Türkiyə və Azərbaycan arasında hərbi-siyasi əlaqələr

05/09/2020 [11:23] - Siyasət (289)



30 ilə yaxındır ki, torpaqlarımızın erməni işğalında olması və regiondan qonşu dövlətlərlə yaranan problemlər hər zaman hərbi sahənin güclənməsinə və güclü hərbi-siyasi müttəfiqlərin əldə edilməsinə zərurət yaratmışdır. Məhz Azərbaycan müstəqllik əldə etdikdən sonra onun qarşısında duran əsas məqsəd ölkəmizin hərbi gücünü artırmaq olmuşdur. Azərbaycanın müstəqilliyini tanıyan və Ermənistan-Azərbaycan münaqişəsinin daima sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirən Türkiyə, hər zaman bizə dəstək olan ölkə olmuşdur. Erməni işğallarının baş verdiyi və Rusiyanın sürətlə erməniləri silahlandırdığı bir vaxtda Türkiyə kimi güclü hərbi qüvvəyə malik və bu sahədə öz sözünü demiş bir ölkənin Azərbaycanla müttəfiq olması ciddi nailiyyət olmuşdur. Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla olan sərhədini bağlamış və bugünə qədər də diplomatik əlaqə qurmamışdır. O zamanlar ulu öndər Heydər Əliyevin də dediyi kimi, Türkiyə həm dostumuz, həm qardaşımız, həm də dayağımızdır.
        
Bu gün isə bu uğurlu əməkdaşlıq cənab prezident İlham Əliyevin başçılığı ilə davam etdirilir. Azərbaycan ordusunun güclənməsi və hərbi biliklərinin artırılması sahəsində Türkiyənin dəstəyi əvəzedilməzdir. Hazırda minlərlə hərbçimiz Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində təhsil alır. Eyni zamanda Türkiyə ilə müdafiə sənayesi sahəsində də əməkdaşlıq edilir. Müxtəlif silahların, döyüş sursatlarının, onların ehtiyat hissələrinin idxalı təmin edilir.
      
 12 iyul tarixində ermənilərin törətdiyi təxribat zamanı da qardaş Türkiyə ölkəmizin yanında olduğunu və lazım olan hər cür dəstəyi verəcəkləri bildirmişdilər. Bütün bu münasibətlər qarşılıqlı olaraq davam etdirilir. Yunanıstanla Türkiyə arasında regionda baş verən gərginlikdə, İlham Əliyev öz çıxışında daim Türkiyənin yanında olduğunu və dəstək verdiyimizi bildirdi.
      
 Bu il də ənənəvi olaraq, imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, 29  iyul – 10 avqust tarixlərində Türkiyənin və ölkəmizin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Bu təlimlər Bakı, Naxçıvan, Gəncə, Yevlax, Kürdəmir şəhərlərində baş tutub. Bu təlimlərdə hər iki ölkənin artilleriya qüvvələri, zirehli texnikaları və minaatanları iştirak edib.
      
Təbii ki, Türkiyə ilə olan bu cür hərbi, siyasi, eyni zamanda iqtisadi və mədəni sahədə olan əməkdaşlıq bir çox dövlətləri narahat edir. Lakin müxtəlif sahələr üzrə inkişaf edən bu əməkdaşlıq, həm ölkələr arasında əlaqələri gücləndirir, həm də xalqların daha sıx əlaqədə olmasına, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır.
       
Bu gün Ermənistan bir çox ölkələrdə hərbi dəstək almağa davam edir. Eyni zamanda Rusiyanın Ermənistana silah yardımı etməsi, bir çox ölkələrlə müttəfiq əlaqələrin qurulması bizi narahat edir. Bu bizim üçün təhdid törədir, çünki bu silahlar bizim vətəndaşlarımızın, əsgərlərimizin öldürülməsi üçün istifadə olunur.  Bütün bunlar bir daha göstərir ki, regionda təhlükəsizliyin edilməsi və eyni zamanda ölkəmizin ərazi bütövlüyünün qorunması üçün Türkiyə ilə hərbi-siyasi  əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var. Hər bir halda, həm beynəlxalq mühitdə, həm də qarşılıqlı əlaqələrdə Türkiyə və Azərbaycan dostluq, qardaşlıq və qarşılıqlı dəstək mövqeyini hər kəsə göstərmişdir.

Vəliyeva Rumiyə
Nəsimi RİH Könüllüsü


Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Xəbər lenti
27/11/2020 [15:46]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
26/11/2020 [16:38]:
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
26/11/2020 [16:17]:
Noyabrın 27-ə hava proqnozu
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin