ABŞ Çin rejiminin uyğurlara qarşı fəaliyyətini “soyqırım” olaraq tanımağa hazırlaşır

26/08/2020 [23:58] - Siyasət (331)



ABŞ administrasiyası Çinin hakim kommunist rejiminin Sincan-Uyğur muxtar rayonunda yerli uyğurlara qarşı törətdiyi vəhşiklikləri soyqırım olaraq tanımağa hazırlaşır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə nüfuzlu “Politico” saytı məlumat yayıb.

Uyğurlara tətbiq olunan cinayətlərin soyqırım kimi dəyərləndirilməsi məsələsi hələ ki başlanğıc mərhələsindədir. Bunun üzərində ABŞ-ın 3 önəmli qurumu - Dövlət Departamenti, Daxili təhlükəsizlik nazirliyi və Ağ Evin nəzdində Milli Təhlükəsizlik Şurası işləyir. Saytın informasyasına əsasən, əgər “soyqırım” termini üzərində konsensusa gəlinməsə, ABŞ administrasiyası ÇXR rəhbərliyini “bəşəriyyət əleyhinə cinayətlərdə” və ya “etnik təmizləmədə” ittiham edəcək. “Politico” ABŞ-ın son addımının rəsmi Pekinlə onsuz da sadə olmayan münasibətlərini daha da gərginləşdirəcəyini qeyd edir.

Ümumiyyətlə “soyqırım”ın beynəlxalq tanınması məsələsi olduqca qəlizdir, habelə həm hüquqi, həm də siyasi nöqteyi-nəzərdən problematikdir. Məsələn, Barak Obama administrasiyası “İŞİD” terror təşkilatının xristian və yezidilərə qarşı törətdiklərini “soyqırım”, Tramp idarəsi isə Myanmada müsəlman rohincalara qarşı həyata keçirilən vəhşiliyi “etnik təmizləmə” olaraq qiymətləndirmişdi.

Bu ilin iyul ayının 31-də ABŞ Maliyyə nazirliyi “Maqnitski qlobal aktı” sənədinə müvafiq olaraq “Sincan istehsal-tikinti korpusu” şirkəti və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq olunması barədə qərar qəbul edib. Nazirlik bütün hüquqi və fiziki şəxslərə bu ilin sentyabrın 30-na qədər həmin firma ilə bütün növ əməkdaşlığı kəsməyi əmr edib.

Xəbərdə Birləşmiş Ştatlarda noyabr ayında keçiriləcək prezident seçkilərində nəticələrin fərqli olması, yəni Co Baydenin prezident seçilməsi halında da Çinə qarşı mövqeyinin dəyişməyəcəyi qeyd olunur. Bunu Co Bayden özü 2019-cu ilin noyabrında tvitter səhifəsində yazdığı statusla da təsdiq edib.

Co Baydenin seçkiqabağı kampaniyasında köməkçisi Endryu Beyts də uyğurların ÇXR tərəfindən gördüyü müsibət və məşəqqətlərini “soyqırım” kimi qəbul etdiklərini bildirib.
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
Liviyalı diplomat: "Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur"
Xəbər lenti
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
07/03/2021 [14:03]:
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
07/03/2021 [13:12]:
Rəssam qazi gözündən əməliyyat olunacaq
07/03/2021 [12:28]:
Tvitterin qurucusu ilk tvitini hərraca çıxardı
07/03/2021 [11:37]:
“Diriliş Ərtuğrul”un ssenaristi: "Azərbaycan türk dünyasının sənət mərkəzidir"
07/03/2021 [10:55]:
Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
07/03/2021 [10:46]:
“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir
07/03/2021 [10:09]:
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
07/03/2021 [09:44]:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə zirvə görüşü keçiriləcək
07/03/2021 [08:33]:
Bu gün 3254 şagird üçün buraxılış imtahanı keçirilir
06/03/2021 [23:28]:
ÜST: Bir gündə 353 mindən çox şəxsdə COVID-19 aşkarlanıb
06/03/2021 [22:37]:
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
06/03/2021 [21:42]:
Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək
06/03/2021 [20:01]:
Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
06/03/2021 [19:16]:
Hava şəraitinə görə gəmilərin hərəkət təhlükəsizliyi gücləndirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin