Qardaş ölkə Pakistan

01/10/2020 [09:00] - Cəmiyyət (237)



Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk dövlət Pakistan olmuşdur. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuş, Bakıda Pakistan səfirliyi isə 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. Pakistan və Azərbaycan arasındakı əməkdaşlıq iki xalq və ölkə arasındakı sıx dostluq münasibətlərinin mahiyyətini əks etdirir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Azərbaycan da bütün məsələlərdə, eyni zamanda Kəşmir məsələsində həmişə Pakistanın mövqeyini dəstəkləyir. Dağlıq Qarabağ və Kəşmir məsələlərində hər iki ölkənin bir-birini dəstəkləməsi bu dostluğun bariz nümunəsidir. Pakistan və Azərbaycanın məqsədi sülh və əmin-amanlığa, BMT qətnamələrinin yerinə yetirilməsinə nail olmaqdır. Bunu hər iki ölkənin prezidentləri görüşlər zamanı dəfələrlə vurğulamışlar. 
2020-ci il 30 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib. Bu görüş zamanı hər iki ölkə arasında illərdi davam edən qarşılıqlı dostluq və etimad haqqında danışılmış, bu dostluğun önəmliyi vurğulanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirmiş, bütün hallarda Pakistanın  həmişə yanımızda olduğunu bildirmişdi. Ölkə başçısı çıxışının davamında sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata başlamasını, ordumuzun bu hücuma adekvat cavab verdiyini və onların yeni əraziləri işğal etmək planlarını uğursuzluğa düçar etdiyini dilə gətirmişdi. 
Artıq sirr deyil ki, Ermənistan tərəfi bu müharibəyə uzun zamandı hazırlaşıb. Ermənistan hökumətinin növbəti təxribatının əsasını Azərbaycan  torpaqlarının işğalı təşkil edir. Lakin Azərbaycan  ordusu düşməni cavab atəşi ilə susdurur və əks-hücuma keçərək doğma torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşə başlamışdır. Əfsuslar olsun ki, qarşı tərəf öz çirkin əməllərindən əl çəkməyərək mülki əhalini nişan alaraq bir çox yaşayış yerlərinə ziyan vurmuş, dinc əhalini qətlə yetirmişlər. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Prezident İlham Əliyev bu görüşdə qeyd edərək bildirmişdir: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bütün infrastrukturun dağılmasına gətirib çıxarıb. Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədərək tarixi abidələri, məscidləri dağıdıblar. Dağıdılmayan məscidlər isə heyvan saxlamaq üçün istifadə edilir. Bununla onlar bütün müsəlman dünyasını təhqir edirlər. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur.  Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər. Ermənistan isə buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur.”  Prezident İlham Əliyev çıxışının sonunda ölkəmizin çətin anında yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarlığını bildirmiş: Bu, necə deyərlər, həqiqət anıdır. Azərbaycan kimin kim olduğunu görür, kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq. 

Fehruzzadə Xatirə Qurban qızı
 

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin