Bundan sonra onlayn sifarişlərlə bağlı gömrüyə getməyə ehtiyac yoxdur

24/09/2020 [15:11] - Gündəm (182)



Bu gün Dövlət Gömrük Komitəsində “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının rəhbərləri və media nümayəndələri iştirak edib.

Komitə Katibliyinin rəisi Anar Süleymanov layihə barədə məlumat verib və bildirib ki, gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, infrastrukturun yenidən qurulması, kadr və struktur islahatları ilə yanaşı, Ümumdünya Gömrük Təşkilatının gündəliyindəki qlobal çağırışların Azərbaycanda reallaşdırılması zərurəti təqdim edilən layihənin tətbiqini aktuallaşdırıb. A. Süleymanov “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasında, xidmət səviyyəsinin yüksəldilməsində də mühüm rol oynayacağını vurğulayıb. Sonra layihənin ictimaiyyətə tanıdılması məqsədilə hazırlanan videoçarx nümayiş etdirilib.

DGK Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev çıxış edərək “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsi barədə məlumat verib. Bildirilib ki, Azərbaycan gömrük xidməti mütəxəssislərinin hazırladığı layihə mobil və veb formatda fəaliyyət göstərəcək. Bu yenilikdən faydalanmaq üçün şəxslərin mobil telefon və ya kompüterə yüklədiyi “Smart customs” tətbiqi vasitəsilə asan loginlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması kifayətdir. Sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limiti keçdiyi zaman müvafiq gömrük ödənişləri əvvəlcədən elektron qaydada həyata keçirilərsə, bu halda gömrük orqanına gəlməyə ehtiyac yoxdur. Belə ki, sifariş edilən bağlama maneəsiz olaraq birbaşa qeyd olunan ünvana çatdırılacaq. Bütün prosesləri internetə çıxışı olan istənilən məkanda kompüter və ya mobil telefon üzərindən həyata keçirmək mümkündür. Diqqətə çatdırılıb ki, əvvəllər xaricdən edilən sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limitdən çox olduğu halda şəxslər gömrük orqanına getməli, yazılı formada bəyannamə təqdim edərək bir neçə proseduru həyata keçirməli idi. Sonda jurnalistlərin sualları cavablandırılıb.

Onu da qeyd edək ki, yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, gömrük statistikasının düzgün qurulmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq. Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə xaricdən mal gətirən fiziki şəxslər artıq gömrük orqanına gəlməyəcək, gömrük əməkdaşı ilə təmasda olmadan bütün gömrük əməliyyatlarını həyata keçirə biləcək. Dövlət Gömrük Komitəsi gələcəkdə "Smart customs" tətbiqi vasitəsilə xarici ticarət iştirakçıları üçün yeni xidmətlərin istifadəyə verilməsini də planlaşdırır. Beləliklə, qanunun qüvvəyə mindiyi gündən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə sifariş edilən bağlamalar “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” tətbiqi vasitəsilə gömrük orqanına bəyan olunmalıdır.

Onu da qeyd edək ki, qanunun qüvvəyə mindiyi gündən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə sifariş edilən bağlamalar “Sadələşdirilmiş Bəyannamə-Elektron Ticarət” tətbiqi vasitəsilə gömrük orqanına bəyan olunmalıdır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
Xəbər lenti
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
25/10/2020 [20:41]:
Gürcüstandakı erməni separatçılarının lideri Qarabağda öldürüldü
25/10/2020 [19:31]:
İsveçdə Gəncədəki terror aktları pislənilib
25/10/2020 [18:24]:
Bolqarıstanın Baş naziri koronavirusa yoluxdu
25/10/2020 [17:18]:
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin rəsmilərinə məktublar ünvanladı
25/10/2020 [16:52]:
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub
25/10/2020 [16:04]:
Münaqişənin həlli regiona sülh gətirəcək
25/10/2020 [15:03]:
Xalqımız,Ordumuz hər zaman Ali Baş komandana sadiqdir
25/10/2020 [14:48]:
Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılması
25/10/2020 [14:11]:
Bütün Azərbaycan xalqı qələbənin yaxında olduğuna inanır
25/10/2020 [13:03]:
UZAQ ŞƏRQDƏ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
25/10/2020 [12:06]:
İlham Əliyevin “Nikkei" qəzetinə verdiyi müsahibə Qarabağ münaqişəsinin əsl üzünü göstərdi
25/10/2020 [11:47]:
Müharibə şəraitində diplomatiyanın vacibliyi zəfərə aparır
25/10/2020 [11:29]:
Hökumətdən tikinti şirkətlərinə güzəşt - yeni qaydalar
25/10/2020 [11:11]:
Azərbaycan ordusu Ermənistan ordusunu məğlub edir və bir daha bütün dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!
25/10/2020 [10:12]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
25/10/2020 [10:05]:
Bizim canımız- Qarabağ!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin