"Dostun dost siyasətinə hər zaman varıq, dəstəkləyirik"

06/09/2020 [11:07] - Siyasət (309)



Hal-hazırda gərgin bir dönəm yaşayan dünya, bir çox dövlətlərin məkirli xislətindən də əziyyət çəkir. O cümlədən doğma yurdumuz Azərbaycan. Dünyanı çözüm qarşısında qoyan xəstəliklə mübarizə apardığımız bir zamanda, erməni qəsbkarları, sərhəd bölgəsində "atəşkəs” rejimini pozaraq, Tovuz rayonu istiqamətində   sərhəd  və sərhədyanı kəndlərimizi atəşə tutdular.  Ordumuzun  layiqli cavabı ilə  mənfurlar yerinə otuzduruldu.
          
Əlbəttə ki, müharibə şəraitində yaşayan bir ölkə kimi hər sahədə inkişafımız qaçılmazdır, labüddür. Nəzərə alsaq ki, düşmən təxribatı ilə hər zaman üz-üzəyik, güclü potensiala malik hərbçilər  və savadlı kadrların yetişdirilməsi ölkəmiz üçün  vacib və qaçılmaz məsələlərdən  biridir.  Bu  sahədə bağlanmış sazişlər əsasında qardaş Turkiyə dövlətinin Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol olub. Hər il bu təlimlərdən yararlanıb yüksək potensiallı kadrların yetişməsinə nail oluruq.  Bu il də hər zaman olduğu kimi, Türk hərbi təlimçilərinin  ölkəmizin müxtəlif şəhərlərində keçirdiyi təlimlər, məhz qarşılıqlı öyrənmə məqsədi daşıdığı halda, bir çox məqamlarda müxtəlif ölkələrdə, o cümlədən Ermənistan dövləti ərazisində təşviş yaratdi. Təcavüzkar, hiyləgər Ermənistan dövləti öz havadarlarına arxalanaraq ərazisinə  müxtəlif yollar vasitəsi ilə müxtəlif mənşəli  silah və sursatlarlar daşımaga başladı. Biz müharibə şəraitində yaşayan bir dövlət kimi hər zaman dövlətimiz, dövlətçiliyimiz uğrunda mübarizə aparmağa həmişə hazır,  mübariz bir xalqıq. Bizim hər şeydən öncə mübarizlik, əzmkarlıq kimi qalibiyyətə aparan ruhumuz rəşadət saçır. Bizi heç bir silah, sursat yolumuzdan döndərə bilməz! Səsimiz haqq səsidir. Güclu mövqeyimiz  riyakarlığa  deyil, əsil əqidə və ruh yüksəkliyinə arxalanır. 
          
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar mövcuddr. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı həm də iki ölkəni birləşdirən sadiqlik və qarşılıqlı dəstəkdir.
        
 Mohtərəm prezidentimiz İlham Əliyev avqustun 13-də Türkiyənin nümayəndə heyətini qəbul edərkən təlimlərin hərbi əməkdaşlıq baxımından çox böyük önəmi,  xalqlarımız arasında qardaşlığın gücləndirilməsi üçün çox böyük əhəmiyyəti və faydası olduğunu bildirmişdir.
        
 Hər zaman möhtəşəm siyasi baxışları ilə uzaq görən,  dövlətinə və xalqına arxalanan  Prezidentimiz, biz hər zaman Sizin yanınızdayıq, Sizi dəstəkləyirik.
         
Tutdugunuz yol haqq yoludur. Düzgün siyasət, inam hər çətinliyin öhdəsindən gələr. Vüqarımız bir, amalımız birdir. Dostun dost siyasətinə hər zaman varıq, dəstəkləyirik!

Ağalarova Təranə
Nəsimi rayon təhsil işçisi


Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Xəbər lenti
27/11/2020 [16:34]:
Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
27/11/2020 [15:46]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
26/11/2020 [16:38]:
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin