Sözümüz tək masada deyil, həm də hərb meydanındadır

11/10/2020 [21:00] - Cəmiyyət (510)



11 saat ərzində davamlı olaraq danışıqlar prosesinin nə qədər mürəkkəb olduğunu, necə gərgin bir şəraitdə aparıldığını göstərir. İlk əvvəl demək istəyirəm ki, bu görüş üçün biz müraciət etməmişik, əksinə, görüş, dara düşmüş, “qalib ölkə” ədası yerlə yeksan olmuş Ermənistanın israrlı xahişləri ilə baş tutub və biz orda iştirakdan imtina etməmişik. İmtina etməmişik, çünki müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə “status-kvo”nu aradan qaldırıb, “təmas xətti”ni sıradan çıxarıb və danışıqlar masasında güclü tərəf bizik. Bizim mövqeyimiz hərb meydanında da, sülh danışıqlarında da qətidir, aydındır, birmənalıdır: işğalçı qoşunlar ərazilərimizdən qeyd-şərtsiz çıxmalı, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Heç kəsə sirr deyil ki, artıq Azərbaycanda nəinki diplomatları, hətta ən sıravi vətəndaşı da erməni hiyləsi ilə aldatmaq mümkün deyil; Ermənistan dövlətinin kamil dövlət ola bilməməsi, öz cəmiyyətini və beynəlxalq ictimaiyyəti xəbiscəsinə aldatması da artıq “limit tükənməsi” mərhələsindədir. Odur ki, acı təcrübələrə bələd olan bizlər yaxşı bilirik ki, hazırkı humanitar atəşkəs yalnız birinci mərhələdir. Və gözlənildiyi kimi, qüvvəyə minməsinə dəqiqələr qalmışadək mövqelərimizə atəş açmaqda davam edən düşmən, atəşkəsin ilk saatlarından yenə öz ampluasındadır.
Hərbçilərimiz, mülki şəxslər, cəbhədən uzaq bölgələrimiz atəşə məruz qalmaqdadır və təbii ki sarsıdıcı cavablarını da veririk. Bununla bir daha sübut olundu ki humanitar məqsədə xidmət edən atəşkəslə yanaşı digər vacib proseslər paralel şəkildə aparılmalıdır ki, ordumuzun fədakarlığı nəticəsində əldə edilmiş uğurlar daha da gücləndirilsin. Artıq atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəfli platformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu o deməkdir ki Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf hüquqtanımazlıqdan imtina etməli, beynəlxalq hüquq normalarına dönməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşür və düşməlidir.
Cənab Prezidentin dünən Hadrut qəsəbəsi və digər 8 strateji önəmli kəndin azad edilməsi ilə bağlı xalqa müraciətində vurğuladığı kimi, biz “məsələnin hərbi yolu yoxdur” tezisini qəbul etməmişik və mövqeyimizin düzgünlüyünü hərb meydanında ləyaqətlə göstərmişik. Göstərmişik ki, 30 ilə yaxın danışıqlarda iştirakımız bizim gücsüzlüyümüz deyildi, dünya sülhünə, bəşəri humanitar təfəkkürə, birgəyaşayışa, xoşgörülü baxışımız, xeyirxahlığımız idi. Bir halda ki bu nəcib davranış düzgün anlaşılmadı və əksinə, “Qarabağ Ermənistandır. Nöqtə” kimi sərsəmləmələr meydana çıxdı, Tovuza qanlı hücum, Goranboya diversiya qrupu göndərildi, bunlar azmış kimi, nəhayət, 27 sentyabrda düşmənin yeni hücumuna məruz qaldıq, o zaman, bu gün hərb meydanında yaşananların günahkarı axtarılırsa, yeganə günahkar var: Ermənistan dövləti!”
Azər Hüseynov 
Nəsimi rayon sakini
















































Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
Daha 9 kənd işğaldan azad edilib
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
Ceyhun Bayramov Cenevrəyə gedib
Xəbər lenti
30/10/2020 [16:24]:
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub
30/10/2020 [16:22]:
Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
30/10/2020 [15:34]:
Baş prokuror “Human Rights Watch”a cavab verib
30/10/2020 [15:15]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
30/10/2020 [15:01]:
Daha 9 kənd işğaldan azad edilib
30/10/2020 [14:13]:
İranda ötən sutka 365 nəfər koronavirusdan ölüb
30/10/2020 [13:03]:
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
30/10/2020 [12:16]:
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:36]:
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
30/10/2020 [10:42]:
Ceyhun Bayramov Cenevrəyə gedib
30/10/2020 [09:54]:
Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq”
29/10/2020 [23:16]:
Əfsanəvi futbolçu Azərbaycana dəstək olub
29/10/2020 [22:31]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [22:29]:
Noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant olacaq
29/10/2020 [21:56]:
Bakı polisi nəzarət tədbirlərini gücləndirdi
29/10/2020 [21:04]:
İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun yaradılmasına başlanılır
29/10/2020 [20:29]:
İzmirin küçələri bayrağımızla bəzədildi: “Azərbaycan, yanındayıq!”
29/10/2020 [19:48]:
Səfirlik: Moskvada Müslüm Maqomayevin abidəsini təhqir edənlər müəyyən olunub
29/10/2020 [18:39]:
Prezident Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanunu təsdiqləyib
29/10/2020 [18:27]:
Neft ucuzlaşdı
29/10/2020 [18:21]:
Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
29/10/2020 [18:02]:
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - fərman
29/10/2020 [17:58]:
Putin: Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...
29/10/2020 [17:53]:
Fransa kuboku dayandırılıb
29/10/2020 [17:41]:
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində ölən şəxsin kimliyi məlum olub - rəsmi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin