Bizim yolumuz haqq yoludur!

28/09/2020 [16:35] - Cəmiyyət (145)



Hər zaman olduğu kimi, 27 sentyabr tarixində də Ermənistan tərəfi Azərbaycana qarşı hərbi aqressiya göstərməyə davam etdi. Bu onların faşizmə meyilli olmağını bir daha sübut edir. Biz bir ölkə olaraq Ermənistanın ölkəmizə qarşı olan hər bir hərbi planının gedişatına hazır olmalıyıq. Ermənistan işğalçı ölkədir və daima bizim ölkədə qorxu hissi yaratmağa çalışır. Lakin xalqımızın birliyi həmişə buna üstün gəlir. Həmçinin prezidentimiz də bu günlərdə xalqa arxalandığını söyləyir. 

    Bir gənc kimi məni sevindirən məqamlardan biri son günlərdə on minlərlə insanın ordumuza könüllü kimi yazılmasıdır. Bu xalqımızın birliyinin, orduya dəstəyinin, və vətənə olan sevgisinin göstəricisidir. Ermənistanın 27 sentyabrda hücumunun nəticəsində Azərbaycan ordusu dərhal əks hücuma başladı və bir sıra strateji əhəmiyyətli mövqeləri, o cümlədən bəzi kəndlərimizi erməni işğalçılarının əsarətindən geri alaraq öz nəzarəti altına keçirdi. Bu xəbər hər bir azərbaycanlını sevindirir. Buna görə xalqın və dövlətin ruh halı çox yüksəkdir. Prezidentimizin orduya ayırdığı xüsusi diqqət, düzgün göstərişlər ordumuzun Ermənistan üzərindəki üstünlüyünün əsas səbəblərindən biridir.
 
    
27 sentyabr tarixində baş vermiş hadisələrdə Ermənistan tərəfi Azərbaycanı təqsirləndirsə də, onların işğalçı bir ölkə olaraq ilk hücum etməsi və Azərbaycanın buna cavab olaraq müdafiə məqsədli əks hücumu hamının bildiyi bir faktdır. Bir çox ölkələrin prezidentləri baş verən hadisələrin sülh və danışıq yolu ilə həll olunmasını istəyir. Lakin prezidentimiz onlara cavab olaraq baş verə biləcək bütün hərbi-siyasi məsuliyyəti Ermənistan tərəfinin daşıyacağını bildirib. Bizə dəstək olan, Dağlıq Qarabağın ərazi bütövlüyünü dəstəkləyən və Azərbaycanın bir hissəsinin olmağını istəyən ölkələrin olması da çox qürurvericidir.

    
Ordumuzun əks hücum əməliyyatları nəticəsində 7 yaşayış məntəqəsi və 2 hündürlüyün işğaldan azad etməsi bizi Azərbaycanın tarixi qələbəsinə daha da yaxınlaşdırır.. Prezidentimiz İlham Əliyevin dediyi kimi: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur”, “Bizim yolumuz haqq yoludur!”. Ümid edirəm ki, çox qısa bir müddətdə ordumuz Şuşanın işğaldan azad edilməsi xəbərini bizə çatdırar. Xalq olaraq orduya dəstəyimizi əsirgəməməliyik. Bu hamımızın qələbəsidir.

İslam Məmmədov
Nəsimi RİH könüllüsü

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
Xəbər lenti
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
25/10/2020 [20:41]:
Gürcüstandakı erməni separatçılarının lideri Qarabağda öldürüldü
25/10/2020 [19:31]:
İsveçdə Gəncədəki terror aktları pislənilib
25/10/2020 [18:24]:
Bolqarıstanın Baş naziri koronavirusa yoluxdu
25/10/2020 [17:18]:
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin rəsmilərinə məktublar ünvanladı
25/10/2020 [16:52]:
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub
25/10/2020 [16:04]:
Münaqişənin həlli regiona sülh gətirəcək
25/10/2020 [15:03]:
Xalqımız,Ordumuz hər zaman Ali Baş komandana sadiqdir
25/10/2020 [14:48]:
Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılması
25/10/2020 [14:11]:
Bütün Azərbaycan xalqı qələbənin yaxında olduğuna inanır
25/10/2020 [13:03]:
UZAQ ŞƏRQDƏ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
25/10/2020 [12:06]:
İlham Əliyevin “Nikkei" qəzetinə verdiyi müsahibə Qarabağ münaqişəsinin əsl üzünü göstərdi
25/10/2020 [11:47]:
Müharibə şəraitində diplomatiyanın vacibliyi zəfərə aparır
25/10/2020 [11:29]:
Hökumətdən tikinti şirkətlərinə güzəşt - yeni qaydalar
25/10/2020 [11:11]:
Azərbaycan ordusu Ermənistan ordusunu məğlub edir və bir daha bütün dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!
25/10/2020 [10:12]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
25/10/2020 [10:05]:
Bizim canımız- Qarabağ!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin