Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto

24/09/2020 [16:03] - Gündəm (631)



Türkanda 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova etiraz aksiyası keçiriblər. Ahıl qadınlar torpaqlarının zəbt olunmasına etirazlarını bildirmək üçün Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəliyi önünə gəliblər. Onlar üzərində  “Türkanda torpaq mafiyası – icra nümayəndəsi Rahil Babayev, Daşqın Nəsirov, Çingiz Səfərov, Xəzər Rayon İcra Hakimiyyəti”, “Cənab prezident! Biz sağ olduğumuz halda bizi “öldürüb” torpaqlarımızı ələ keçiriblər. Onları Allaha tapşırıram” sözləri yazılmış transparantlar tutublar. Aksiyada Əzizəxanım Atayevanın oğlu Əlihüseyn Atayev də iştirak edib.

Məsələnin mahiyyəti budur ki, Xəzər icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev Türkan qəsəbə sakinləri olan ahıl qadınların ailə tərkibləri haqda saxta arayışlar verib. Bundan başqa, hər iki qadının “ürək çatışmamazlığı”ndan ölməsi haqda saxta ölüm haqda şəhadətnamələr düzəldilib. Həmin ölüm şəhadətnamələrinə görə Xumara Şabanova 2007-ci, Əzizəxanım Atayeva isə 2014-cü ildə “dünyadan köçüblər”. Bu saxtakarlıq qadınların mülkiyyətlərində olan torpaq sahələrinin ələ keçirilməsi və satılması məqsədi ilə həyata keçirilib. İşdə icra nümayəndəsi Rahil Babayevin yaxını kimi tanınan dəllal Çingiz Səfərov və Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov da iştirak ediblər. Əzizəxanım Atayeva, Xumara Şabanova Xəzər Rayon İcra Hakimiyyəti rəsmilərinin Rahil Babayevə gizli himayədalıq etdiklərini dilə gətiriblər. Deyirlər ki, Rahil Babayevin onlara qarşı atdığı cinayətə bərabər addımların araşdırılmaması onun himayə olunması ilə əlaqədardır.

Türkan qəsəbəsində “öldürülən” ahıl qadınlar - 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova baş verən qanunsuzluqlarla bağlı 2 dəfə Baş Prokurorluqda olublar.

Hazırda Türkanda hər kəs torpaqları zəbt edib satan cinayətkar şəbəkənin nə vaxt həbs olunacağını səbrsizliklə gözləyir. Ancaq hüquq mühafizə orqanları böyük bir cinayət ortada ikən baş verənlərlə bağlı cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar verib. Bu qərardan narazı qalan Əzizəxanım Atayeva və Xumara Şabanova Baş Prokurorluqda olublar. Ahıl qadınlar tələb ediblər ki, onlara qarşı baş verən cinayət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın.

Əzizəxanım Atayeva deyib ki, ona və qohumu Xumara Şabanovanın adına çıxarılan  və saxtalığı göz önündə olan ölüm haqda şəhadətnamələrdə Rahil Babayevin imzası var. Bundan başqa onların ailə tərkibi haqda saxta arayışlar da Rahil Babayevin imzası ilə verilib.  

Hüquqşünaslar deyir ki, Rahil Babayev vəzifəli şəxs olduğu üçün onun vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət törətməsi ehtimalları, faktları prokurorluq orqanında araşdırılmalıdır. Əzizəxanım Atayeva bu haqda Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili İdarəsinin prokuroruna rəsmi qaydada şikayətini təqdim edib. Zərərçəkən ona və övladlarına qarşı hədələrin olduğunu, susmayacaqları, şikayətlərini davam etdirəcəkləri zaman başlarına işlər gələcəyi təhdidi aldığını da bildirib. Tələb edib ki, onlara qarşı baş verən cinayətlərin tam və hərtərəfli araşdırılması üçün baş prokuror Kamran Əliyev tərəfindən nəzarətə götürülsün, cinayət əməlləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın. Baş prokurora ünvanlanan və qəbul şöbəsinə təqdim edilən müraciətdə vəzifə saxtakarlığına yol vermiş Xəzər rayonu üzrə qəsəbə nümayəndəsi Rahil Babayevin qanunsuzluqlarının prokurorluqda araşdırılması və işi baş prokurorun şəxsi nəzarətinə götürməsi xahiş olunur: “Bizə qarşı edilmiş dələduzluq, vəzifə saxtakarlıqlarını və sağ olduğumuz halda ölüm haqqında şəhadətnamə düzəldilərək torpaqlarımızın ələ keçirilməsi cinayətinin əvvəldən Xəzər rayonunda araşdırılmasının əleyhinə olmuşuq. Cinayət işində adı keçən şəxslər rayonda özlərini suda balıq kimi hiss edirlər. Onların cəzasız qalacağı indidən bəllidir və bu səbəbdən təcili olaraq iş həmin rayondan alınmalıdır. Torpaqlarımızı ələ keçirən Daşqın Nəsirov 2012-ci ildə Türkanda qonşusunu güllələyib və sonuncu təsadüfdən sağ qalıb. Xəzər Rayon Prokurorluğu Daşqın Nəsirovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1 maddəsi ilə cinayət işi başlasa da, sonradan “sehirli çubuq” vasitəsilə cinayət işi xuliqanlıq maddəsinə dəyişdirildi. Daşqın Nəsirov cəmi 2 ay həbsdə yatdı. Hazırda Daşqın Nəsirov sərbəst gəzir. Bu işdə vəzifəli şəxslər Türkan qəsəbəsi üzrə nümayəndə Rahil Babayev, 31 saylı Dövlət Notariat Kontoru və digər notariat kontorlarının nümayəndələri, Daşqın Nəsirov və digər şəxslərlə birlikdə cinayət əlaqəsində olublar.

Rahil Babayev 2 ədəd saxta arayış verib. Hər şey həmin arayışlardan başlayıb və bu arayışlar əsasında eyni üsulla, torpaqlar aidiyyəti olmayan şəxslərin adına saxtalaşdırılaraq eyni gündə Daşqın Nəsirov tərəfindən satılıb”...

Müraciətdə həmçinin yazılır ki, Türkan qəsəbəsində torpaq mafiyası fəaliyyət göstərir və bura Xəzər Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, qəsəbə nümayəndəsi Rahil Babayev, Daşqın Nəsirov və digər şəxslər daxildir: “Bizə qarşı olan bu cinayət Xəzər rayonunda araşdırıla bilməz. Eyni zamanda qeyd edilir ki, Rahil Babayev və Daşqın Nəsirov rayon rəhbərliyi tərəfindən himayə olunurlar. Onlar ”torpaq mafiyası"na qarşı olan bu və digər faktları araşdıra bilməz. Bizi diri-diri öldürən məmurlar bizə qarşı istənilən qanunsuzluğu edərlər, üstüörtülü hədələr gəlməkdir”.

Sonda baş prokurordan xahiş olunur ki, cinayət işi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılsın.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
Xəbər lenti
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
25/10/2020 [20:41]:
Gürcüstandakı erməni separatçılarının lideri Qarabağda öldürüldü
25/10/2020 [19:31]:
İsveçdə Gəncədəki terror aktları pislənilib
25/10/2020 [18:24]:
Bolqarıstanın Baş naziri koronavirusa yoluxdu
25/10/2020 [17:18]:
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin rəsmilərinə məktublar ünvanladı
25/10/2020 [16:52]:
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub
25/10/2020 [16:04]:
Münaqişənin həlli regiona sülh gətirəcək
25/10/2020 [15:03]:
Xalqımız,Ordumuz hər zaman Ali Baş komandana sadiqdir
25/10/2020 [14:48]:
Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılması
25/10/2020 [14:11]:
Bütün Azərbaycan xalqı qələbənin yaxında olduğuna inanır
25/10/2020 [13:03]:
UZAQ ŞƏRQDƏ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
25/10/2020 [12:06]:
İlham Əliyevin “Nikkei" qəzetinə verdiyi müsahibə Qarabağ münaqişəsinin əsl üzünü göstərdi
25/10/2020 [11:47]:
Müharibə şəraitində diplomatiyanın vacibliyi zəfərə aparır
25/10/2020 [11:29]:
Hökumətdən tikinti şirkətlərinə güzəşt - yeni qaydalar
25/10/2020 [11:11]:
Azərbaycan ordusu Ermənistan ordusunu məğlub edir və bir daha bütün dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!
25/10/2020 [10:12]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
25/10/2020 [10:05]:
Bizim canımız- Qarabağ!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin