Lukaşenko əleyhinə etirazlar dinc, iğtişaşlarsız davam edir; Natiq Cəfərli: “Bir masa qurulacaq və müxalifətlə birgə yeni konstitusiya formalaşdırılacaq, siyasi böhrandan çıxışa başlanacaq”
Belarusda dinc nümayişlər davam edir. Prezident Aleksandr Lukaşenkonun istefasını tələb edən kütlələr prosesi lidersiz idarə edirlər.
Maraqlı tendensiya ondan ibarətdir ki, azı 10 gündür davam edən mitinqlər iğtişaşlara çevrilmir, xaotik xarakter almır, zorakılıqlarla müşayiət olunmur.
Aksiyalarda iştirak edənlər arasında həbs olunanlar, sözsüz ki var, amma narazıların parlament binasını, dövlət televiziyasını, prezident iqamətgahını tutması hallarına rast gəlinmir.
Azadlıq Radiosunun Belarus xidməti bildirib ki, Minsk məhkəməsi MTZ tətil komitəsinin nümayəndəsi və Müxalifət Koordinasiya Şurasının Rəyasət Heyətinin üzvü Sergey Dılevskini 10 gün müddətinə həbs edib. O, kütləvi tədbir keçirmək qaydasını pozmaqda ittiham olunur.
Bir qədər sonra Müxalifət Koordinasiya Şurasının Rəyasət Heyətinin digər üzvü, prezidentliyə namizəd Svetlana Tixanovskayanın köməkçisi Olqa Kovalkova da 10 gün müddətinə həbs edilib. Müdafiə tərəfi həbs qərarından şikayət etmək niyyətində olduqlarını deyib.
Bu arada Litva hökuməti son olaylardan dolayı Belarusa qarşı sərt tədbir görülməsi ilə bağlı ABŞ-a çağırış edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Litvanın Belarusla bağlı açıqlaması alovu kerosinlə söndürmək cəhdidir.
Mariya Zaxarova: "Qarabağ mövzusunun Azərbaycan üçün nə qədər ağrılı olduğunu yaxşı anlayırıq" - EKSKLÜZİV MÜSAHİBƏ
Mariya Zaxarova
“Gəlin, qəbul edək ki, Belarusun sistemsiz müxalifəti ilə aktiv çalışan Vilnus üçün qonşuların daxili işlərinə qarışmaq adi praktikaya çevrilib.
Unutmaq olmaz ki, alova kerosin tökərək söndürmək cəhdi bu cür texnoloji təcrübələri sevənlər üçün çox təhlükəli ola bilər", - deyə Zaxarova bildirib.
Tixanovskaya da bəyan edib ki, Belarusun işlərinə xaricdən müdaxilə qəbuledilməzdir:
“Biz demokratik ölkədə yaşamaq istəyirik və bu, yalnız bizdən asılıdır. Bu bizim iradəmizdir. Düşünürəm ki, heç bir ölkə xalqımızın qərarına təsir etməməlidir”.
Hazırda MDB məkanında yeganə aktiv zona Belarusdur və baş verənlər Azərbaycanda da maraqla izlənilir.
Bu hadisələri şərh edən Real Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Belarusdakı proseslər Venesuela ssenarisini xatırladır.
Natiq Cəfərli: "Ölkədə nə baş verir?" - YouTube
Natiq Cəfərli
Onun sözlərinə görə, hətta 1 milyondan çox insan küçələrə axışmışdı, amma Maduro hakimiyyətinin dövlət aparatında çat yaranmadı:
“Bunun bir səbəbi hakimiyyətdən narazılığa baxmayaraq ölkədə anti-ABŞ ritorikasının güclü olmasıdır. İnsanlar xaricdən müdaxiləni qəbl etmirlər.
Belarusda da Lukaşenko tərəfdarları var. Heç də hamı onun gedişini tələb etmir. Hətta dəstək aksiyaları keçirmək istəyirlər.
Düzdür, aksiyaların ilk günlərində zorakı müdaxilələr oldu və bu da daha çox kütlənin etirazlara qoşulmasına gətirib çıxardı. Amma Lukaşenko anladı və bildi ki, zor gücü yolverilməzdir".
Partiya funksioneri hesab edir ki, Minskdəki hadisələr getdikcə sönə bilər: “Ehtimalıma görə, bir masa qurulacaq və müxalifətlə birgə yeni konstitusiya formalaşdırılacaq, siyasi böhrandan çıxışa başlanacaq.
Bakı Xəbər - İctimai Siyasi Qəzet
Lukaşenko da buna razıdır və həm parlamentin, həm yerli özünüidarəetmənin fəaliyyətinin güclənməsi, QHT-lərin fəaliyyətinin asanlaşdırılması konstitusiya dəyişiklikləri ilə mümkün ola bilər.
Qərb də Belarusda siyasi dəyişikliyin bu şəkildə olmasını istəmir, dialoqa çağırışlar var. Yəni xaos arzulamırlar.
Çox güman ki, bilmədiyimiz təmaslar da var. Qərb Belarusun daha ağrısız demokratiyaya keçid etməsini istəyir".
N.Cəfərlinin fikrincə, Rusiyanın marağı isə etirazların böyüməsi idi: “Kreml istəyirdi ki, Lukaşenko yumşalsın, onun orbitindən çıxmasın. Hətta ”Qazprombank"ın rəhbəri əsas namizədlərdən biri idi.
Ona görə konstitusiya dəyişikliyi olsa, parlament daha çox müxalif çevrənin əlinə keçəcək, Lukaşenko ordu quruculuğu, təhlükəsizliklə bağlı səlahiyyətləri əlində saxlaya bilər".
“Yeni Müsavat”