Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün çox önəmlidir

06/09/2020 [13:05] - Siyasət (430)



Azərbaycan Respublikası ilə Qardaş Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.
Keçirilən təlimlərə hər iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.

Türkiyə Respublikası Azərbaycan müstəqillik qazandıqdan sonra hər zaman Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. Müstəqilliyimizin İlk vaxtlarında orduda kadr çatışmazlığı var idi. Zaman keçdikcə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il  bunun davamı olaraq Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezidentimiz İlham  Əliyev deyib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”;

2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Saziş bu ilin iyulun 2-də qüvvəyə minib. İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini bir çox vacib məsələlər müəyyənləşdirir. 

Qardaş Türkiyə ilə hərbi əməkdaşlıq baxımından perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.

İki  qardaş ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı əsas sahələrdən biridir. 


Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir. 

Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçımız tərəfindən səsləndirilmiş sözlər: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” – bunu bir daha sübut edir
Prezidentimiz cənab İlham Əliyevin: “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” kimi sözləri Azərbaycan açıq diplomatiyasına işarə edir.  
     
Dövlət başçımız, Ali Baş Komandanımız tərəfindən həmin görüşdə səsləndirilmiş  bu sözlər hər bir azərbaycanlının qəlbindən keçir və  Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.
      
   Həşimova Leyla
   Nəsimi rayon sakini    

Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Xəbər lenti
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
26/11/2020 [16:38]:
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
26/11/2020 [16:17]:
Noyabrın 27-ə hava proqnozu
26/11/2020 [15:44]:
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin