Gənclər və yeniyetmələr arasında keçirilən onlayn müsabiqəyə yekun vuruldu

26/08/2020 [14:11] - Cəmiyyət (262)



Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən avqust ayında ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili məqsədilə onlayn rəsm, mahnı, rəqs və şer müsabiqəsi elan edilmişdir.
3 mərhələdən ibarət müsabiqə 9-15 yaş qrupu üzrə təşkil olunmuşdur. Hər iştirakçı müsabiqəyə bir nömrə və ya iş ilə qatılmışdır. Təqdim olunan nömrələr və ya işlər dəqiqləşdirildikdən sonra qəbul olunmuşdur.

Müsabiqədə iştirakçıların öz duyğu və düşüncələri ilə işlənmiş və təqdim olunmuş orijinal ideyası, ustalığı ilə seçilən nömrələrə, əsərlərə üstünlük verilmişdir. Çəkilən əsərlərə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmaması və yeni çəkilmiş rəsmlərin təqdim olunması vacib amillərdən biri olmuşdur.

“ Evdə yarat ” adlı rəsm müsabiqəsinə rəssamlıq istedadına malik olan  yeniyetmə və gənc rəssamlar tərəfindən COVİD-19 pandemiyası zamanı səhiyyə işçilərinin və Azərbaycan polisinin göstərdiyi fədakarlıq nümunələri, Azərbaycan əsgərinin qəhrəmanlığı, vətən, torpaq sevgisinə həsr olunmuş rəsmlər təqdim olunmuşdur. 

Bu müsabiqədə milli həmrəyliyin, milli birliyin  və doğma Vətənə məhəbbətin  nə qədər güclü olduğunu çəkilən rəsmlərdən görmək mümkündür. Bütün bunlar deməyə əsas verir ki, bizim gələcəyimiz həm sağlam, həm  xoşbəxt, həm də etibarlı əllərdədir.

 “Mənim dilim milli varlığımdır”  şer müsabiqəsinin məqsədi Azərbaycan dilinin tarixi barədə gənclərin bildiklərini pandemiya dövründə bir daha təkmilləşdirmək, onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı gəncləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.

“Mənim dilim milli varlığımdır” şer müsabiqəsinin qalibləri 5 ballıq sistem üzrə qiymətləndirilmişdir. 
.

Onlayn rejimdə işləyən münsiflər heyətinin ünvanına 29 mahnı göndərilib. Mahnılar müxtəlif yaradıcılıq üslubunda olsa da, onların hamısında vətənpərvərlik və qələbəyə inam ruhu öz əksini tapmışdır. İştirakçılar öz ifalarını canlı və ya minusovka şəklində videoçəkiliş etməklə təqdim etmişlər. Vətənpərvərlik mahnılarının onlayn müsabiqəsi  başa çataraq, qaliblər elan olunmuşdur. 

Onlayn keçirilən rəqs müsabiqəsinə 30-dan artıq müraciət təqdim olunmuşdur. Burada əsas məqsəd gənc rəqqasları müəyyən etmək, onları dəstəkləmək və yaradıcı potensialını, rəqs təhsilini inkişaf etdirmək, ümumiyyətlə uşaq, yeniyetmə və gənclər arasında müxtəlif rəqs növlərinə marağı artırmaq, rəqs mədəniyyətini və incəsənətini təbliğ etmək idi. 

Tədbirin qalibləri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən fərdi qaydada diplom və hədiyyələrlə mükafatlandırıldılar. 






Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
“YAŞAT” Fondu: Daha bir qazinin yeni doğulan övladına hesab açılıb
"Mojaritar seçki sistemi ləğv etməliyik" - Qüdrət Həsənquliyev
Azərbaycan Avropa İttifaqından idxalı artırıb
BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub
Xəbər lenti
09/03/2021 [11:07]:
UEFA millimizin Qətərlə matçının yerini dəyişdirdi
09/03/2021 [10:16]:
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-in Baş direktoru
09/03/2021 [09:29]:
Tanınmış türk aktyor Rasim Öztekin vəfat edib
08/03/2021 [23:33]:
Azərbaycanda ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 93%-i təmin olunub
08/03/2021 [21:56]:
Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
08/03/2021 [20:22]:
“YAŞAT” Fondu: Daha bir qazinin yeni doğulan övladına hesab açılıb
08/03/2021 [19:30]:
"Mojaritar seçki sistemi ləğv etməliyik" - Qüdrət Həsənquliyev
08/03/2021 [18:14]:
Azərbaycanda son sutkada 195 nəfər COVID-19-a yoluxub - 6 nəfər vəfat edib
08/03/2021 [16:32]:
Azərbaycan Avropa İttifaqından idxalı artırıb
08/03/2021 [15:06]:
BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub
08/03/2021 [13:33]:
2030-cu ildə Azərbaycanın dəmir yolu necə olacaq?
08/03/2021 [12:54]:
Azərbaycanla bağlı səhnələrin yer aldığı “Fast and Furious 9” filminin premyerası keçiriləcək
08/03/2021 [11:12]:
Cüdoçularımız 2 medal qazandı
08/03/2021 [09:47]:
Suriyada terror hadisəsi nəticəsində 18 nəfər ölüb - 3 nəfər yaralanıb
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
YAP İdarə Heyətinin yeni üzvləri - siyahı
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 36 %-dək azalıb
Azərbaycan kubokunda finalın vaxtı dəyişib
Keçmiş həmsədr: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin