Rublun ucuzlaşması Azərbaycana üç istiqamətdə təsir edəcək

30/09/2020 [20:32] - İqtisadiyyat (609)



Xəbər verdiyimiz kimi, Rusiya rublu ucuzlaşmaqda  davam edir. Sentyabrın 29-da  Moskva birjasında 1 avro 92 rubla qalxıb. Bu, 2016-cı ilin yanvarından sonra ən yüksək göstəricidir. Mərkəzi Bankın sabaha elan etdiyi məzənnədə də dolların kursu daha 64 qəpik qalxıb və 78,85 rubla çatıb. Ekspertlərin qənaətinə görə, hazırda rublun kəskin ucuzlaşmasının səbəbi Rusiya iqtisadiyyatına artan xarici təzyiqlər, koronavirus pandemiyasının ikinci dalğası və Aleksey Navalnıya görə əlavə sanksiya tətbiqi haqda müzakirələrdir.

Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin həcmi, həmçinin Rusiyada 2 milyona yaxın həmyerlimizin yaşaması, əmək bazarında təmsil olunması, oraya qazanc  məqsədilə gedənlərin Azərbaycanda yaşayan ailələrinə göndərdiyi vəsaitlər və sair məqamlar rublun ucuzlaşmasının ölkəmizə iqtisadi baxımdan müəyyən təsirlərinin olması deməkdir.  Bir tərəfdən Rusiyadan idxal sərfəli hala gəlir, digər tərəfdən isə Azərbaycanın bu ölkəyə ixrac etdiyi kənd təsərrüfatı məhsulları bazara dollarla daxil olduğu üçün bahalaşır. Rusiyada yaşayan həmyerlilərimizin yığımları da dollar ifadəsində dəyər itirdiyindən Azərbaycana göndərilən vəsaitlərin həcminin azalmasına təsir göstərir. 

İqtisadçı ekspert Rəşad Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, indiki halda Rusiya rublu uzun müddətdir nümayiş etdirmədiyi dinamikanı göstərdi: “Ancaq hələlik qısamüddətli dövrdə qiymətləndirmələrin aparılması doğru deyil. Birjalarda bu volatillik hər zaman müşahidə olunur. Böyük ehtimalla neftin qiymətindən  yaranmış risklərdən qaynaqlanır. O cümlədən pandemiyanın Rusiya iqtisadiyyatına təsirləri dərinləşdikcə bununla bağlı olaraq digər valyutalar qarşısında zəifləyir. Digər tərəfdən isə son bir neçə həftə ərzində ABŞ dollarının dünya bazarında mövqeyi artmaqdadır. Tədiyyə balansında yaranan kəsir, xarici ticarət saldosunun neqativ dinamika nümayiş etdirməsi bu gün birjalarda valyutaya olan tələblə təklif arasındakı tarazlığın pozulmasına və rublun dəyərsizləşməsinə gətirib çıxarıb”. 

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”


İqtisadçı vurğuladı ki, rublun dəyərsizləşməsi uzun müddət davam edərsə, bu həm də Azərbaycana Rusiyadan göndərilən  vəsaitlərin həcminə mənfi təsir göstərəcək: “Çünki orada yaşayanların gəlirlərinin dəyərsizləşməsi yığım imkanlarına mənfi təsir göstərir. Biz bunu 2014-cü ildən sonra yaranmış situasiyada da müşahidə etmişdik. Birdən-birə Rusiyadan göndərilən vəsaitlərin həcmində 60-70 faiz azalma baş vermişdi. Orta və uzunmüddətli dövrdə rublun dəyərsizləşməsi müşahidə edilərsə, bu zaman vəsaitlər də azalacaq. Bu, təbii bir prosesdir. İkincisi, iş yerlərinin bağlanması ilə işsizlik artacaq ki, bu da Rusiyada çalışan həmyerlilərimizin Azərbaycana qayıtması ilə nəticələnə bilər. Çünki ölkəmizdə əmək bazarında müəyyən qədər  gərginliyi artıra bilər”. 

R.Həsənovun sözlərinə görə, üçüncü bir məsələ odur ki, rublun ucuzlaşması Rusiya istehsalı olan məhsulların dəyərinin düşməsinə və Azərbaycan bazarında rəqabət qabiliyyətinin artmasına gətirib çıxaracaq: “Son nəticədə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsində mənfi saldo var, bu mənfi saldo bir qədər də arta bilər. Yəni Rusiyadan Azərbaycana ixracın həcmi arta bilər. Çünki  rublun dəyərsizləşməsi həm də Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması üçün mövcud olan iqtisadi dayaqları zəiflədir. Bəzi hallarda isə rəqabətliliyi aşağı salır. Bu baxımdan Azərbaycanın da Rusiyaya ixracı azala bilər, beləliklə iki ölkə arasında xarici ticarət əlaqələrində mənfi saldo Azərbaycanın zərərinə dinamika müşahidə etdirə bilər”. 

Hazırkı müharibə şəraitinin manat  üçün yaratdığı risklərə gəlincə, R.Həsənov bildirdi ki, hazırda əhalinin qayğıları cəbhə ilə bağlıdır və bu mövzunu müzakirə edib əhalidə əlavə narahatlıq yaratmağa ehtiyac duyulmur: “Ümumilikdə xarici ticarət tərəfdaşlarında valyutanın dəyərsizləşməsi Azərbaycan üçün də müəyyən qədər  risklər formalaşdırır. Çünki bizdə sabit məzənnədir və bu baxımdan Azərbaycandan xaricə valyuta axını rəsmi və qeyri-rəsmi yolla müşahidə oluna bilər. İndiki şərtlər daxilində böyük ehtimalla Azərbaycan hökuməti və Mərkəzi Bank sabit məzənnə siyasətini davam etdirəcək. Bu baxımdan təzyiqlər artsa da bunun birbaşa olaraq, biznesə, vətəndaşa, maliyyə sektoruna zərəri olmayacaq. Çünki hökumət həmin təzyiqləri alternativ mənbələr, Neft Fondu  hesabına neytrallaşdırmağa çalışacaq. Bugünkü şərtlər daxilində doğru yanaşma budur. Azərbaycan vətəndaşının bu istiqamətdə narahat olması üçün mən hər hansı ciddi əsas görmürəm”. 

“Yeni Müsavat”
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin