Azərbaycanın Ermənistanın torpaqlarında hərbi maraqları yoxdur

01/10/2020 [02:12] - Cəmiyyət (250)



Bütün dünyanın bildiyi kimi - Müharibəyə başlayan Ermənistandır. Ermənilərin sentyabrın 27-də səhər saatlarında  başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini,  2 məktəbli uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Fəal döyüş əməliyyatları aparılır.  Hər iki tərəf hərbi və mülki itkilər olduğunu bildirdi. Münaqişə nəticəsində, Ermənistan və Qondarma Dağlıq Qarabağ Respublikasında hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət, komendant saatı, müharibə vəziyyəti və qismən səfərbərlik elan edildi.
 
Azərbaycanın Ermənistanın torpaqlarında hərbi maraqları yoxdur. İnformasiya məkanında Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması haqqında xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq istəyir ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışır. Azərbaycan bütün məsuliyyəti ilə bəyan edir ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur; 
     Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılsın. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Dövlət sərhədindəki bizim mövqelərəmizə hücum edilib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycan danışıqlara sadiqdir, lakin Ermənistan tamamilə əks hərəkətlər görür.Qarabağ Azərbaycanı əzəli və əbədi torpağıdır. Biz yenidən öz ərazi bütövlüyümüzə nail olacağıq.

Nəsimi rayon  gənci

Ələkbərova Aysel 

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin