Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR

16/09/2020 [16:18] - Cəmiyyət (395)



Vətəndaş Seymur Quliyev Sabunçu İcra Hakimiyyəti binası önündə təkadamlıq aksiya keçirib. O, icra başçısı Adil Vəliyevin onu qəbul etməməsinə bu şəkildə etiraz edib. 

Vətəndaş deyir ki, Sabunçu İcra Hakimiyyəti onun əmlakını qəsb edən Hacı Qalib Salahzadə qarşısında acizlik nümayiş etdirir və bu səbəbsiz deyil: 

“İyulda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, hörmətli Eldar Əzizov məni qəbul edib dinlədi, əmlakımın qəsbi və sonra baş verənləri biabırçılıq adlandırdı. Bakı İcra Hakimiyyətinin başçısı və 11 şöbə rəsinin imzası ilə Sabunçu İcra Hakimiyyətinə məktub yazıb mənim torpağıma gedən yolun açılması istənilib. Hörmətli Eldar müəllim yolun açılmasının tez bir zamanda baş verməsini məktubunda qeyd edib. Sabunçu İcra Hakimiyyəti həmin məktubda göstərilən tələbi yerinə yetirmir, mənə qarşı cinayəti törətmiş Qalib Sahazadənin tərəfində dayanır”. Onun sözlərinə görə 9 ildir ki, əmlakı Hacı Qalib Salahzadə tərəfindən zəbt olunub. Məmurların hərəkətsizliyi, Azərbaycan qanunlarını saymaması, Konstitusiyanın tələblərinə məhəl qoymamaları özəl əmlakının dayanacaq kimi istifadə edilməsinə yol açıb: 

“Cənab prezident İlham Əliyev heç bir məmurun, heç bir kəsin qanundan üstün olmadığını hər çıxışında vurğulayır. Sabunçu İcra Hakimiyyətində sanki cənab prezidentin dediklərini heç eşitməyiblər. Məni iyulun 9-da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qəbul etdi, dinlədi. Adil Vəliyev isə “pandemiyadır” deyib qəbul etmir. Eldar Əzizov məni məhz panemiya dövründə qəbul edib. Mülkiyyət hüququmu təsdiq edən sənədlərə baxıb, mənə qarşı baş verənləri biabırçılıq adlandırıb. Adil Vəliyev isə məni təsərrüfat şöbəsinin müdirinin yanına, müavini Güloğlan müəllimin üstünə yollayır. Bu vəzifəli şəxslər də açıq-aşkar deyir ki, bu məsələ bizim səlahiyyətlərimizi aşır, bir heç kimik. Mən başa düşə bilmirəm, belə çıxır ki, Eldar Əzizov, Adil Vəliyevin müavini Güloğlan müəllim, təsərrüfat şöbəsinin müdiri Sabunçunun icra başçısından daha sağlamdırlar?” 

Vətəndaş Seymur Quliyev illərdir ki, tapdanan mülkiyyət hüququnun bərpası üçün mübarizə aparır. Bu müddət ərzində Qalib Salahzadə tərəfindən zəbt olunan özəl torpağının geri qaytarılması üçün müxtəlif instansiyalara ardıcıl müraciətlər edib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2 dəfə torpağın Seymur Quliyevə məxsus olmasını təsdiq edən qərar verib. Bundan başqa Baş Prokurorluq torpaq sahəsinin Seymur Quliyevin sahibliyinə qaytarılması üçün göstəriş verib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişinə əsasən Reyestr Xidmətinə sorğu verilib ki, əraziyə gedən yol müəyyən edilsin və açılamsının təmin edilməsi Sabunçu Rayon İcra Hakimiyyətinə tapşırılıb: “Eldar Əzizov məni qəbul edəndə dinlədi, dedi ki, məsələ həll olunacaq. Həll edilməsə, Qalib Salahzadə qanunsuzluğu davam etdirsə, məsələni ölkə rəhbərliyinin diqqətinə çatdıracaq. Sabunçu İcra Hakimiyyyəti açıq-aşkar Eldar Əzizovun göstərişlərinə əməl etmir, Hacı Qalibə himayədarlıq edirlər, onun mənə qarşı cinayətinə şərik olurlar”.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
18/09/2020 [23:58]:
Baş Nazir: sərt karantin rejimi tətbiq edilməyəcək
18/09/2020 [21:51]:
Xurma min bir dərdin dərmanıdır
18/09/2020 [20:25]:
Avropa Liqasında 42 oyun keçirilib
18/09/2020 [18:48]:
Koronavirusa effektiv qalib gəlmək üsulu aşkarlanıb
18/09/2020 [17:41]:
Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır
18/09/2020 [17:28]:
Prezident Şahin Mustafayevə yeni vəzifə verib
18/09/2020 [16:37]:
Yeni peyvəndin sınaqlarında kimlər iştirak edə bilər?
18/09/2020 [16:23]:
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18/09/2020 [16:00]:
Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb
18/09/2020 [15:45]:
İcra başçısı sakinlərlə görüşüb
18/09/2020 [15:42]:
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib
18/09/2020 [15:41]:
Daha 117 nəfər COVID-19-a yoluxub
18/09/2020 [15:25]:
Mer özünü və administrasiyasını ödənişsiz məzuniyyətə buraxır
18/09/2020 [15:15]:
İlham Əliyev Nepal Prezidentini təbrik edib
18/09/2020 [14:30]:
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
18/09/2020 [13:28]:
Məscid və məktəblər bağlandı
18/09/2020 [12:55]:
Turizm sənayesi nümayəndələrinə ATB-nin yeni layihələri təqdim olunub
18/09/2020 [12:36]:
Dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq
18/09/2020 [12:12]:
Yarım milyon insanın təxliyəsinə hazırlıq görülür
18/09/2020 [11:45]:
"OPEC+" çərçivəsində razılaşdırılmış gündəlik səviyyədən daha çox neft hasil edilib
18/09/2020 [11:23]:
Misirə gələnlər üçün qaydalar dəyişdirildi
18/09/2020 [10:40]:
Ceyhun Bayramovun Baş katibə ünvanlandığı məktub BMT sənədi kimi yayılıb
18/09/2020 [10:22]:
Şəkərdən imtina xərçəngin müalicəsinə kömək edirmi?
18/09/2020 [10:01]:
DTX daha bir əməliyyat keçirdi: “Ceyşullah”ın tərkibində vuruşmuş şəxs həbs edildİ
18/09/2020 [10:00]:
Deputatlar narkoloji yoxlamadan keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Mağara” abidəsinin ətrafında olan qanunsuz hasarlar sökülüb
“YARAT”ın virtual sərgisi davam edir
İranın xarici ticarət dövriyyəsi kəskin azalıb
Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual görüntüsü yaradılacaq
"Mercedes"lərin satışı qadağan oluna bilər
Azərbaycana İsveçrədən 1,3 mln. dollarlıq qol saatları idxal edilib
Azərbaycan Mərkəzi Bankı monitorinq sistemi alır
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin