Humanitar atəşkəsi səhv anlar düşmənlər!

11/10/2020 [23:23] - Cəmiyyət (810)



Bildiyimiz kimi , 9 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvaya Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli danışıqlar üçün səfər etdi . Bu hər üç tərəfin saatlarla davam edən görüşü Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar Evində" keçirildi. Həmin saatlarda gərgin və uzunmüddətli danışıqlar olduğu üçün həmin saatlarda heç bir xəbər portallarında , nə də televiziya kanallarında bu barədə məlumat verilmirdi.
 Keçmiş tarixə nəzər salsaq görərik ki , Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi Sovet dövrü rejimində belə digər postsovet ölkələrindən fərqli olaraq , Azərbaycanın Rusiya ilə həmişə yaxşı münasibətləri olmuşdur . Dağlıq Qarabağda ikinci həftədir ki, davam edən toqquşmalar nəticəsində əsas oyunçuların mövqeləri aydın olsa da, döyüş meydanındakı vəziyyət barədə məlumat ziddiyyətli olaraq qalırdı .Lakin , Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edildi . Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də həlak olmuş döyüşçülərinin meyitlərinin dəyişdirilməsi üçün qısa müddətli atəşkəs elan olundu .
Atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq , mənfur düşmən olan Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulmasına baxmayaraq , düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınır və cavab atəşi ilə susdurulur. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür. 
Bu da əlbəttə Ermənistanın daxilində olan ictimai, siyasi və hərbi vəziyyətin məcrasından çıxdığını, vahid komandanın olmamasından xəbər verir. Ermənistanın daxilində qruplaşmalar şəkilində təxribatlara əl atırlar. Əlbəttə bu həm Ermənistanın cılızlığını, acizliyinin göstəricisidir., həm də daxildə vəziyyətin nə qədər ağır vəziyyətin olmasının sübutudur. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Bəli, güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Ordu quruculuğu konkret zamanla məhdudlaşmayan, daim gərgin səy göstərilməsini tələb edən çətin və mürəkkəb prosesdir. Bu sahədə uğurları təmin edən başlıca amillərdən biri də polad nizam-intizamın yaradılması, habelə şəxsi heyətin yüksək vətənpərvərlik ovqatında yetişdirilməsidir. Təcrübə göstərir ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar belə kömək etmir. 
Bu gün Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji durumu, habelə hərbi-vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bunun əsas səbəblərindən biri də ön xətdə yerləşən hərbi hissələrdə yüksək vətənpərvərlik əzmidir. Qüdrətli Azərbaycan Ordusunun olması hər bir Azərbaycan vətəndaşının arzusu idi. Artıq bu arzu deyil, reallıqdır! Azərbaycan Silahlı Qüvvələri tarixi vəzifənin öhdəsindən gəlməyə tam hazırdır! Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir! Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir! Biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da igid oğullarımızın , şərəfli və daim dəqiq sərrat atışların müəllifi olan ordumuzun arxasındayıq!   

İbrahimova Günay 
Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi 

Hərbçilərimiz Laçını bayraqla bəzədi
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
Xəbər lenti
01/12/2020 [22:32]:
Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi
01/12/2020 [21:43]:
Türkiyə İsrail ilə münasibətləri normallaşdırır
01/12/2020 [21:01]:
Azərbaycanla Özbəkistan arasında film sənayesində əməkdaşlıq müzakirə olunub
01/12/2020 [20:12]:
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 63 hərbçi saxlanılıb
01/12/2020 [19:38]:
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
01/12/2020 [18:46]:
Hərbçilərimiz Laçını bayraqla bəzədi
01/12/2020 [18:34]:
Fransa mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri bəyanat imzalayıblar
01/12/2020 [18:13]:
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
01/12/2020 [18:07]:
Qırğızıstan işğaldan azad olunmuş ərazilərə investiya yatıra bilər
01/12/2020 [17:32]:
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
01/12/2020 [17:24]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [16:53]:
Bakıda xüsusi hərəkət zolaqları yaradılır
01/12/2020 [16:11]:
“Kəpəz”in baş məşqçisi 5 oyunluq cəzalandırılıb
01/12/2020 [15:58]:
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
01/12/2020 [15:26]:
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
01/12/2020 [14:44]:
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
01/12/2020 [14:42]:
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
01/12/2020 [14:31]:
Dekabrın 2-ə hava proqnozu
01/12/2020 [13:56]:
Post-müharibə dövrünün prioritetləri – qurculuq və sosial təminatın təşkili
01/12/2020 [13:48]:
Bu il 13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
01/12/2020 [13:22]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
01/12/2020 [12:05]:
İlham Əliyev: Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub-yenilənib
01/12/2020 [11:48]:
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 1 il təxirə saldı
01/12/2020 [11:43]:
Türkiyə MN: Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb
01/12/2020 [11:29]:
Türkiyə Səfirliyi Azərbaycanı təbrik etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin