Vətən torpaqlarımıza düşmən tərəfindən edilən hücumlar, təxribatlar səngimək bilmir. Beləliklə ordumuzun 27 sentyabrdan başlanan uğurlu əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin, Murovdağ zirvəsinin, bir neçə kəndlərin, strateji yüksəkliklərin, Suqovuşan su anbarının düşməndən geri alınması düşməni geri çəkilməyə məcbur etmişdir lakin düşmən bu məğlubiyyətlərlə barışmayaraq istənilən yola əl atırlar. Düşmən üzərində əldə etdiyimiz üstünlüklər onları digər dövlət başçılarından yardım və atəşkəsin olması üçün azərbaycana təzyiqlər göstərməyini istəmişdi.
Sentyabrın 9-da Moskvada hər iki ölkənin XİN-nin iştirakı ilə baş tutan 11 saatlıq görüşdə 2 günlük humanitar atəşkəsin olması barəsində qərar qəbul edilmişdir. Humanitar atəşkəsin olması Azərbaycan üçün böyük önəm daşıyır belə ki ilk növbədə vətən uğrunda şəhid olmuş əsgərlərimizin layiqli şəkildə dəfn olunması üçün, ordumuzun işğaldan azad etdiyi ərazilərdə mövqelərimizi möhkəmləndirilməsi üçün vacib proses hesab olunur. Həmçinin görüşdə hər iki tərəfin danışıqlar prosesinə qayıtması haqqında müzakirələr aparılmışdır.
Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi şərtlər irəli sürmək iqtidarında deyil, status-kvo dəyişdi, artıq şərtləri biz təyin edirik. Humanitar atəşkəsin əldə olunması Ermənistan tərəfinin bir daha öz məkirli planlarından əl çəkməyə, ordularının işğal altında olan torpaqlarımızdan geri çəkilməsi üçün son şansdır. Düşmən tərəfi 10 günlük döyüş müddətində Azərbaycan Ordusundan fərqli olaraq ancaq mülki insanları hədəf almışdır. Xüsusilə döyüş bölgəsindən kənarda yerləşən bölgələrimizə raketlərlə edilən bu atəşlər Cenevrə konvensiyalarının pozulması deməkdir. Həmçinin humanitar atəşkəs muddətində Ermənistan tərəfi yenidən öz faşistliyini göstərərək Gəncəni raket atəşinə tutmuş və mülki insanların ölümünə və yaralanmasına səbəb olmuşdur.
Bütün bu qanun pozuntuları ermənistanın beynəlxalq qanunlara məhəl qoymadığını, işğalçılıq siyasətini hələ də davam etdirmək istədiyinin bariz nümunəsidir. Ordumuz tərəfindən düşmənin çox sayda hərbi texnikaları, canlı qüvvəsi məhv edilmişdir. Düşmənlə ön cəbhədə ordumuzun apardığı müharibə ilə yanaşı Azərbaycan xalqı informasiya müharibəsində də uğurlu şəkildə iştirak edir və bütün həqiqətləri düzgün şəkildə ictimaiyyətin diqqətinə çatdırılması üçün çalışırlar. Tez bir zamanda haqq-ədalətin bərqərar olması olması üçün qardaş türkiyənin də münaqişənin həllində yer almasını vacibdir. Cənab Prezident İlham Əliyev xarici ölkələrdən gələn təzyiqlərə baxmayaraq öz uğurlu mövqeyini qəti şəkildə saxlayır və düşmən torpaqlarımızı tərk etməyənə qədər bu mövqe dəyişməz qalacaqdır.
Zidan Həsənli
Nəsimi RİH Könüllüsü