Günü-gündən çiçəklənən Azərbaycan

15/09/2020 [17:50] - Cəmiyyət (197)



Hal-hazırda bütün dünyanı cənginə alan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyərək öz mənfi təsirlərini göstərməkdədir. Lakin buna baxmayaraq dövlət başçısı tərəfindən vaxtında görülən tədbirlər nəticəsində ölkə iqtisadiyyatı belə bir ağır şəraitdən az zərərlə çıxmaqdadır. Prezident İlham Əliyevin düzgün mövqeyi, strateji siyasəti nəticəsində Azərbaycan günü gündən çiçəklənən ölkəyə çevrilməkdədir. Biz bunu istər iqtisadiyyat, istər idman, istərsə də mədəniyyət sahəsində əldə olunan uğurlar sayəsində görürük.
       
Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsindən biri də sənayeləşmədir. Burada əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsidir. 14 sentyabr 2020-ci il tarixində “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  iştirak edərək mərkəzdə yaradılan şəraitlə tanış olmuşdu. Mərkəzin binası 6 korpusdan ibarət olmaqla 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Prezident İlham Əliyey öz çıxışında qeyd edərək bildirmişdir ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir.
       
 Prezident İlham Əliyev çıxışında daxili tələbatın yerli məhsullar hesabına ödənilməsinin vacibliyi məsələsinə toxunaraq burada Sumqayıt şəhərinin və xüsusilə  Kimya Sənaye Parkının mühüm rolu olduğunu vurğulamışdır. 
        
Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Sumqayıt Kimya Sənaye Parkının ərazisinin təxminən 85 faizində müəssisələr yaradılıb. Bu templə yaxın 2-3 il ərzində parkın ərazisi tam dolacaq. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə strategiyasının uğur göstəricisi kimi də qiymətləndirilməlidir. Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir.

Fehruzzadə Xatirə Qurban qızı
 Nəsimi rayon

DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
18/09/2020 [23:58]:
Baş Nazir: sərt karantin rejimi tətbiq edilməyəcək
18/09/2020 [21:51]:
Xurma min bir dərdin dərmanıdır
18/09/2020 [20:25]:
Avropa Liqasında 42 oyun keçirilib
18/09/2020 [18:48]:
Koronavirusa effektiv qalib gəlmək üsulu aşkarlanıb
18/09/2020 [17:41]:
Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır
18/09/2020 [17:28]:
Prezident Şahin Mustafayevə yeni vəzifə verib
18/09/2020 [16:37]:
Yeni peyvəndin sınaqlarında kimlər iştirak edə bilər?
18/09/2020 [16:23]:
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18/09/2020 [16:00]:
Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb
18/09/2020 [15:45]:
İcra başçısı sakinlərlə görüşüb
18/09/2020 [15:42]:
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib
18/09/2020 [15:41]:
Daha 117 nəfər COVID-19-a yoluxub
18/09/2020 [15:25]:
Mer özünü və administrasiyasını ödənişsiz məzuniyyətə buraxır
18/09/2020 [15:15]:
İlham Əliyev Nepal Prezidentini təbrik edib
18/09/2020 [14:30]:
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
18/09/2020 [13:28]:
Məscid və məktəblər bağlandı
18/09/2020 [12:55]:
Turizm sənayesi nümayəndələrinə ATB-nin yeni layihələri təqdim olunub
18/09/2020 [12:36]:
Dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq
18/09/2020 [12:12]:
Yarım milyon insanın təxliyəsinə hazırlıq görülür
18/09/2020 [11:45]:
"OPEC+" çərçivəsində razılaşdırılmış gündəlik səviyyədən daha çox neft hasil edilib
18/09/2020 [11:23]:
Misirə gələnlər üçün qaydalar dəyişdirildi
18/09/2020 [10:40]:
Ceyhun Bayramovun Baş katibə ünvanlandığı məktub BMT sənədi kimi yayılıb
18/09/2020 [10:22]:
Şəkərdən imtina xərçəngin müalicəsinə kömək edirmi?
18/09/2020 [10:01]:
DTX daha bir əməliyyat keçirdi: “Ceyşullah”ın tərkibində vuruşmuş şəxs həbs edildİ
18/09/2020 [10:00]:
Deputatlar narkoloji yoxlamadan keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Mağara” abidəsinin ətrafında olan qanunsuz hasarlar sökülüb
“YARAT”ın virtual sərgisi davam edir
İranın xarici ticarət dövriyyəsi kəskin azalıb
Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual görüntüsü yaradılacaq
"Mercedes"lərin satışı qadağan oluna bilər
Azərbaycana İsveçrədən 1,3 mln. dollarlıq qol saatları idxal edilib
Azərbaycan Mərkəzi Bankı monitorinq sistemi alır
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin