Humanitar atəşkəs bizi mövqemizdən döndərə bilməz Qarabağ bizimdir,bizim olacaq!

11/10/2020 [22:46] - Cəmiyyət (777)



Artıq vaxtilə Ermənistan dövlətinin vəhşicəsinə işğal etdiyi, Azərbaycanın əzəli torpaqları olan Qarabağ uğrunda müharibə başlayıb. Xalqımız bu müharibənin olmasını, Qarabağın yolunu 30 ildir ki,  gözləyirdi. Axır ki bizim olanı almağa gəldik. Amma hələ də Ermənistan dövləti müqavimət göstərir, təxribatlara əl atır, Qarabağın Ermənistan torpağları olduğunu iddia edirlər. Bunun isə belə olmadığı tarixi faktlarlarla əsaslı şəkildə sübut olunmuşdur. Azərbaycan isə öz torpaqlarını almadan geri addım atmayacaq. Bu muharibədə bizə daim dəstək olan, yanımızda olan qardaş ölkə Türkiyə və Pakistana və bu müharibədə Azərbaycanı dəstəkləyən bütün ölkələrə, təşkilatlara və s.sonsuz təşəkkürlərimizi bildiririk. Şanlı ordumuz durmadan irəliyə doğru gedir və qələbələrimizin sayı gündən-günə artır,artacaqda. Çünki biz haqq yolundayıq. Düzgünlük, haqq-ədalət isə hər zaman qalib gələr.
Ermənistan artıq çox ağır vəziyyətdədir. Buna görədə danışıqlıqlar addımı atmağa məcburdur. Bunun üçün də Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub.
Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə bu ölkənin XiN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak etmişdir. Görüş 10 saatdan çox davam edib. Görüşün bu qədər uzunmüddətli olması vəziyyətin nə qədər gərgin olduğundan xəbər verir. Bu,son 20ildə Qarabağa dair ən uzun müddətli danışıqlar olub. Bu danışıqların  gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü. Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Cənab  Prezidentimiz  İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.
Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Bu atəşkəs heç bir azərbaycanlını ruhdan salmasın. Cənab Prezidentimiz İlham Əliyevin 15iyul 2020-ci il tarixində Nazirlər Kabnetindəki çıxışını xatırlayın.  O, çıxışında “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.Bəli,bizim prezidentimiz öz diplomatik qabiliyyətilə hər zaman seçilmişdir.Buna görədə onun verdiyi qərarlardan heç şübhəniz olmasın.O nə etdiyini çox yaxşı bilir.Biz Ali baş komandanımıza güvənirik və hər zaman onu dəstəkləyirik.Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur.  Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.
Hər kəs çox gözəl şəkildə bilirki Ermənistanın 30ildə qurduğu ordunu Azərbaycan 10gündə darmadağın etdi.Lazım olsa bundan da artığını edə bilər. Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaq ardına vurur, öz iradəsini diqtə etməyə çalışırdı. 10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü.
Bəli,biz birlikdə güclüyük.Azərbaycan xalqı bir yumruq kimi həmrəy olub birlikdə düşmənin öhdəsindən gəlir və gələcəkdə. Bu döyüşdə bir an belə olsun düşünmədən canlarını vətən uğrunda fəda edəcək əsgərlərimiz kifayət qədərdir.Onların bu əzmi,iradəsi sayəsində durmadan irəliyə doğru gedəcəyimizə inanırıq.Şanlı ordumuz düşmənə yaşatdırdıqlarını yaşatmadan əl çəkməyəcək.Bizim olanı geri almadan durmayacaq.Ali baş komandanımızın göstərişləri,düzgün taktikaları sayəsində tezliklə Qarabağımıza qovuşacağıq.Və azad edilmiş hər bir rayonda Azərbaycan bayrağı sancılacaq.Ön cəbhədə əsgərlərimizin,arxa cəbhədə isə biz gənclərin mübarizəsi sayəsində tezliklə Azərbaycan xalqı qələbə sevincini yaşayacaq.Qarabağ həmişə azərbaycanın olub və olacaqda!.

Günay İbadova
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi 

Prezident Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanunu təsdiqləyib
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - fərman
Azərbaycanda bir gündə COVİD-19-a yoluxanların sayı 1000-i keçdi
Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi
Oktyabrın 30-a hava proqnozu
Xəbər lenti
29/10/2020 [18:39]:
Prezident Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanunu təsdiqləyib
29/10/2020 [18:27]:
Neft ucuzlaşdı
29/10/2020 [18:21]:
Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
29/10/2020 [18:02]:
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - fərman
29/10/2020 [17:58]:
Putin: Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...
29/10/2020 [17:53]:
Fransa kuboku dayandırılıb
29/10/2020 [17:41]:
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində ölən şəxsin kimliyi məlum olub - rəsmi
29/10/2020 [17:12]:
Azərbaycanda bir gündə COVİD-19-a yoluxanların sayı 1000-i keçdi
29/10/2020 [16:49]:
Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi
29/10/2020 [16:07]:
Oktyabrın 30-a hava proqnozu
29/10/2020 [16:02]:
Rusiya avqustda Türkiyənin ən böyük qaz tədarükçüsü olub
29/10/2020 [15:44]:
Hikmət Hacıyev: “2-ci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə “SCUD” raketləri atılır”
29/10/2020 [15:32]:
Bərdə qatilləri məhv edilib - rəsmi
29/10/2020 [15:21]:
İnformasiya açıqlığı vətəndaşlara necə kömək edə bilər?
29/10/2020 [15:20]:
Dövlət rəsmilərinin və xarici diplomatların getdiyi Tərtər şəhəri atəşə tutuldu
29/10/2020 [14:59]:
Türkiyədən Azərbaycana idxalın həcmi 45 faiz artıb
29/10/2020 [14:18]:
Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib - rəsmi
29/10/2020 [13:16]:
Türkiyə Suriyada PKK-ya qarşı əməliyyatlara başlaya bilər - Ərdoğan xəbərdarlıq etdi
29/10/2020 [12:23]:
"Sentyabrın 27-dən indiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub" - baş prokuror
29/10/2020 [11:23]:
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib
29/10/2020 [10:37]:
Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub yazdılar
29/10/2020 [09:32]:
İlham Əliyev: Minsk qrupu özünü doğrultmadı
28/10/2020 [23:27]:
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
28/10/2020 [23:01]:
İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə təbrik edib
28/10/2020 [22:42]:
"Türkiyə ilə Rusiyanın yaxınlaşması regional təhlükəsizliyin mühüm amilidir" - Prezident
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin