"Alverçi deputat" kimdir? - təfsilat

25/09/2020 [09:02] - Gündəm (449)



Deputat Elman Nəsirov Prezident yanında Əfv Məsələləri Komissiyasının millət vəkili olan üzvlərindən bir haqda sensasiyalı ittiham irəli sürüb. O, parlamentdə bildirib ki, həmkarlarından birinin sürücüsü kimlərisə əfv siyahısına saldırıb. Doğrudan da əgər Əfv Komissiyasının üzvü olan deputatın sürücüsü əfv siyahısına adam saldırırsa, onun həyat yoldaşının, qardaşının, övladının, yaxın qohumlarının da bu prosesdə iştirak etdiyi şübhə doğurmur. Yəni, belə çıxır ki, əfv siyahılarına Komissiya üzvlərinin şəxsi maraqları əsasında adlar salınıb...

Qeyd edək ki, Nəsirovun açıqlaması əfvetmə prosesində rüşvətin rol oynadığına dair ictimai rəydə uzun illərdir mövcud olan iddiaları da təsdiqləyir. Deputat, həm də ona konkret faktın məlum məlum olduğunu deyir. Elman Nəsirov "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, söhbət Əfv Komissiyasının keçmiş üzvlərinin birindən gedir. O, qeyd edib ki, həmin millət vəkilinin sürücüsü bu haqda ona məlumat verib. Ancaq E.Nəsirov ad çəkməkdən imtina edərək, “əfv alveri” ilə məşğul olan həmkarının adını açıqlamayıb...

Bundan sonra mətbuatda şübhəlilərin siyahısı yayılıb. Elman Nəsirov həmin deputatın artıq Əfv Komissiyasının üzvü olmadığı dediyindən, şübhə altında 4 nəfər qalır - Bəxtiyar Əliyev, Səttar Mehbalıyev, Məlahət İbrahimqızı, Elmira Axundova. 

Beləliklə, Elman Nəsirovun irəli sürdüyü ittiham adıçəkilən deputatlardan birinə ünvanlanıb. Həmin deputat kimdir?  

Məlahət İbrahimqızı Elman Nəsirovu konkret ad çəkməyə çağırıb. Səttar Mehbalıyevlə Bəxtiyar Əliyev bu gün də deputatdırlar və Elman Nəsirovun eks deputat fikirlərinin altına düşmürlər. Məlahət İbrahimqızı ittihamlara cavab verib və özünün bu məsələyə aidiyyatını təkzib edib. Elmira Axundova isə susur. 

Elmira Axundova 1995-ci ildən 2020-ci ilə qədər Əfv Komissiyasının üzvü olub. O, Ramiz Mehdiyevin rəhbərlik etdiyi komissiyada təmsil olunduğu dövrdə deputat Qüdrət Həsənquliyev olduqca ciddi ittiham səsləndirmişdi. 

Onun dediklərindən sitat: 

“Qardaşım Nadir Həsənquliyev sifarişlə qətlə yetirilib və üç övladı, ailəsi başsız qalıb. Mənim qardaşımı sifarişlə qətlə yetiriblər. Elmira Axundova Əfv Komssiyasının hər iclasında məsələ qaldırır ki, qardaşımı qətlə yetirən killer azadlığa buraxılmalıdır. Bu iş onun ailəsinin başına gəlsə, belə edərdimi? Axı o da anadır. Mən bilirəm ki, Elmira Axundova nəyin müqabilində bunu edir. Bu adam nə Əfv Komissiyasına üzv olmağa, nə də Milli Məclisdə oturmağa layiqdir”.
Xatırladaq ki, hələlik Elman Nəsirovun fikirlərinə yalnız  Məlahət İbrahimqızı reaksiya verib. “Əgər faktı bilirsə, beləsi varsa və adını bilirsə, o millət vəkilinin adını çəkməlidir. Çünki Əfv Komissiyasına təkrar salınmayan cəmi 3 deputat var. Tələb edirəm ki, ya adı və faktı səsləndirməli, ya da sözünü geri götürməlidir”.

Qeyd edək ki, Elman Nəsirovun irəli sürdüyü ittiham həm də hüquqi məsuliyyət yaradır. Belə məlum olur ki, Prezidentə təqdim olunan siyahılara subyektiv maraqlardan dolayı adlar da daxil edilib. Yəni, əfvə düşməli olanların əvəzinə bir başqası siyahıya salınaraq, azadlığa buraxılması təmin edilib.

Buna görə də Baş Prokurorluğun Elman Nəsirovun açıqlaması ilə bağlı araşdırma aparacağı istisna olunmur.

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
Xəbər lenti
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
25/10/2020 [20:41]:
Gürcüstandakı erməni separatçılarının lideri Qarabağda öldürüldü
25/10/2020 [19:31]:
İsveçdə Gəncədəki terror aktları pislənilib
25/10/2020 [18:24]:
Bolqarıstanın Baş naziri koronavirusa yoluxdu
25/10/2020 [17:18]:
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin rəsmilərinə məktublar ünvanladı
25/10/2020 [16:52]:
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub
25/10/2020 [16:04]:
Münaqişənin həlli regiona sülh gətirəcək
25/10/2020 [15:03]:
Xalqımız,Ordumuz hər zaman Ali Baş komandana sadiqdir
25/10/2020 [14:48]:
Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılması
25/10/2020 [14:11]:
Bütün Azərbaycan xalqı qələbənin yaxında olduğuna inanır
25/10/2020 [13:03]:
UZAQ ŞƏRQDƏ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
25/10/2020 [12:06]:
İlham Əliyevin “Nikkei" qəzetinə verdiyi müsahibə Qarabağ münaqişəsinin əsl üzünü göstərdi
25/10/2020 [11:47]:
Müharibə şəraitində diplomatiyanın vacibliyi zəfərə aparır
25/10/2020 [11:29]:
Hökumətdən tikinti şirkətlərinə güzəşt - yeni qaydalar
25/10/2020 [11:11]:
Azərbaycan ordusu Ermənistan ordusunu məğlub edir və bir daha bütün dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!
25/10/2020 [10:12]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
25/10/2020 [10:05]:
Bizim canımız- Qarabağ!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin