Azərbaycanın Günəş enerjisi perspektivi

05/09/2020 [10:57] - Cəmiyyət (2070)



Bu gün dünyada Günəş enerjisindən istifadə aktuallaşıb. Bəs Günəş enerjisindən istifadə nə üçün günümüzdə aktual sayılır və nə dərəcədə perspektivlidir? 

Yaşam qaynağı

Günəş Yerdə həyatın mövcudluğunu şərtləndirən əsas amildir. Əgər Günəş Yer kürəsini işıqlandırmazsa, planetimizdə yaşam üçün əlverişli temperatur rejimi olmazsa, bitkilərdə fotosintez prosesi getməzsə, canlı həyat olmaz.  
Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olar. Elə bunun özü də planetin gələcəyində Günəş enerjisinin əvəzsiz yer tutacağını proqnozlaşdırmağa əsas verir.  
Günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
Günəş enerjisinin daha səmərəli istifadəsi onun fotoelementlərdə elektrik enerjisinə çevrilməsi ilə həyata keçirilir. Fotoelementlər işığa həssas yarımkeçirici materiallardan – selen, silisium, qallium arsenidi, kadmium sulfidi və s. materiallardan hazırlanır. Bu materiallarda xüsusi p-n keçidi tərəfindən işığın udulması elektrik cərəyanı yaradır. Fotoelementlərdən minlərlə kvadrat metr sahə əhatə edən müxtəlif gücdə elektrik stansiyaları qurmaq mümkündür. Günəş enerjisinin Günəşin sutkalıq və mövsümi dövriyyəsindən asılı olmaması üçün alınan elektrik enerjisini elektrik akkumulyatorları ilə və ya metalhidrid akkumulyatorlarında hidrogen şəklində toplamaq mümkündür.

Aktiv günəş texnologiyaları günəş enerjisini digər daha faydalı enerji formasına çevirmək üçün tətbiq edilir. Bu bir qayda olaraq istilik və elektrik enerjisinə konversiya ola bilər. Aktiv Günəş İstiliyi binaların günəş enerjisindən istifadə etməsinin əsas yollarından biridir. Bu, passiv günəş istiliyinə bənzəyir, lakin bu daha əhatəli prosesdir və passiv sistemlərdən daha çox istilik əmələ gətirir. Aktiv günəş istiliyi üç komponentdən əhəmiyyətli dərəcədə asılıdır: günəş enerjisini özünə çəkən günəş kollektoru, günəş saxlama sistemi və istiliyin uyğun yerə yayılması üçün istiliyin ötürülməsi sistemi. Aktiv istilik sistemləri iki kateqoriyaya bölünə bilər: hava sistemləri və maye sistemləri. İstilik sistemlərindəki fərqlər günəş enerjisinin günəş kollektorunda yığılması yolu ilə ortaya çıxır. Maye sistemlərdə günəş kollektorunda enerjinin yığılması üçün mayedən istifadə edilir, hava sistemləri isə enerjini hava vasitəsilə özünə çəkir.
“Fotoqalvanik” (FQ) işıqdan alınan elektrik enerjisini ifadə edir. Mahiyyətinə görə fotoelektrik sistemlər günəş radiasiyasını elektrik enerjisinə çevirmək üçün gün işığından (birbaşa gün işığının olması zəruri deyil) istifadə edir. FQ elementlərdə yanan işıq elektrik enerjisinin hərəkətinə səbəb olmaqla elektrik sahəsi yaradır. İşığın intensivliyi nə qədər böyük olarsa, elektrik enerjisinin hərəkəti də bir o qədər yüksək olar. Fotoelektrik sistemlər günəş enerjisini elektrik enerjisinə çevirmək üçün yarım keçirici materiallardan istifadə edir. Bu texnologiya günəş kalkulyatorları, saatlar və ya bağça işıqları kimi istehlakçı məhsullarında geniş istifadə olunur. Günəş FQ yaşayış yerləri və kommersiya və sənaye müəssisələri üçün günəş elektrik enerjisini təmin etmək üçün istifadə edilə bilər.
Bu elektrik enerjisi istehsal edildiyi kimi istifadə edilməklə, onu saxlamaqla (batareyalardan istifadə edərək, bu investisiya xərclərini artırır və ekoloji məsələlər ortaya çıxarır) və ya şəbəkəyə birləşdirilib ödəniş almaqla alınmış elektrik enerjisini kompensasiya etmək üçün istifadə edilə bilər.
Hazırda Günəş enerjisinin fotoelektrik çevrilmələri dünyada bərpa olunan enerji mənbələrinin ən tez inkişaf edən istiqamətlərindən biridir.

Ucuz olacaq...

Günəş enerjisinin birbaşa elektrik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılıb və inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. Hələ 1997-ci il Kioto razılaşmasının protokoluna əsasən, Avropa İttifaqı və ABŞ-da alternativ enerji mənbələrindən istifadə etmək üçün iri miqyaslı stansiyaların tikintisinə başlanmışdı. Bəzi dövlətlərdə Günəş enerjisindən istifadə artıq bir neçə ildir ki, "70 min günəşli dam", "Milyon dam" və "Yüz min dam" adlanan dövlət proqramları çərçivəsində həyata keçirilir. Dünyada günəş batareyası ilə işləyən ən böyük elektrik stansiyası ABŞ-ın Nevada ştatındadır.
Son 5 ildə dünyada Günəş enerjisi istehsalının həcmi 30 gV-dan 592 gV-dək artıb. 2020-ci ildə dünya boyu 142 gV həcmində Günəş enerjisi istehsalı qurğuları tikilə bilər ki, bu da ötən ilkindən 14 faiz çoxdur. Proqnozlara əsasən, 2020-ci ildə tikiləcək Günəş stansiyalarının 80 faizində istehsal ediləcək elektrik enerjisi yeni kömür, qaz və dizel qurğularından əldə ediləcək enerjidən ucuz olacaq. Həm də Günəş şüaları Yer kürəsinin hər yerinə düşdüyü üçün enerjinin bu növü əlverişlidir. Günəş enerjisinin istifadəsinin üstünlüyü həm də ondadır ki, günəş qurğuları işləyən zaman “istixana effekti” yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Enerji istehsalının həcmi həm Günəş şüalarından, həm də cihazın səmərə əmsalından asılıdır. Səssiz və ətraf mühit üçün zərərsiz olan Günəş elektrik stansiyalarının istismarı asan və qənaətcildir. Onların əsas çatışmazlığı Günəş işığından asılı olmalarıdır. Çünki tutqun havada belə elektrik stansiyalarda enerji istehsalatı azalır, gecə vaxtı isə onlar təbii ki, həmin elektrik stansiyalar çalışmır. Bu problemin həlli yolunda da addım atılır. Günəş elektrik stansiyalarında istehsal edilən enerjini toplayan qurğuların yaradılaraq təkmilləşdirilməsi bu problemi aradan qaldıracaq.

Günəşli Azərbaycan

Hesablamalara görə Günəş energetik qurğularının 50-ci enliklərdən cənuba doğru yerləşən regionlarda istifadəsi olduqca əlverişlidir. Həmçinin Azərbaycanda ildə 300 günəşli günün olmasını nəzərə alsaq, Azərbaycan Günəş enerjisinin istismarı üçün əlverişli ölkələrdəndir. ABŞ-da olduğu kimi Azərbaycanda da illik Günəş şüalanmasının həcmi orta hesabla 1500-2000 kV/m2-dir ki, bu göstərici Fransa üçün 1200-1400, Çin üçün 1800-2000 səviyyəsindədir.
Son vaxtlar xeyli ucuzlaşan Günəş panellərinin həm sənayedə, həm də fərdi evlərdə get-gedə daha geniş tətbiq olunması ictimai nəqliyyatın da Günəş enerjisilə təchiz edilməsi məsələsini gündəmə gətirib. Hazırda daha çox elektrobuslarda batareyaları doldurmaq üçün Günəş enerjisindən istifadə olunur. Belə ki, dam hisssənin genişliyi elektrobusları Günəş panellərinin quraşdırılması üçün əlverişli edir. Bununla məsələn, salondakı kondisionerlər üçün kifayət həcmdə enerji əldə etmək mümkündür. Dünyanın bütövlükdə Günəş enerjisilə çalışan ilk avtobusu isə 2007-ci ildə Avstraliyada istismara buraxılıb. Kondinsioner və rekuperativ əyləc sistemilə təchiz olunmuş 40 yerlik həmin avtobuslar enerjini Günəş panellərindən yox, Adelaida şəhərindəki avtobus stansiyasında quraşdırılan xüsusi Günəş stansiyasından alır. Bundan başqa, Çində 2012-ci ildən istismara verilən hibrid avtobuslar dam hissəsindəki Günəş panellərindən qidalanan litium ion batareyalar vasitəsilə enerji təchizatı alır. Dəmir yollarına gəlincə, Günəş panelləri ya qatarın dam hissəsində, ya da yolun kənarında quraşdırıla bilər. Hazırda Paris ilə Amsterdam arasında fəaliyyət göstərən qatarlar bu yolla enerji təchizatı hesabına işləyir. Şübhəsiz, Azərbaycan ərazisində Günəş enerjisinin yüksək miqdarı bu kimi layihələri həyata keçirmək üçün əlverişli zəmin yaradır.
Günəş elektrik stansiyalarında istehsal olunan enerji adətən ümumi enerji şəbəkəsinə verilərək buraya qoşulan hər cür qurğu və avadanlıqları çalışdırır. Əlahiddə mənbələrə gəlincə, Günəş panelləri yol işıqları, işıqforlar üçün istifadə oluna bilər. Belə işıqların əlahiddə sistemlə çalışması onların istismarına çəkilən məsrəfləri minimum həddə endirir.

Qadir İbrahimli

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ekologiya və Təbiİ Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə həyata keçirdiyi “Altenrativ mənbələrdən istifadə etməklə təbiəti qoruyaq” layihəsi çərçivəsində hazırlanıb.
Azərbaycanda son sutkada 1095 nəfər COVID-19-a yoluxub - 12 nəfər vəfat edib
Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Rusiya Ermənistana xəbərdarlıq edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
Xəbər lenti
31/10/2020 [18:21]:
İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir - ETSN
31/10/2020 [17:42]:
Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir - rəsmi
31/10/2020 [16:58]:
Azərbaycanda son sutkada 1095 nəfər COVID-19-a yoluxub - 12 nəfər vəfat edib
31/10/2020 [16:11]:
"Türkiyədən 504 həkimin arxa cəbhədə könüllü xidmətlə bağlı müraciəti qəbul olunub" - Baş Konsulluq
31/10/2020 [15:43]:
"Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir" - Prezidentin köməkçisi
31/10/2020 [15:04]:
ABŞ məhkəməsi “TikTok”a qoyulan qadağanı aradan qaldırdı
31/10/2020 [14:17]:
Rusiya Ermənistandan idxal olunan pomidora qadağa qoya bilər
31/10/2020 [13:34]:
Noyabrın 1-ə hava proqnozu
31/10/2020 [13:33]:
Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
31/10/2020 [13:26]:
Putindən Paşinyana rədd cavabı gəldi
31/10/2020 [12:46]:
Azərbaycan nefti ucuzlaşıb
31/10/2020 [12:11]:
Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutub
31/10/2020 [11:59]:
Gürcüstanda parlament seçkiləri keçirilir
31/10/2020 [11:20]:
İzmirdə yenə 5 bal gücündə zəlzələ oldu
31/10/2020 [11:18]:
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
31/10/2020 [11:03]:
"Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır" - MN
31/10/2020 [10:13]:
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
31/10/2020 [09:22]:
Rusiya Ermənistana xəbərdarlıq edib
31/10/2020 [00:09]:
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
30/10/2020 [23:37]:
Zinəddin Zidandan Azərbaycana dəstək
30/10/2020 [23:33]:
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
30/10/2020 [23:21]:
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
30/10/2020 [22:59]:
Mədəniyyət Nazirliyində islahat strategiyasının həyata keçirilməsi proqramına start verilib
30/10/2020 [22:19]:
Gürcü tarixçilər: “Ermənistan dinc əhalini bombalayaraq beynəlxalq hüququ bir daha pozur”
30/10/2020 [21:32]:
Mövlud Çavuşoğlu Kəmaləddin Heyderova təşəkkür etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin