Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığın tarixi

06/09/2020 [09:36] - Siyasət (397)



Türkiyə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin, dostluq və qardaşlığın tarixi ən azı iki xalqın tarixi qədər qədim və sarsılmayan köklərə malikdir. Bu gün iki dövlət arasındakı əlaqələrdən danışılarkən yalnız müasir dövr prosseslərindən bəhs olunsa da,əslində bu əlaqələrin tarixi daha qədimdir.
          
 1918-ci ildə yenicə qurulmuş və ilk addımlarını atmağa çalışan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa, lakin şərəfli zaman kəsiyində də türk ordusu öz dəstəyini göstərmiş, son anlarına qədər AXC-yə dəstək olmuşdur. 
           
Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə 11 avqust 1992-ci ildə imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilədir. Həmçinin 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşma”və sonrakı illərdə bu sahədə imzalanmış digər müqavilələr Ulu öndər Heydər Əliyevin  uzaqgörənliyinin və siyasi dühasının töhfəsidir. Onun sayəsində bu əlaqələr daha da gücləndirilmiş və elə məhz bu istiqamətdə Türkiyə və Azərbaycan Qars müqaviləsinə sadiq olduqlarını ifadə edərək 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u qəbul etmişlər. Yəni bu müqavilədə həm də hərbi sahədə əməkdaşlığa geniş yer verilib.
          
Ümummilli liderimizin əsasını qoyduğu “Bir millət,iki dövlət"idealogiyası əsasında qurulmuş qardaşlıq ideyası bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın qurulmasına xidmət etmişdir.Azərbaycan ordusu hərbçilərinin Türkiyədə hərbi təhsil alması üçün Türkiyəyə göndərilməsi,Azərbaycan ordusunun inkişafı üçün türkiyəli hərbiçilərin ölkəmizə gətirilməsi hələ yeni qurulmuş ordumuzun sürətli inkişafına stimul vermişdir. İki ölkə arasında imzalanmış müqavilələr hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığı əhatə edir. Bu günədək Türkiyə Respublikasında keçirilən müxtəlif ixtisas kurslarında Azərbaycan Ordusunun 9 minə yaxın nümayəndəsi iştirak edib. 
        
Heydər Əliyevin bünövrəsini qoyduğu qardaşlıq ideyası İlham Əliyev tərəfindən daha da irəli aparılmış və Türkiyə ilə hərbi sahədə əməkdaşlıq özünün kulminasiya zirvəsinə çatdırılmışdır. ”Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmış müqavilə, 2010-cu ilin sentyabrında imzalanmış “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə, 2018-ci ilin 19 dekabr tarixində Türkiyə və Azərbaycan arasında imzalanan “Hərbi tibb sahəsində təhsil və əməkdaşlıq müqavilə”si və cari ilin fevral ayının 25-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” protokol və onlarla bu cür anlaşmalar ordumuzu Cənubi Qafqazın ən güclü ordusuna çevirmişdir.
          
Türkiyə Silahlı Qüvvələri Azərbaycanın NATO ilə əməkdaşlığının inkişafına da öz töhfəsini verir. Belə ki, Azərbaycan sülhməramlıları Türkiyə hərbi qüvvələrinin tərkibində 1998-2008-ci illərdə Kosovoda (KFOR) və 2002-2014-ci illərdə Əfqanıstanda (İSAF) keçirilmiş əməliyyatlarda, 2015-ci ildən bu günədək isə NATO-nun rəhbərliyi altında keçirilən “Qətiyyətli Dəstək” Missiyasında iştirak edir.
        
Türkiyə hər zaman olduğu kimi, bu ilin iyulunda cəbhədə ermənilərin  törətdiyi təxribata münasibət bildirərək yenə də öz dəstəyini verdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman haqq savaşında Azərbaycanın yanında olacağını vurğuladı. Həmçinin türk ordusunun daim dəstək verəcəyini bildirdi. Eyni cəhətdən cənab İlham Əliyev çıxışında Yunanıstan və Türkiyə arasındakı münaqişədə Azərbaycanın sonadək Türkiyəni dəstəklədiyini söylədi. Məhz buna görədir ki, Azərbaycan və Türkiyə əlaqələri tarixi baxımdan qədim, bünövrəsi möhkəm və sarsılmaz qurulduğu üçün heç bir kənar qüvvə bu əlaqələrin zəifləməsinə nail ola bilməz. 
        
 Azərbaycan və Türkiyə arasındakı əlaqələr iki qardaş ölkənin birliyinə çevrilmişdir.

 Şəmilova Dünya
Nəsimi rayon gənci

Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Xəbər lenti
27/11/2020 [16:34]:
Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
27/11/2020 [15:46]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
26/11/2020 [16:38]:
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin