində qadınlar və uşaqlar da var. Ermənistanın terroru nəticəsində şəhərdə onlarla evlər sıradan çıxarıldı. Bütün bunlar hər biri göstərir ki, Ermənistan münaqişə zonasını genişləndirməyə və münaqişəyə üçüncü tərəfin qarışması üçün şərait yaratmağa çox maraqlıdır. Bunun da səbəbi aydındır. Şanlı Azərbaycan Ordusunun gücünü ,Ali Baş Komandan Cənab İlham Əliyevin əzmini və qətiyyətini və  xalqımızın bir  yumruq kimi birləşməyini görən düşmən tərəf bizimlə təkbaşına bacara bilməyəcəyini çoxdan dərk edib və məhz buna görə də hərbi müttəfiqlərinin münaqişəyə cəlb olunmasını istəyir.Bütün bunlara baxmayaraq ordumuz  düşmən tərəfdən bir nəfər də olsun mülki şəxsə atəş açmayıb. Azərbaycan münaqişə zonasında yaşayan mülki əhaliyə atəş açmır,düşmənin legitim hərbi hədəflərini məhv etməklə öz tarixi ərazilərini düşməndən azad etmək üçün döyüş əməliyyatı aparır. Hərbi və diplomatik gücümüzün kifayət qədər böyük olmağına baxmayaraq Cənab Prezidentin də dediyi kimi “Biz münaqişənin sülh yoluyla həll olunmasını istəyirik,biz istəmirik qan tökülsün, biz istəmirik şəhidlərimiz olsun.Biz öz torpaqlarımızı istəyirik”.Çox təəssüf ki, düşmən tərəfi sülhü dəstəkləmir və münaqişənin danışıqlar vasitəsilə həlli prosesini şüurlu şəkildə pozur. Biz əminik ki, Ali Baş Komandan Cənab İlham Əliyevin düşünülmüş siyasəti və güclü iradəsi nəticəsində prosesin gedişinə dair ən uyğun qərar qəbul olunacaq və yaxın müddətdə qələbə bayramını öz tarixi torpaqlarımızda qeyd edəcəyik. Qələbə bizimdir,Qarabağ Azərbaycandır ! Yaşasın Şanlı Ordumuz! 

Rauf Vəliyev
Azərbaycan Tibb Universiteti YAP Gənclər Birliyi və Tələbə Gənclər Təşkilatının sədri

Hərbçilərimiz Laçını bayraqla bəzədi
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
Xəbər lenti
01/12/2020 [21:43]:
Türkiyə İsrail ilə münasibətləri normallaşdırır
01/12/2020 [21:01]:
Azərbaycanla Özbəkistan arasında film sənayesində əməkdaşlıq müzakirə olunub
01/12/2020 [20:12]:
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 63 hərbçi saxlanılıb
01/12/2020 [19:38]:
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
01/12/2020 [18:46]:
Hərbçilərimiz Laçını bayraqla bəzədi
01/12/2020 [18:34]:
Fransa mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri bəyanat imzalayıblar
01/12/2020 [18:13]:
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
01/12/2020 [18:07]:
Qırğızıstan işğaldan azad olunmuş ərazilərə investiya yatıra bilər
01/12/2020 [17:32]:
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
01/12/2020 [17:24]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [16:53]:
Bakıda xüsusi hərəkət zolaqları yaradılır
01/12/2020 [16:11]:
“Kəpəz”in baş məşqçisi 5 oyunluq cəzalandırılıb
01/12/2020 [15:58]:
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
01/12/2020 [15:26]:
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
01/12/2020 [14:44]:
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
01/12/2020 [14:42]:
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
01/12/2020 [14:31]:
Dekabrın 2-ə hava proqnozu
01/12/2020 [13:56]:
Post-müharibə dövrünün prioritetləri – qurculuq və sosial təminatın təşkili
01/12/2020 [13:48]:
Bu il 13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
01/12/2020 [13:22]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
01/12/2020 [12:05]:
İlham Əliyev: Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub-yenilənib
01/12/2020 [11:48]:
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 1 il təxirə saldı
01/12/2020 [11:43]:
Türkiyə MN: Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb
01/12/2020 [11:29]:
Türkiyə Səfirliyi Azərbaycanı təbrik etdi
01/12/2020 [10:59]:
Azərbaycan humanitar yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin