Bir millət iki dövlət

06/09/2020 [12:04] - Cəmiyyət (300)



18 oktyabr 1991-ci il tarixində müstəqillik aktı qəbul edən Azərbaycan Respublikasını Türkiyə noyabrın 9-da tanıyan ilk dövlət oldu. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı. Bu gün iki dövlət arasında istər iqtisadi, istərsə də siyasi cəhətdən əlaqələr daha da möhkəmlənməkdədir. Tarixi dostluq, qarşılıqlı etimad və həmrəylik əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf edir. Hər iki dövlət bir neçə beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq nümayiş etdirirlər. 
           
Azərbaycan müstəqillik qazandıqdan sonra orduda kadr çatışmazlığı mövcud idi. Bu səbəbdən də  Türkiyə Azərbaycana Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə hər il hərbi manevrlər təşkil olunur. Bu ənənəyə sadiq qalaraq bu il iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki - uçuş təlimləri keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var.  Müharibə şəraitində olan Azərbaycan ücün Türkiyə-Azərbaycan arasında  hərbi əməkdaşlığın inkişaf etdirilməsi ən vacib məsələlərdən biridir. Məlum olduğu kimi, bu gün işğalçı Ermənistan tərfindən Azərbaycan Respublikasının torpaqlarının 20 faizi işğal altındadır və düşmən ölkə Azərbaycanın sərhəd rayonlarında atəşkəsi dəfələrlə pozaraq beynəlxalq hüquq normalarına qarşı çıxmaqdadır. Bu səbəbdən də Azərbaycan  qardaş Türkiyəni özünə ən güvəniləcək tərəfdaş olaraq seçmişdir. Hər iki ölkənin xalqlarının böyük əksəriyyəti türklərin Oğuz boyundandır. Eyni kök və coğrafi yaxınlıq  Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.  Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi içərisində, sülh yolu ilə həllinə səy edir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bütün çıxışlarında hər məsələdə Türkiyənin tərəfdaşı olduğunu vurğulayaraq Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkə arasında diplomatik əlaqələrindən savayı dostluq, qardaşlıq əlaqələri olduğunu bəyan etmişdir. 
           
Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı - “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” – fikrini səsləndirərək siyasi bir mesaj vermişdir. Prezident İlham Əliyev ikili standartlar siyasətini açıq şəkildə tənqid edir. 
         
Dövlət başçımız iki ölkə arasında münasibətləri hər zaman yüksək qiymətləndirmiş və bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün müvafiq addımlar atmaqdadır.

Fehruzzadə Xatirə Qurban qızı
Nəsimi rayon təhsil işçisi

Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Xəbər lenti
27/11/2020 [17:02]:
Özbəkistanda bu il Azərbaycan kapitallı 65 müəssisə fəaliyyətə başlayıb
27/11/2020 [16:34]:
Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
27/11/2020 [15:46]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin