Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...

20/09/2020 [14:40] - Cəmiyyət (191)



Gəzinti ən asan və ən təbii fiziki fəaliyyətdir. Heç bir alətə və ya cihaza, şərtlərə və hətta xüsusi geyim formasına ehtiyac duyulmur.

Bəs həqiqətən sağlamlıq üçün gündə 10 min addım getməliyik? Gəzinti cavan qalmağa kömək edirmi?


Medicina.az xəbər verir ki, Seçenov adına Moskva Dövlət Tibb Universitetinin 1 saylı Xəstəxana Cərrahiyyəsi kafedrasının professoru Yevgeniya Açkasova bu suala cavab verib. Ekspert qeyd edib ki, əslində 10 min addım orta statistik rəqəmdir. Ancaq nə qədər yeriməli olduğunuzu öyrənmək üçün mütəxəssisə müraciət etmək lazımdır:

“Birinin gündə 5 min addım, digərinin 10 min, kiminsə 15 min addım getməsi lazımdır. Hər şey insanın hazırlıq səviyyəsindən və bədənin hansı ehtiyatlara sahib olmasından asılıdır. Bəziləri isə daha az addımla başlamalı və məsafəni tədricən artırmalıdır”.

Hesab olunur ki, 10 min addım - təxminən bir saat gəzinti ürək-damar xəstəliklərinin qarşısının alınması üçün ən yaxşı fiziki fəaliyyətdir. Ancaq mütəxəssis bildirib ki, məsafə ilə yanaşı temp də vacibdir. Sürətlə gediriksə, daha çox kalori itirilir, yəni artıq çəki getməyə başlayacaq. Eyni zamanda, istənilən fiziki fəaliyyətin: qaçış, velosiped sürmə və ya gəzintinin öz müsbət və mənfi cəhətləri olduğunu vurğulayıb:

“Burada əsas olan hərəkət etməkdir, kimə hansı metodun uyğun olması individualdır. Kimsə gəzməli, kimsə qaçmalı, kimsə “Skandinaviya gəzintisi”nə çıxmalıdır. Gəzməyin aşkar faydaları diz oynaqlarında şok yükünü aradan qaldırmasıdır. Gəzinti daha az təlim görmüş insanlar üçün uyğundur. Gəzmək üçün idman zalı və ya oyun meydançasına ehtiyac yoxdur. İstər işə, istər işdən evə yerimək, istərsə də lift əvəzinə pilləkənlərlə qalxmaq - bunlar hamısı özümüz üçün təşkil etdiyimiz bir növ xüsusi təlim deyil, eyni zamanda lazımi fəaliyyətlərdir”.

Mütəxəssis qeyd edib ki, gəzməyin əsas faydası ürək-damar xəstəliklərinin qarşısının alınması, eyni zamanda hipokinesiya və hərəkət çatışmazlığı ilə mübarizədir:

“Gəzinti xüsusilə şəkərli diabet xəstələri, tənəffüs yolları xəstəlikləri olanlar üçün uyğundur. Həm də bədən çəkisini tənzimləmək üçün faydalıdır. Gündəlik fiziki fəaliyyət insanın bioloji yaşını azaldır. Mütəmadi olaraq gəzməyə başlamaq üçün yaxşı motivasiyaya ehtiyacınız varsa, bir neçə aydan sonra vücudunuzun sözün əsl mənasında cavanlaşacağını düşünün. Evdə oturub az hərəkət etdikdə bədənin yük toleransı azalır və vücudumuzun funksional göstəriciləri baxımından yaşlanırıq, bioloji yaşımız yüksəlir. Əhvalınızın yaxşı olması üçün hərəkət etməyin və emosional fonu artırmağın vacib olduğu sübut olunub”.

Gəzinti sağlamlığı yaxşılaşdıra bilərmi?

Gəzmək qaça bilməyən insanlar üçün çıxış yoludur. Məsələn, üçüncü dərəcə və ya daha çox piylənmə, eləcə də əzələ-skelet sistemi xəstəlikləri olan insanlar üçün.

Gəzintini nə ilə əvəz etmək olar?

1. Kök uşaqlar üçün mütəxəssis rəqs etməyi və kompüter oyunlarını tövsiyə edir.

2. Yaşlı insanları kollektiv fəaliyyətlərlə aparmaq daha asandır - qonşularınızdan bir qrup həvəskar toplayın və birlikdə gəzin, bir-birinizi dəstəkləyin, gəzinti zamanı ünsiyyət qurun. Bundan əlavə, yaşlı insanlar tez-tez ünsiyyətdən məhrum olur, odur ki, kollektiv gəzinti ikiqat effektivdir: əhval-ruhiyyəni, eyni zamanda sağlamlığı yaxşılaşdırır.

3. Evdar qadınlara qeyd: Həkimin sözlərinə görə, intensiv ev təmizliyi kalori xərclənməsi və əzələ işində fitnes klubundakı məşqə bərabərləşir.

Harada gəzmək olmaz?

Sıx avtomobil yollarının yaxınlığında hər hansı fiziki fəaliyyət zərərlidir. İşlənmiş qazları udmamaq üçün parkları, stadionları seçmək daha yaxşıdır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
Xəbər lenti
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
25/10/2020 [20:41]:
Gürcüstandakı erməni separatçılarının lideri Qarabağda öldürüldü
25/10/2020 [19:31]:
İsveçdə Gəncədəki terror aktları pislənilib
25/10/2020 [18:24]:
Bolqarıstanın Baş naziri koronavirusa yoluxdu
25/10/2020 [17:18]:
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin rəsmilərinə məktublar ünvanladı
25/10/2020 [16:52]:
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub
25/10/2020 [16:04]:
Münaqişənin həlli regiona sülh gətirəcək
25/10/2020 [15:03]:
Xalqımız,Ordumuz hər zaman Ali Baş komandana sadiqdir
25/10/2020 [14:48]:
Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılması
25/10/2020 [14:11]:
Bütün Azərbaycan xalqı qələbənin yaxında olduğuna inanır
25/10/2020 [13:03]:
UZAQ ŞƏRQDƏ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
25/10/2020 [12:06]:
İlham Əliyevin “Nikkei" qəzetinə verdiyi müsahibə Qarabağ münaqişəsinin əsl üzünü göstərdi
25/10/2020 [11:47]:
Müharibə şəraitində diplomatiyanın vacibliyi zəfərə aparır
25/10/2020 [11:29]:
Hökumətdən tikinti şirkətlərinə güzəşt - yeni qaydalar
25/10/2020 [11:11]:
Azərbaycan ordusu Ermənistan ordusunu məğlub edir və bir daha bütün dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!
25/10/2020 [10:12]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
25/10/2020 [10:05]:
Bizim canımız- Qarabağ!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin