Qarabağ münaqişəsinə aid tarixi faktlar

21/09/2020 [16:15] - Cəmiyyət (242)



Müasir Azərbaycan dövləti öz köklərini Qafqaz Albaniyası dövlətindən alır. Hazırda Dağlıq Qarabağ kimi tanınan ərazi vaxtilə həmin dövlətin bir hissəsi olub. Qədim mənbələrə görə, Albaniyanın etnik tərkibi yerli Qafqaz və türk xalqlarına aid 26 qəbilə birləşməsindən ibarət idi. Albaniya zəngin və nadir mədəniyyətə malik idi, onun 52 hərfdən ibarət əlifbası vardı. Eramızın 313-cü ilində xristianlıq Albaniyada dövlət dini elan edildi, müstəqil alban kilsəsi fəaliyyətə başladı. Gərgin və mürəkkəb şərait Albaniyanın müstəqilliyinin uzunmüddətli olmasına imkan vermədi. Eramızın 705-ci ilində Albaniya dövləti Ərəb Xilafətinin tərkibinə qatıldı. Bundan sonra ermənilərlə Bizansa qarşı ittifaq yaradan Xilafət Albaniya ilə Bizans arasında mövcud olan sıx əlaqələri pozmaq məqsədi ilə alban kilsəsini erməni qriqorian kilsəsindən asılı vəziyyətə saldı.
Orta əsrlər dövründə Qarabağ Azərbaycanın indiki ərazisində o zaman mövcud olmuş türk müsəlman sülalələri tərəfindən idarə edilən dövlətin bir hissəsi olmuş və orada türkdilli xalqlar məskunlaşmışdı.
       
18-ci əsr türk (Azərbaycan) sülaləsi olan Cavanşirlərin başçılıq etdiyi Qarabağ xanlığının yaranması ilə əlamətdardır. Bu, Azərbaycan zadəganlarının irsi sülalə ənənəsinin hökm sürdüyü Azərbaycan Xanlığı idi və burada məskunlaşmış etnik sülalələr arasında azərbaycanlılar üstünlük təşkil edirdi.
     
 Qarabağ xanlığı ilə Rusiya İmperiyası arasında imzalanan Kürəkçay müqaviləsindən (1805) sonra  Xanlıq Rusiya İmperiyasının hökmranlığı altına keçməyə məcbur oldu. Bütün Qafqaz bölgəsini işğal etdikdən sonra Rusiya İmperiyası ərazi üzərində öz nəzarətini yaratmaq və gücləndirmək məqsədi ilə müxtəlif vasitələrlə "ayır-buyur" siyasətini həyata keçirməyə başladı. İrandan və Osmanlı İmperiyasından ermənilərin Qarabağa köcürülməsi və bununla da bölgədə demoqrafik vəziyyətin süni yolla dəyişdirilməsi bu sahədə görülən genişmiqyaslı tədbirlərin bir hissəsi idi. Rusiya-İran (1806-1813, 1826-1828) və Rusiya-Osmanlı (1828-1829) müharibələrindən sonra ərazinin etnik tərkibi tamamilə dəyişdirildi. Təkcə 1828-1830-cu illər ərzində İrandan 40.000-dən çox, Osmanlı İmperiyasından isə 84.600 erməni köçürülüb Azərbaycanda məskunlaşdırıldı.
1828-ci ildə Rusiya çarının əmri ilə işğal olunmuş Azərbaycan xanlıqlarının (İrəvan xanlığı və Naxçıvan xanlığı) ərazisində erməni vilayəti yaradıldı. Bu, Osmanlı İmperiyasının arxa qapısında, münaqişə edən iki tərəf arasında dövlət qurumu yaratmaq və türkdilli xalqları bir-birindən ayırmaq məqsədi daşıyırdı. 1836-cı ildə Rusiya çarı tərəfindən alban kilsəsinin ləğv olunması alban əhalisinin qəti şəkildə Qriqorianlaşdırılması (erməniləşdirilməsi) ilə nəticələndi.
       
29 may – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti müstəqillik elan edən, lakin siyasi mərkəzi olmayan Ermənistan Respublikasının hökumətinə İrəvan şəhərini (indiki Yerevan, əhalisinin 30 faizi ermənilərdən və başqa etnik qruplardan, 70 faizi azərbaycanlılardan ibarət idi) güzəştə getdi.
Ermənistan tərəfindən daşnaq hökümətinin baş nazirinin imzaladığı müqaviləyə əsasən Ermənistanın sərhədləri müəyyənləşdirildi və nəticə etibarı ilə bu dövlətin 400.000 nəfər əhalisi olan Erivan və Eçmiədzin rayonları da daxil olmaqla 10.000 kv. km-dən ibarət ümumi ərazisi dəqiqləşdirildi. Təbii ki, Qarabağ Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi olaraq qaldı.


Hakim Mürşüdov

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
Xəbər lenti
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
25/10/2020 [20:41]:
Gürcüstandakı erməni separatçılarının lideri Qarabağda öldürüldü
25/10/2020 [19:31]:
İsveçdə Gəncədəki terror aktları pislənilib
25/10/2020 [18:24]:
Bolqarıstanın Baş naziri koronavirusa yoluxdu
25/10/2020 [17:18]:
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin rəsmilərinə məktublar ünvanladı
25/10/2020 [16:52]:
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub
25/10/2020 [16:04]:
Münaqişənin həlli regiona sülh gətirəcək
25/10/2020 [15:03]:
Xalqımız,Ordumuz hər zaman Ali Baş komandana sadiqdir
25/10/2020 [14:48]:
Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılması
25/10/2020 [14:11]:
Bütün Azərbaycan xalqı qələbənin yaxında olduğuna inanır
25/10/2020 [13:03]:
UZAQ ŞƏRQDƏ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
25/10/2020 [12:06]:
İlham Əliyevin “Nikkei" qəzetinə verdiyi müsahibə Qarabağ münaqişəsinin əsl üzünü göstərdi
25/10/2020 [11:47]:
Müharibə şəraitində diplomatiyanın vacibliyi zəfərə aparır
25/10/2020 [11:29]:
Hökumətdən tikinti şirkətlərinə güzəşt - yeni qaydalar
25/10/2020 [11:11]:
Azərbaycan ordusu Ermənistan ordusunu məğlub edir və bir daha bütün dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!
25/10/2020 [10:12]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
25/10/2020 [10:05]:
Bizim canımız- Qarabağ!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin