Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ

17/09/2020 [17:47] - Mədəniyyət (1004)



“Bu dəqiqələrdə Zeynəb Xanlarova zəng edib israrla onun fikirlərinin məhz mənim səhifələrimdə paylaşılmasını xahiş etdi. Səbəbini soruşduqda isə bildirdi ki, bu günə qədər onlarla dəfə heç vaxt səsləndirmədiyi "uşaqpulu verilməsin" kimi fikirləri məhz mətbuat yayıb və bilə-bilə onun fikirlərini dəfələrlə təhrif ediblər. Ona görə də Zeynəb xanımın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı müraciətini dediyi kimi səhifələrimdə paylaşıram”.

Modern.az xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın müraciətini olduğu kimi özünün sosial şəbəkə səhifəsində yerləşdirib. Müraciətdə deyilir:

"Cənab Prezident, Hörmətli İlham müəllim!


Siz məni uzun illərdir ki, tanıyırsınız və səmimiliyimə bələdsiniz. Atanız rəhmətlik Heydər Əliyevə və Sizə münasibətim də dəyişməz olaraq qalıb və qalacaq. Son dövrlərə qədər meydan sulayanlar rəhmətlik Heydər Əliyevdən üz döndərəndə mən heç nəyə baxmayaraq ona hörmətimi açıq ifadə etmişəm və onun Dövlətimiz, Xalqımız, mədəniyyətimiz üçün etdiklərini heç vaxt unutmamışam, açıq demişəm və bu gün də, sabah da eyni fikirdə qalacam. Buna görə də Azərbaycan xalqına və mədəniyyətinə düşmən kəsilənlər əllərində olan imkanlardan istifadə edib uzun illər haqqımda şər-böhtan tirajlayıblar. Bilirsiniz ki, mən mədəniyyət adamıyam və daim siyasətdən uzaq olmağa çalışmışam, ancaq Dövlətimiz, Millətimiz üçün çox vacib olan məsələlərdə susmamışam və susmayacam. Son dövrlər etdiklərinizi bütün varlığımla alqışlayıram və əminəm ki, Dövlətimiz, Xalqımız üçün daha uğurlu işlər görəcəksiniz. Bu gün Sizə Qarabağ qazisi, şəxsən tanıdığım, hörmətlə yanaşdığım və mənim yaradıcılığımın vurğunu olan Tofiq Yaqublu ilə bağlı müraciət edirəm. Əminəm ki, Tofiq Dövlətimiz, Millətimiz üçün ziyanlı addım atmaz. Bu gün onun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib Sizdən şəxsən xahiş edirəm ki, onun azadlığa buraxılmasına köməklik edəsiniz. Tofiqi mərd Azərbaycan kişisi kimi tanıyıram, bala acısı görmüş adamdır. Bu gün onun həbsdə olması ilə bağlı aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq Sizə müraciət etməyimi nəzərə alacaqsınız. Bir daha Sizə can sağlığı və Dövlətimiz, Vətənimiz üçün görəcəyiniz işlərdə uğurlar arzulayıram.


Hörmətlə,
Zeynəb Xanlarova" 
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
Xəbər lenti
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
25/10/2020 [20:41]:
Gürcüstandakı erməni separatçılarının lideri Qarabağda öldürüldü
25/10/2020 [19:31]:
İsveçdə Gəncədəki terror aktları pislənilib
25/10/2020 [18:24]:
Bolqarıstanın Baş naziri koronavirusa yoluxdu
25/10/2020 [17:18]:
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin rəsmilərinə məktublar ünvanladı
25/10/2020 [16:52]:
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub
25/10/2020 [16:04]:
Münaqişənin həlli regiona sülh gətirəcək
25/10/2020 [15:03]:
Xalqımız,Ordumuz hər zaman Ali Baş komandana sadiqdir
25/10/2020 [14:48]:
Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılması
25/10/2020 [14:11]:
Bütün Azərbaycan xalqı qələbənin yaxında olduğuna inanır
25/10/2020 [13:03]:
UZAQ ŞƏRQDƏ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
25/10/2020 [12:06]:
İlham Əliyevin “Nikkei" qəzetinə verdiyi müsahibə Qarabağ münaqişəsinin əsl üzünü göstərdi
25/10/2020 [11:47]:
Müharibə şəraitində diplomatiyanın vacibliyi zəfərə aparır
25/10/2020 [11:29]:
Hökumətdən tikinti şirkətlərinə güzəşt - yeni qaydalar
25/10/2020 [11:11]:
Azərbaycan ordusu Ermənistan ordusunu məğlub edir və bir daha bütün dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!
25/10/2020 [10:12]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
25/10/2020 [10:05]:
Bizim canımız- Qarabağ!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin