Malayziyanın Müstəqilliyinin 63-cü ildönümünü ilə bağlı bu ölkənin Azərbaycandakı Səfirliyində tədbir keçirilib.
İstiqlal.az xəbər verir ki, Səfir Dato Yubazlan bin Yusof çıxış edərək deyib ki, 63 ildə bir millət olaraq bir çox həqiqətə nail olublar: fərqli bir ailə olaraq birlikdə çalışmaqla ölkə sosial-iqtisadi gücünün tanınmasını əldə edib: "Malayziyanın uğur həkayəsi Rukun Negara (Milli prinsiplər) və Konstitusiya təlimatında birlikdə yaradılmaq istəyimizin nəticəsidir. Bildiyimiz kimi bu gün də Rukun Negaranin 50-ci ildönümünü, MİLLƏTİN YARADILMASI MİLLİ PRINSİPLƏRİ İlə başlayır".
"Qlobal pandemiya bizim milli ruhumuzu, gələcəyimizi məhv edə bilməz" deyən Səfir qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar illik tətillər ləğv olunsa da, bu ilki Müstəqillik Gününü fərqli bir şəkildə qeyd edirlər.
Malayziya ilə Azərbaycan arasındakı münasibətlərə toxunan Dato Yubazlan bin Yusof, ölkəmizdə olmaqdan qürur duyduğunu deyərək əlavə edib ki, iki olkə arasinda əlaqələr daha da inkişaf etdirilməli və gücləndirilməlidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ölkəsinin hər zaman Azərbaycanı dəstəkləyəcəyini vurğulayan Səfir deyib ki, Malayziya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və dövlət sərhədlərinin bölünməzliyini dəstəkləyir, eləcə də Ermənistan tərəfindən güc tətbiqini qəbulolunmaz hesab edir.
Diplomat ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da gücləndirmək üçün iqtisadi, mədəni, turizm sahələrində yaxşı imkanlar olduğunu diqqətə çatdırıb.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)