Rus valyutası batır- 1 dollar 80, avro isə 95 rubl ola bilər

28/09/2020 [10:44] - İqtisadiyyat (233)



Rusiya milli valyutası saatla ucazlaşır və bu tendensiya davam edir...

Rusiya rublu hər gün dünyanın əsas valyuta rezervləri olan dollar və  avro qarşısında ucuzlaşır. Rusiya Mərkəzi Bankının son  həftələr ərzində rulbun ucuzlaşmasının qarşısını almaq üçün vəsait xərcləməsinə baxmayaraq, bu ucuzlaşmanın qarşısını almaq mümkün olmur.

Bu həftəsonu rubl dollar və avroya nisbətdə yenə ucuzlamaqda davam edib. Sentyabrın 25-də günün sonunda 1 dollar 78 rubl, 1 avro isə  91 rubl olub.  Rusiya milli valyutası indi günlə deyil, saatla ucazlaşır və bu tendensiya davam edir.

İyun ayında dollar 68-69 rubla, avqustda 72-73 rubla satılırdısa, indi 1 dollar üçün 78 rub ödəmək lazım gəlir. Rubl avro ilə məzənnəsində də ciddi “itkilər” verib. İyun ayında 1 avro 77-78 rubl, avqust ayında 85-86, indi isə 91 rubla satılır. Dollarla bağlı bu vəziyyət 2020-ci ilin aprelində də yaşanmışdı. Amma rubl avro qarşısında sonuncu dəfə 2016-cı ilin fevralında bu səviyyədə zəifləmişdi.

Rublun hər iki valyutaya nisbətdə bu cür “əriməsinə” eyni vaxtda bir neçə faktorun təsiri var. Birincisi, dünyada və Rusiyada pandemiyanın ikinci dalğası təhlükəsi böyüməkdədir. Belə bir qlobal risk yarandıqda isə investorlar riskli aktivləri etibarlı valyutaya- dollar və avroya dəyişməyə üstünlük verirlər. İkincisi, bu həftə ərzində “Brent” markalı neftin qiyməti  44 dollar səviyyəsində qala bilməyib və 2 dollar ucuzlaşıb. Neftin qiymətindəki enişlərə isə rubl həmişə həssasdır.

Üçüncüsü, geopolitik vəziyyət-müxalifət lideri Aleksey Navalnın zəhərlənməsi hekayəsi və Belarusdakı hadisələr fonunda Rusiyaya qarşı yeni sanksiyalar gözləntisi birbaşa olmasa da, məzənnəni tətikləyə bilir. Eləcə də “Şimal Axını 2” qaz kəmərinin naməlum taleyi də rubla qarşı işləyir. Mk.ru saytı rublu gözləyən təhlükələrlə bağlı ekspertlərin rəyini alıb.

İnvestisiya strateqi Sergey Suverov hesab edir ki, hazırda rublun məzənnəsinin formalaşmasında demək olar ki, əsas amil siyasətdir: “Rusiya üçün mənfi olan "partlayıcı kokteyl"in ortaya çıxması - Navalnının zəhərlənməsi, Belarusdakı vəziyyət və ABŞ seçkilərində demokratların namizədinin qalib gəlmək şansı bu “kokteyl” sırasındadır. Bu şərtlər 1 dollar üçün məzənnəni 78-79 rubl səviyyəsindən də aşağı sala bilər. Amma vəziyyəti daha da qəlizləşməyə imkan verməyən bir faktoir da var: ABŞ Federal Ehtiyat Sisteminin yumşaq pul siyasəti səbəbindən dolların dünyanın valyuta bazarındakı zəifliyi davam edir. Avronun məzənnəsinin də 91 rubl səviyyəsindən yüksələyəcəyi daha çox gözləniləndir. Çünki Almaniya hakimiyyəti  “Şimal Axını- 2”nin taleyini Navalnıy işi ilə birləşdirimək yolundadır. Rusiyanın on milyardlarla avro yatırdığı ən əhəmiyyətli iqtisadi layihələrinə qarşı sanksiyalar tətbiqi də gözləniləndir. Amma rus rublunun məzənnəsinin ölkəyə qarşı deyil, ayrı-ayrı məmurlara qarşı tətbiq edilə biləcək fərdi sanksiyalardan da asılı olacaqdır.

Üstəlik, Avropada və ABŞ-da yüksək avtomobil mövsümü başa çatdıqdan sonra neftin qiyməti düşür. Beləliklə, rubl üçün ən pis gözlənti qarşıdadır. Rublun zəifləməsinin idxal mallarının, Rusiya mallarının isə idxalla əlaqəli qiymətlərinin 10-15% artmasına səbəb olacağı aydındır. ABŞ-dakı prezident seçkiləri və bir sıra geosiyasi şərtlər aydınlaşana qədər bu mənfi tendensiyanın yaxşlılığa doğru dəyişməsi üçün ciddi bir səbəb görmürəm.”



“Alfa-Bank”ın baş iqtisadçısı Natalya Orlyova isə deyib ki, qlobal maliyyə bazarlarında əsəbi əhval var: “Bu əsəbilik pandemiyanın ikinci dalğası təhlükəsi və ölkələrin iqtisadiyyatlarına zərbə vura biləcək yeni məhdudlaşdırıcı tədbirlər səbəbindən investorların səhm indekslərinin və ümumiyyətlə qlobal bazarların gələcək dinamikası barədə narahatlığı ilə əlaqəlidir. ABŞ-da prezident seçkiləri ərəfəsindəki qeyri-sabitliyin də bu əsəbiliyə təsiri var. Bu fonda təkcə rubl deyil, inkişaf etməkdə olan ölkələrin digər valyutaları da ciddi təzyiq altındadır. İnvestorlar risk  gördükdə bu günə qədər onlar üçün ən etibarlı dollara üstünlük verirlər. Rublun əsas problemi budur ki, avqust ayından etibarən Belarus və Navalnı ətrafındakı geosiyasi vəziyyət yenə ölkəyə sanksiya riskləri yaratdı. Rubl müəyyən mənada əsas dəyər dinamikasından geri qalır. Hazırda beş rubla yaxın zəifləməni sanksiyanın "mükafatı" hesab etsək, yəqin ki, indi dollar 72-73 rubl arası ola bilərdi”. İqtisadçı-ekspert belə hesab edir ki, rublun məzənnəsi noyabr ayının əvvəlinə qədər 75-80 rubl aralığında qalacaq: “Və sonra hər şey ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olacaq və ilin sonunda rublun möhkəmlənməsini də istisna etmirəm. Ancaq bunun üçün sanksiyalar hədəsinin ortadan qalxması lazımdır.”



“Amarkets” analitik şöbəsinin müdiri Artyom Deev isə deyib ki, rublun məzənnəsini proqnozlaşdırmaq indi olduqca çətindir, çünki daxili valyutaya iqtisadi deyil, siyasi amillər təsir edir: “ABŞ-dakı prezident seçkiləri, tanınmış müxalifətçinin zəhərlənməsinə görə Vaşinqtondan və Avropa Birliyində yeni sanksiyalar anonsu - bütün bunlar siyasət sahəsinə aiddir. Eyni şəkildə, rublun mövqeyini iqtisadi amillər-qlobal tənəzzül, aşağı neft qiymətləri və enerji ehtiyatlarına tələbatın azalması da zəiflədir və zədələyir. Bundan əlavə, investorlar rubl aktivlərindən geri çəkir. Rublla bağlı digər tutqun vəziyyət Mərkəzi Bankın siyasəti ilə bağlıdır.  Mərkəzi Bank federal büdcənin 8,5% (9 trilyon rubl) kəsrini doldurmaq üçün daxili bazarda xarici valyuta müdaxilələrini azaldır. Pandemiyanın ikinci dalğasında ən pis vəziyyətə-dolların 80 rubl, avronun isə  95 rublu keçməsinə hazır olmalıyıq”.

musavat


Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
28/11/2020 [20:17]:
“France 24” Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin