Hindistanda COVID pandemiyası ilə bağlı başladılan kampaniyanın əhatə dairəsi açıqlanıb

21/09/2020 [17:00] - Dünya (229)



17 sentyabr 2020-ci il tarixində verilən açıqlamaya əsasən Hindistanda COVID-19 infeksiyasına beş milyona yaxın insan yoluxub və infeksiya səbəbindən 80.000-dən çox ölüm qeydə alınıb. Beləliklə,  ölkə dünyada epidemiyanın ən ağır zərbə vurduğu ölkələrdən birinə çevrilib. Əgər Hindistan hökuməti ilin ilk rübündə dünyanın ən sərt və uzun müddətli karantin rejimini  həyata keçirib təsir nəzəriyyəsini tətbiq etməsəydi, daha böyük bir faciə yaşanmış ola bilərdi. Bu, Kembric Davranış və Fəaliyyətin formalaşdırılması qrupunun memarlıq bölməsindən Ramit Debnat və Dr. Ronita Bardan tərəfindən edilən yeni araşdırmaya əsaslanan bir yanaşmadır.

Hökümət tərəfindən verilən 400-ə yaxın mətbuat açıqlamasını təhlil etmək üçün onlar texnologiyanı öyrənməklə  süni intellektə əsaslanan alqoritmlərdən istifadə edərək göstərirlər ki, dövlət işçiləri, elm adamları, səhiyyə işçiləri, istehsalçılar, qida tədarükçüləri və tələbələr daxil olmaqla 1,3 milyard insanın davranışına təsir göstərmək üçün Hindistanda COVID-19 pandemiyası ilə mübarizəyə köməklik göstərmək məqsədilə 14 əsas sahədə tədbirlər planına necə təkan verilib. Tədqiqatçılar, Hindistanın Baş naziri Narendra Modi tərəfindən atılan addımların ölkədə karantin rejimi və sosial məsafə normalarına toplu təsirinin yaradılmasında xüsusilə vacib olduğunu iddia edirlər.
“PLoS ONE” elmi jurnalında yayımlanan araşdırmada, 15 yanvar-14 aprel 2020-ci il tarixlərində bir sıra təcili problemlərin öhdəsindən gəlmək üçün Hökumət tərəfindən təsir üsullarının tətbiq olunduğu aşkar edildi. Təsir əhalinin davranışını dəyişdirmək üçün müsbət və mənfi təsirlərdən istifadə edilərək  hazırlanan ictimai siyasi yanaşmadır.

Yanvar və fevral aylarında başladılan tədbirlər Çindən gələn səyahətçilərin riskinin qiymətləndirilməsi və beynəlxalq hava limanlarında nəzarətin genişləndirilməsi istiqamətində yönləndirildi. Lakin qısa müddətdə hadisələr digər aktual problemlərin həllinə istiqamətləndirildi. Mart ayına qədər  səyahətə yeni məhdudiyyətlər qoyulmağa, insanları izdihamlı və ictimai məkanları ziyarətdən çəkindirməyə və ciddi şəkildə sosial məsafə saxlamağa təşviq etdilər. 24 mart tarixində Modi əhaliyə müraciət edərək “21 günün infeksiyanın keçməsində önəmli rol oynadığını, əməl edilməzsə ölkəninin və ailələrin 21 il geriyə gedəcəyini” bildirdi. Növbəti gün ölkə karantin rejiminin ilkin mərhələsinə qədəm qoyub.
Hökumət virusla əlaqədar yayılan saxta xəbərlərlə mübarizə aparmaq və əhalini qaydalara ciddi əməl etməyə, maskalardan istifadə etməyə və əllərini tez-tez yumağa təşviq etmək istiqamətində bir sıra tədbirlər görməyə başlayıb. Eyni zamanda, dronlar, məkan analizi, aşağı güclü Bluetooth mobil telefon tətbiqetmələri və insanabənzər robotlar kimi bir sıra  ağıllı texnologiyalardan istifadə edərək şəhər ərazilərində nəzarət aparılıb.
Ramit Debnat deyib ki, Hindistan kimi geniş əhali kütləsi və coğrafi-məkan bölgüsü olan,  eyni zamanda yüksək səviyyədə savadsızlıq və son dərəcə həssas bir səhiyyə sisteminə sahib olan demokratik bir ölkədə möhkəmləndirmə və dolayı yollarla kütləyə təsirə əsaslanan siyasət yanaşmaları çox vacibdir.

Ronita Bardhan əlavə edib: “Ortaq mübarizə aparmaq üçün Hökumət təcili vaxt qazanıb dərindən parçalanmış bir əhalini bir araya gətirməlidi idi- bu, böyük bir çətinlik idi. Araşdırmalarımız göstərir ki, hökumətin insanları inandırmaq üçün elmi məlumatlardan daha vacib olan təsir güclərinə ehtiyacı var, onlar vətənpərvərlik, ailə, din və cəmiyyət daxil olmaqla güclü dəyərlərə müraciət etdilər”.
Araşdırmada ictimaiyyət tərəfindən mikro ianələr edilməsinə təkan vermək və böhranın öhdəsindən gəlməyə dəstək olması üçün xalqın iştirakını təşviq etmək məqsədilə yaradılan "Baş Nazirin Fövqəladə Hallarda Vətəndaşlara Yardım və Dəstək Fondu"nun oynadığı rol xüsusilə qeyd olunur. 5 aprel tarixində Baş nazir cəbhə işçiləri ilə həmrəy olduğunu göstərmək üçün insanların könüllü olaraq on dəqiqəlik işıqları söndürmələrini istədi. Bu təsirlərin əksəriyyəti sosial media reklamları, SMS ötürücüləri və  mediada yayımlanmaları vasitəsilə həyata keçirilib.
Araşdırma Hökümət nazirliklərinin milli tələbatı ödəmək üçün Hindistanın istehsal firmalarını şəxsi müdafiə ləvazimatları, əl təmizləyici və maskalar istehsal etmələri üçün təkan verdiyini, eyni zamanda kritik bir zamanda ölkənin qida təhlükəsizliyini və təchizat zəncirlərini qorumağa çalışdıqlarını təsbit etdi - Hindistan fermerləri qış məhsullarını fevral ayından başlayaraq aprel ayınadək yığıb. 
Bununla belə, hökumət Elm və Texnologiya Departamenti vasitəsilə maliyyə vəsaiti buraxaraq, Hindistanın elmi cəmiyyətini pandemiya ilə mübarizə aparmağa təşviq edib. Araşdırma qurumları  COVID-19 pandemiyasını öyrənmək məqsədilə əlverişli qiymətə diaqnostika, peyvənd, antiviruslar, xəstəlik modelləri və digər tədqiqat və inkişaf prosesinin inkişafına yönəldilən təkliflərin təqdim olunmasına təşviq edilib.

Araşdırma qurumları  COVID-19 pandemiyasını öyrənmək məqsədilə əlverişli qiymətə diaqnostika, peyvənd, antiviruslar, xəstəlik modelləri və digər tədqiqat və inkişaf prosesinin inkişafına yönəldilən təkliflərin təqdim olunmasına təşviq edilib.

Bu dövrün elmi yeniliklərinə ictimai yerlərdə və səhiyyə mərkəzlərində sosial məsafə saxlamağa təşviq edən robotlar, eləcə də GPS və Bluetooth vasitəsilə həyata keçirilən izləmə tətbiqetməsi (AarogyaSetu) kimi  bir sıra  yeniliklər daxildir. Müntəzəm olaraq SMS xatırlatmaları insanların bu tətbiqetmədən istifadə etmələrinə təsir göstərmək üçün istifadə edilib. İnsan Resursları İnkişaf Nazirliyi "Fight Corona IDEAthon" kimi proqramlar başladaraq Hindistanda fəaliyyət göstərən start-up və innovasiya cəmiyyətinin  COVID-19 pandemiyası ilə mübarizədə iştirak etməsi üçün təkan verib.

Təhsili dəstəkləmək üçün hökumət Hindistan Milli Rəqəmsal Kitabxanasının istifadə olunmasını israrlı şəkildə reklam edərək evdə təhsili təşviq etdi. Hökumət həmçinin milli kanal Doordarşan vasitəsilə 80-ci və 90-cı illərin populyar TV şoularını yayımlamaqla karantin zamanı insanların evdə qalmasına köməklik göstərmək  üçün nostolgiyadan istifadə edib.

Araşdırma, böhran ortaya çıxdıqca təsir strategiyalarının necə inkişaf etdiyini nümayiş etdirir. Məsələn, yanvar ayından mart ayının ilk həftəsinə qədər hökumət nazirliyi (AYUSH) insanların  Ayurvedanın ənənəvi tibbi göstərişlərinə riayət edərək və immun sistemini artırmaq məqsədilə yoqa ilə sağlamlığı qorumaq üçün intizamlı fərdi gigiyenayaya israrlı şəkildə təkan verdi. Bununla birlikdə, mart ayının ortalarında infeksiya nisbətləri artdıqca, təsir gücü ənənəvi müalicələrdən uzaqlaşaraq #evdə yoqa kimi həştəqlərdən istifadə edilərək sağlam həyat tərzini təbliğ etməyə başlayıb.
Tədqiqatçılar hesablama sosial elm üsulu olan mövzu modelləşdirməsindən istifadə etdilər. Bu,  sənədlər dəsti üçün klaster sözlərin müəyyənləşdirilməsi məqsədilə mətn məlumatlarını avtomatik olaraq analiz edir.

Hökumət 7 iyun 2020-ci il tarixində karantinin məhdudiyyətlərini ləğv etməyə başladı və virusun yayılması o vaxtdan sürətlənib. Tədqiqatçıların fikrincə, hökumətin təsir kampaniyasının faydaları hələ də hiss olunur. Ronita Bardan deyir: “Maska taxma və sosial məsafə da daxil olmaqla ilin əvvəlində həyata keçirilən tədbirlər planı tərəfindən təşviq edilən davranış dəyişiklikləri Hindistanın hər yerində hələ də geniş yayılmışdır. Bu tədbirlər hələ də insanları xilas etməyə kömək edir. ”
Tədqiqat, Hindistan Hökumətinin siyasət müdaxilələrinin uğurlu və ya uğursuz olduğunu qiymətləndirməyə çalışmır, əksinə, siyasi müdaxilələr vasitəsilə vəziyyətə uyğun gizli planının necə yaradıldığını anlamağa çalışır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
Xəbər lenti
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
25/10/2020 [20:41]:
Gürcüstandakı erməni separatçılarının lideri Qarabağda öldürüldü
25/10/2020 [19:31]:
İsveçdə Gəncədəki terror aktları pislənilib
25/10/2020 [18:24]:
Bolqarıstanın Baş naziri koronavirusa yoluxdu
25/10/2020 [17:18]:
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin rəsmilərinə məktublar ünvanladı
25/10/2020 [16:52]:
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub
25/10/2020 [16:04]:
Münaqişənin həlli regiona sülh gətirəcək
25/10/2020 [15:03]:
Xalqımız,Ordumuz hər zaman Ali Baş komandana sadiqdir
25/10/2020 [14:48]:
Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılması
25/10/2020 [14:11]:
Bütün Azərbaycan xalqı qələbənin yaxında olduğuna inanır
25/10/2020 [13:03]:
UZAQ ŞƏRQDƏ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
25/10/2020 [12:06]:
İlham Əliyevin “Nikkei" qəzetinə verdiyi müsahibə Qarabağ münaqişəsinin əsl üzünü göstərdi
25/10/2020 [11:47]:
Müharibə şəraitində diplomatiyanın vacibliyi zəfərə aparır
25/10/2020 [11:29]:
Hökumətdən tikinti şirkətlərinə güzəşt - yeni qaydalar
25/10/2020 [11:11]:
Azərbaycan ordusu Ermənistan ordusunu məğlub edir və bir daha bütün dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!
25/10/2020 [10:12]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
25/10/2020 [10:05]:
Bizim canımız- Qarabağ!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin